Musayev Samir Bədirxan oğlu
Fizika-riyaziyyat elmləri namizədi, müəllim
İş telefonu: +(99412) 4-39- 02-13
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
03.05. 1966 -cı ildə Baki şəhərində anadan olub. 1983-cü ildə 91 nömrəli orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin Fizika Fakultəsinə daxil olub. Fizika Fakultəsini 1989-cu ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin il Moskva Dövlət Universitetinin Fizika Fakultəsinin Kvant Nəzəriyyəsi və Yüksək Enerjilər Fizikası kafedrasinda aspiranturaya daxil olmuşdur. Namizədlik dissertasiyasını 1992-ci ildə müdafiyə edib və həmin il Baki Dövlət Universitetində laborant vəzifəsində çalışmışdır. 1993-cü ildən Nəzəri Fizika kafedrasında müəllim vəzifəsində çalışır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ, ELMİ ADLARI
1983-1989-cü illərdə Moskva Dövlət Universitetinin fizika fakültəsinin tələbəsi.
1989-1992- Moskva Dövlət Universiteti, Fizika Fakultəsi, Kvant Nəzəriyyəsi və Yüksək Enerjilər Fizikası kafedrasının aspirantı
1992-ci ildə Moskva Dövlət Universitetində"Çern-Saymons tipli topoloji nəzəriyyələrdə stoxastik kvantlanma" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
1992- 1993 Baki Dövlət Universiteti "Maddə quruluşu" kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
1993-cü ildən Nəzəri Fizika kafedrasında müəllim vəzifəsində çalışır. Bakalavr və magistr pilləsində təhsil alan tələbələrə elektrodinamika, kvant mexanikası, atom nüvəsi nəzəriyyəsi kurslarından mühazirə və seminar dərsləri aparır.
10 elmi məqalənin müəllifidir.
TƏDQIQAT SAHƏSI
Kvantxromodinamikası, stoxastik kvantlanma
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1.1995 Türkiyə, Qəbzə,Russian - Turkish Theoretical Physics Workshop
2. Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu. Beynəlxalqelmi konf¬rans. Bakı, 2008.
SEÇIILMIŞ ƏSƏRLƏRİ
ISI jurnallarında çap olunmuş məqalələr:
1. Stochastic Kernels for Chern-Simons Theories A.Subbotin, S.Musayev . IL Nuovo Cimento vol 104A, N.3
2 .О стохастическом квантовании на Риммановых многообразиях (часть 1) А.Субботин, С.Мусаев. Труды ФИАН, июль, 1992
3. О стохастическом квантовании на Риммановых многообразиях (часть 2) А.Субботин, С.Мусаев. Труды ФИАН, Сентябрь 1992
4. On the Equilibrium Distribution of the Stochastically Quantized Yang-Mills Theory. S.Musayev. Modern Physics Letters A 1994, Vol 9, no 13
5.Renormalization of kernels in Stochastically quantized Gauge Invariant Fermionic Theories. S. Musayev. International Journal of Modern Physics A 1997, vol 12, no 31
2003-2008-ci illərdə çap olunmuş məqalələr:
1. Nəcəfov İ.M., Rəcəbov M.R., Musayev S.B. Kristal mühitlərdə müon-foton leysanının yaranması. Fizikanın müasir problemləri. I Respublika konfransı, 6-8 dekabr,2007, s.30
2. Musayev S.B., Abbasov V.K. Qauss tipli sahələrdən səpilmə. Lev Landau-100. Respublika elmi konfransının materialları, 2008.
3. Nəcəfov İ.M., Rəcəbov M.R., Musayev S.B.Atom elektronları tərəfindən nuvə sahəsinin ekranlaşmasını nəzərə alan yeni metodla kristallarda polyarizə olunmuş е+е cütünün yaranmasi "Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu". Beynəlxalqelmi konf¬rans, 10-12 dekabr, Baki,2008.