Home Aze Ru Eng

NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI KAFEDRASI

Müəllimlər

1. Dosent, kafedra müdiri f.r.e.n. Paşayev Faiq Heydər o.
2. Dosent b.e.n. Vəliyeva Lalə İslam q.
3. Dosent k.e.f.d. Hacıyeva Flora Vidadi q.
4. Müəllim f.ü.f.d. Şirinova Həbibə Aslan qızı q.
5. d.ə. 0,5 şt. müəl. b.e.n Əhmədov İsmət Süleyman oğlu
6. 0,5 şt. müəl. f.r.e.n. Ağamalıyev Zöhrab Ədalət oğlu











Kafedranın tarixi

BDU nanomaterialların kimyəvi fizikası kafedrası Azərbaycan Respublikası Nazirlər Sovetinin 21/4-157 saylı 15 noyabr 1971-ci il tarixli sərəncamı əsasında Təhsil Nazirliyi kollegiyasının 7/8 saylı 12 may 1972-ci il tarixli qərarına əsasən yaradılmışdır. Kafedra yaradılarkən ilk dövrlərdə "Atom və molekulların kvant mexanikası" sonra isə "Kimyəvi fizika" adlandırılmışdır. Kafedra BDU-nun Elmi şurasının 06.01.2006-cı il tarixli qərarı ilə və BDU-nun rektorunun R-05 12.01.06 əmri ilə nanomaterialların tədqiqinin müasir elmi-texniki əhəmiyyətini nəzərə alaraq bu sahəni daha dərindən öyrənmək, tədrisini təşkil etmək, elmi-metodik araşdırma istiqamətini formalaşdırmaq məqsədi ilə "Nanomaterialların kimyəvi fizikası" kimi adlandırılmışdır. Kafedra uzun müddət respublika üçün atom və molekul fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərmişdir.
2006-2018-ci illər ərzində kafedranın müdiri fizika elmləri doktoru, prof. M.Ə.Ramazanov olmuşdur. O, 1958-ci ildə anadan olmuş, 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsini bitirmişdir. 1989-cu ildə yarımkeçiricilər və dielektriklər fizikası (01.04.07) üzrə namizədlik, dissertasiyası müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası yanında AAK-ın qərarı ilə Baş elmi işçi attestatını almışdır. Sonra o, Azərbaycan EA Fizika İnstitutu nəzdindəki XKB "Registirdə" mühəndis, böyük mühəndis və laboratoriya müdiri (1986-1992) vəzifələrində işləmişdir. 1992-ci ildə köcürülmə yolu ilə Fizika İnstitutuna böyük elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. 2002-si ildə aparıcı elmi işçi vəzifəsinə attestasiya komisiyasının qərarı ilə keçirilmişdir. 2004-cü ildə AMEA Azərbaycan Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutuna direktorun 1-ci müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə BDU-nun Nano araşdırma mərkəzinə müdir vəzifəsinə işə dəvət olunmuşdur. Sonra Fizika Problemləri İnstitutuna direktor müavini, 2006-cı ilin iyulun 1-dən Nanomaterialların kimyəvi fizikası kafedrasına müdir seçilmişdir. O, 560 elmi işin (bunlardan 124 maqalə Tomson reyter agentliyinin jurnallarında çap olunmuşdur), 22 ixtiranın - o cümlədən 13 müəlliflik şəhadətnaməsinin və 9 patentin müəllifidir. Onun rəhbərliyi ilə 12 aspirant müdafiə etmişdir.
Hal-hazırda kafedrada 10 əməkdaş, Kafedrada 5 elmlər doktoru proqramı üzrə, 6 fəlsəfə doktoru və 11 magistr  hazırlanır və onlar elmi tədqiqat işləri aparır.
Hal-hazırda kafedraya dosent, f.r.e.n.  F.H.Paşayev rəhbərlik edir.

Kafedranın nəzdində bir tədris laboratoriyası fəaliyyət göstərir. Kafedrada 7 əməkdaş, o cümlədən 1 professor f.e.d., 3 f.r.e.n. dosent, 1 b.e.n. baş müəllim, 1 f.r.e.n.laboratoriya müdiri, və 1 müəllim k.e.f.d. çalışır.
Kafedranın yaradıcısı və uzun müddət (1972-1993) ona rəhbərlik etmiş f.r.e.d., professor İ.İ.Hüseyinov hal-hazırda Türkiyə universitetlərində çalışır və kafedra ilə daim elmi əlaqə saxlayır. Atom və molekul fizikası üzrə dünya miqyasında tanınmış bir alim kimi kafedranın yaranmasında və inkişaf etməsində onun böyük rolu vardır. Kafedraya uzun müddət (1993-2005) f.r.e.d. prof. T.M.Mürsəlov rəhbərlik etmişdir. Bu dövrdə kafedra kimyəvi fizika, yanma və partlayış istiqaməti üzrə «Çoxelektronlu məsələlərin həlli üçün kvantmexaniki və hesablama metodlarının inkişaf etdirilməsi» problemi ilə məşğul olmuşdur. Kafedranın əməkdaşları BDU fizika və kimya fakültələrində mühazirələr və məşğələlər aparır, diplom işlərinə və magistr dissertasiyalarına rəhbərlik edirlər. Kafedrada atom və molekul fizikası üzrə 2 doktorluq, 20-yə yaxın namizədlik dissertasiyaları hazırlanmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur.

