Kazımzadə Aydın Həsən oğlu
Fizika-riyaziyyat elmləri doktoru, professor
BDU-nun Elm və innovasiyalar üzrə prorektor
İş telefonu: +(994) 12 538 15 54
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
1950-cı il avqustun 8-də Naxçıvan Muxtar respublikasının Ordubad şəhərində anadan olub.
1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla bitirib.
Evlidir. İki oğlu, bir qızı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali təhsillidir. 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1975-ci ildə «İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adinı alıb.
1987-ci ildə «A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adinı alıb.
1988-ci ildən professordur.
ƏMƏK FƏALİYYƏTİ
1972 AМЕА-nın Fizika İnstitutu, laborant
1976-1979 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti
1979-1986 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının baş müəllimi
1986-1988 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının dosenti
1988-1996 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru
1996-2011 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri
2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru
2002-2011 Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi
Apardığı dərslər: Ümumi fizika; Fizikanın müasir problemləri; Yarımkeçiricilər fizikası.
290 elmi məqalənin müəllifidir.
Yetişdirdiyi elmlər doktorlarının sayı – 1
Yetişdirdiyi elmlər namizədlərinin sayı – 9
Elmi yenilikləri: İlk dəfə olaraq kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələrini müşahidə etmiş, yarımkeçiricilərdə Oje rekombinasiyanın yeni mexanizmini təklif etmişdir. Laylı quruluşa malik olan kristallarda keçiriciliyin anomal böyük anizotropluğunun səbəbini aydınlaşdırmış və yüksək optik həyəcanlaşma halında Anderson keçidinin yeni növünü müşahidə etmişdir. Müstəvi və həcmi qəfəslərdə Mott keçidinin kriteriyalarını müəyyən etmişdir. Sendviç fotorezistorlarda fotokeçiriciliyin gücləndirilməsi üçün yeni mexanizm təklif etmişdir.
Mükafatları:
1976 – Elm vəTexnika sahəsində Respublika Komsomol mükafatı Laureatı
1993 – Beynəlxalq Elm Fondu, Soros mükafatı
FƏXRİ ADLARI
2009Əməkdar elm xadimi
TƏDQİQAT SAHƏSİ
Yarımkeçiricilər fizikası: bircins və qeyri-bircins yarımkeçiricilərin elektrik, fotoelektrik, optik və lüminessensiya xassələri.
Yarımkeçirici cihazlar: metal-yarımkeçirici kontaktları, homo- və heterokeçidlər.
Metal – dielektrik keçidləri.
Axma nəzəriyyəsi.
Qarşılıqlı təsirlərin birləşdirilməsi.
Müəllim hazırlığı və kurrikulum sahəsində təhsil islahatları.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2006, XIX Mejdunarodnaya Nauçno-Texniçeskaya konferençiya po fotoelektronike i priboram noçnoqo videniya, Мoskva.
2006, TPE-06 3 rd Intern.Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkiye.
2003, E-MRS Spring Meeting, Strasbourg, France.
SEÇİLMIŞ ƏSƏRLƏRİ
KİTABLAR
A.O.Mehrabov, A.H.Kazımzadə, R.T.Qəndilov. Tədris proqramının və prosesinin təşkilinin metodik prinsipləri (rus dilində), Baku, 2007.
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
2002 Dünya Bankının «Pedaqoji təhsil/Vüəllim hazırlığı» üzrə Təhsil İslahatı Layihəsi, 3769 Az, Bakı, Azərbaycan
2003 Dünya Bankının və Təhsilin İnkişafı Mərkəzinin (ABŞ) «Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi» üzrə Təhsil İslahatı Layihəsi, 3769 Az, Bakı, Azərbaycan
2005 Dünya Bankının «Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası» üzrə Təhsil İslahatı Layihəsi, 3769 Az-CS-IS-044, Bakı, Azərbaycan
2006 Dünya Bankının ««Təhsilin əsasları» fənni üzrə kurrikulum və dərsliyin hazırlanması» Təhsil İslahatı Layihəsi, 3769 Az-CS-IS-044, Bakı, Azərbaycan
2008 YUNİSEF-in «İbtidai sinif müəllimlərinin hazırlığı üzrə Çərçivə kurrikulumunun təftişi» Təhsil İslahatı Layihəsi, Bakı, Azərbaycan
2009-2011 Dünya Bankının «Əlavə təhsilin müasirləşdirilməsi» Təhsil İslahatı Layihəsi, 3769 Az Bakı, Azərbaycan