Tağıyev Nazif Hacıverdi oğlu 1957-ci ildə Quba rayonu Susay kəndində anadan olmuşdur. 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakultəsində təhsil almışdır. 1981-1986-cı illərdə Quba rayonunun İsnovqışlaq kəndində fizika müəllimi işləmişdir. 1986-cı ildən 2002-ci ilə qədər Quba rayon Təhsil Şöbəsində fizika fənni üzrə metodist işləmiş, 2003-2004-cü tədris illində “ İlin Müəllimi “ adına layiq görülmüşdür. 2004-cü ildən II qrup Qarabağ müharibəsi əlili kimi təqaüddədir. Ehtiyyatda olan kapitandır. Azərbaycan Milli Ordusunun ilk zabitlərindəndir. 23 iyul 1992-ci ildən 01 sentyabr 1997-ci ilə kimi Azərbaycan Ordusunda batareya komandiri vəzifəsində xidmət etmişdir.
Rusların bilərəkdən yararsız hala saldıqları ”tank əleyhinə idarə olunan raket ” döyüş maşınlarının yenidən döyüş hazırlığı vəziyyətinə gətirilməsində xüsusi əməyi olub, onun ilk sınaqlarını elə döyüşdəcə keçirmişdir. Döyüşlərdə düşmənin 6 ədəd tank və PDM-ni və 38-dən yuxarı canlı qüvvəsini məhv etmişdir. 23 dekabr 1993-cü ildə 4 nəfərlik kəşfiyyat dəstəsilə düşmənin arxasına keçmiş, düşmənin müşahidə məntəqəsini məhv edərək, bütün avadanlıqlarını ələ keçirmiş, düşmən tankının səngərinə girərək 3 nəfərlik heyətini məhv edib tankı tam yarasız hala salmışlar.
Rəhbəri olduğu batareya döyüşlərdə ümumilikdə 47 ədəd tank, PMD, Top, Avtomobil və s. ağır texnikasını məhv etmişdir. Döyüşlərdə 2 dəfə ağır kəllə beyin travması almışdır. “ Vətən Uğrunda ” medalı ilə təltif olunmuşdur.