Hal hazda kafedra nanotexnologiyanın nanofizika, nanokimya və nanobiotexnologiya istiqamətləri üzrə elmi-tədqiqat işləri aparır. Kafedra nanotexnologiya sahəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə görə əsas elmi mərkəzlərdən biri kimi tanınmışdır. Nanotexnologiya fənlərarsı elmi sahə olduğundan o fizika, kimya, biologiya və materialşünaslıq elmlər arsı körpü rolunu oynayır.
Kafedranın nəzdində “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri”  ETL fəaliyyət göstərir.  “Nano araşdırmalar laboratoriyasın”da kafedralar arası tədqiqatlar və akademik fəaliyyət mövcüddur. Müxtəlif fakültələrdən olan tələbələr bu laboratoriyadan faydalanır. Elmi-tədqiqatların əsas məqsədi nanoquruluşlu və həcmi materiallar arasında təbii və dəqiq fərqi müəyyən etməkdir. Kafedra nanofizika, nanokimya, nanobiotexnologiya və nanotoksikoloyiyanın aşağıdakı elmi istiqamətləri üzrə tədqiqat aparır:

1. Yaddas qurğuları üçün maqnit-dielektrik, maqnitorezistiv nanokompozisiyaların alınması və  onlarda fazalararası qarşılıqlı təsirin rolunun tədqiqi

2.Yeni foto-, elektro-, termolüminessent kompozisiyaların alınması və tədqiqi
3. Nanotexnologiyanın neftçıxarmada və neftayırmada tədbiqi
4. Hüceyrə  membranları ilə nanohissəciklərin qarşılıqlı təsir mexanizminin tədqiqi, nanotoksikologiya

5. Antimikrob, antiseptik xassələrə malik nanohissəciklərin alınması və tibbdə tətbiqinin araşdırılması

6. Atom və molekulların elektron quruluşunun fiziki-kimyəvi xassələrinin kvant mexaniki metodlarla hesablanması

7. Polifunksional birləşmələr əsasında nanokompozitlərin sintezi və xassələri
8. Nizamlı düzülüşlü karbon nanoborularının alınması və elektrofiziki xassələrinə qamma şualarının təsiri.

9. Ağır nüvələrin təsiri ilə polimer matrisada yaradılmış nanoborularda yarımkeçirici kvant naqıllərinin işlənməsi

Kafedra  Atom və molekul fizikası və  Nanohissəciklərin fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərir.

Kafedra fizika fakultəsində  bakalavr pilləsində “Nanohissəciklərin fizikası”, kimya fakultəsində bakalavr pilləsində “Nanokimyanın əsasları” , “Kvant kimyası”  magistr pilləsində “Nanohissəciklərin və nanomaterialların fiziki-kimyası”,   biologiya fakultəsində  “Nanobiotexnologiya”, “Ekologiya və torpaqşünaslıq” fakültəsində magistr pilləsində “Nanotexnologiyanın ekologiyada tətbiqi” müasir fənləri tədris edir.

Hal-hazırda kafedra tədris və elmi-texniki işləri müasir səviyyədə aparmaq üçün Field Emission Scanning Electron Microscope JEOL JSM - 7600F, AFM NTegra Micro40, AFM Nano Educator, Benchtop X-ray Diffractometer MiniFlex 600, Rigaku Corporation, Fluorescence spectrophotometer  Cary Eclipse, Plant Growth Chamber GC 450 HPY - 2, Сцинтиляционный гамма-спектрометр «Прогресс-Гамма»,  Дозиметр-радиометр МКС-АТ1125,  МКС-АТ1125А,  Радиометр радона «Альфарад», Спектрометр МКС-АТ6101 ,  Дозиметр ДКС-АТ1121,  Дозиметр  индивидуальный ДКГ-РМ1621, Gartin GPS Navigator,  Furye Spectrofotometr Varian 3600 FT-İR, UV-Vis  spektrometr -Specord 250 PLUS  (Analytik Jena), High İntensity Ultrasonic Liquid Processors -VCX 500, Измеритель  Иммитанса   -   МНИПИ  Е7-20, Mikroskop - Motic AE30/31 İnverted Microscope, Dissolved Oxygen [email protected] Electrode, Micropipette Puller  PC-10, Dual High Impedance amplifier FD223A, Micropipette Beveler 1300M, Double-Holder Micromanipulator MD4L, Fiber Optic Illuminator  PL3000, pH Meter, pH electrode, Temp.Probe  220V AC müasir texniki vasitələrə malikdir(http://nanomaterials.bsu.edu.az/az/content/texniki_tchizat).

Son on ildə kafedrada  ali məktəblər üçün 12 (1 dərslik, 4 dərs vəsaiti, 6 kütləvi oxucu üçün kitab və  ABŞ-da çap olunmuş 1 monoqrafiya) kitab çap olunmuş, 229 məqalə (respublikada 96, xaricdə 133, bunlardan 80 maqalə Tomson agentliyinin elmi jurnallarında) dərc edilmiş, elmi konfranslarda 190 tezis (respublikada 101, xaricdə 89) məruzə olunmuş, 4 ixtira üçün patent alınmış və ümümi dəyəri 5,5 milyon manatlıq qrant layihələri yerinə yetirilmişdir. Kafedra  MDB ölkələrinin və Avropa  İtifaqi ölkələrinin uyğun elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əlaqələr saxlayır və əməkdaşlıq edir və birlikdə beynəlxalq konfranslar təşkil edir.

Əlaqə:

E-mail:[email protected]
Veb səhifə: http://nanomaterials.bsu.edu.az
Tel.: (99412)5387217
Fax: (99412)5983376
Ünvan: Akad.Z.Xəlilov küç., 23, BDU Əsas korpus, Bakı ş., AZ1148, Azərbaycan

NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI KAFEDRASININ veb səhifəsi:  http://nanomaterials.bsu.edu.az

Bookmark and Share