Home Aze Ru Eng

Əliyev Rəşid Əli oğlu

 

Əliyev Rəşid Əli oğlu 1954-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonu Faxralı kəndində anadan olmuşdur.1971-ci ildə Bolnisi rayon rus orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olmuşdur.1974-1976-cı illərdə Sovet Ordusunda xidmət etmişdir.1976-cı ildə təhsilini davam etdirərək, 1979-cu ildə ADU-nu bitirmişdir.1976-cı ildən 1992-ci ilə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər və Dielektriklər problemləri laboratoriyasında baş laborant, baş mühəndis, aparıcı mühəndis vəzifələrində çalışıb və həmin laboratoriyanın dissertantı olmuşdur. Keçmiş Sovetlər birliyində və Avropada dərc olunmuş 11 məqalənin və bir ixtiranın müəllifidir.1992-ci ildə Xocalı soyqırımından sonra könüllü olaraq ordu sıralarına getmiş və Fizuli, Qubadlı, Ağdam, Ağdərə, Tərtər, Murov istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Bu ərəfədə xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı-rabitəçi rotanın komandiri, sonra isə həmin hərbi hissənin rabitə rəisi olmuşdur. Xidmət etdiyi müddətdə çavuşdan kapitan rütbıəsinə qədər yüksəlmişdir və Müdafiə Nazirliyi tərəfindən fəxri fərman ilə, Hərbi hissənin komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” fərmanı ilə təltif olunmuşdur.1999-cu ildə yaşla əlaqədar olaraq ordudan təxris olunmuş və Bakı Dövlət Universitetinə əvvəl tutduğu vəzifəsinə qayıtmışdır. Müharibə veteranıdır. Ailəlidir. 2 oğlu, 1 qızı var.

Bookmark and Share