Home Aze Ru Eng

OPTİKA VƏ MOLEKULYAR FİZİKA KAFEDRASI

OPTİKA VƏ MOLEKULYAR FİZİKA KAFEDRASI (prezentasiya)

Orta məktəb şagirdləri üçün (prezentasiya)


Kafedranın tarixi

1952-ci ildə o dövrün görkəmli fizikşünas alimləri Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin tədris işləri üzrə prorektoru dosent Mehti Əliyev, fizika-riyaziyyat fakültəsinin dekan müavini dosent Mədət Sərdarlı və öz müəllimlik məharəti ilə tələbələrin xüsusi məhəbbətini qazanmış dosent Məhəmməd Abdullayevin təşəbbüsü ilə Bakı Dölət Universitetinin fizika-riyaziyyat fakültəsində Molekulyar fizika kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri onun yaradıcısı dos. Mehti Əliyev olmuşdur. Yarandığı ilk gündən kafedranın əməkdaşları molekulyar fizika üzrə elmi-tədqiqat işlərini davam etdirmişlər. Respublika miqyasında aparılan bu tədqiqat işlərinə 1968-ci ilədək böyük təşkilatçılıq qabiliyyətinə malik olan dos. M.Əliyev rəhbərlik etmişdir. O, kafedranın texniki təchizatını dövrün müasir tələblərinə uyğun şəkildə təmin etmiş, elmi-pedaqoji işləri yüksək səviyyəyə qaldırmağa nail olmuşdur. Molekulyar fizika kafedrasının müdiri vəzifəsində işlədiyi 16 il müddətində dos. M.Əliyev yüksək ixtisaslı kadr hazırlığına və molekulyar fizika istiqamətində elmi məktəbin yaradılmasına xüsusi diqqət yetirmişdir. O, fizika-riyaziyyat fakültəsinin Fizika bölməsini müvəffəqiyyətlə bitirən tələbələri kafedraya işə götürərək məhz Molekulyar fizika ixtisası üzrə aspiranturaya daxil olmaq üçün Sovetlər İttifaqının aparıcı elm mərkəzləri və universitetlərinə ezam etmişdir. Qeyd edək ki, dos. M.Əliyev bütün gənc kadrları məşhur Sovet alimlərinin rəhbərliyi ilə molekulyar fizika ixtisası üzrə hazırlamışdır.

Mehti Əliyev öz yüksək dərəcəli fəaliyyətini ezam olunduğu müəssisədə davam etdirərək böyük elmi potensial qazanmışdır.

1982-ci ildə Azərbaycan SSR Ali sovetin Rəyasət heyəti yüksək ixtisaslı kadrlar hazırlanmasında və elmin inkişafında xidmətlərinə görə M.H.Sərdarlı Azərbaycan SSR əməkdar Ali Məktəb işçisi fəxri adına layiq görülmüşdür.

Molekulyar fizika sahəsində elmi-tədqiqat işlərini daha yüksək səviyyəyə qaldırmaq üçün SSRİ-nin aparıcı elmi müəssisələrində yüksək səviyyəli kadrlar hazırlanmasına ehtiyac olduğunu lazımınca dəyərləndirən M.Əliyev universiteti müvəffəqiyyətlə bitirmiş bir qrup gənci - Niftalı Qocayevi və Tamilla Əbilovanı (elmi rəhbər SSRİ EA müxbir üzvü M.Volkenşteyn) SSRİ EA Leninqrad bölməsinin Yüksəkmolekullu Birləşmələr İnstitutuna, Aydın Rəsulovu (elmi rəhbər M.Çulanovski) Leninqrad (indiki Sankt-Peterburq) Universitetinə, Məmməd Əliyevi SSRİ EA-nın Spektroskopiya İnstitutuna (Moskva şəhəri), Adil Mahmudovu və Svetlana Sadıxovanı Moskva Dövlət Pedaqoji İnstitutuna, Faiq Əhmədovu Moskva Dövlət Universitetinə ezam etmişdir.

N.Qocayev, A.Rəsulov, T.Əbilova, A.Mahmudov, S.Sadıxova və F.Əhmədov kafedraya qayıdaraq öz səmərəli elmi-pedaqoji fəaliyyətlərini burada davam etdirmişlər. Onlardan N.Qocayev (1968-1984), A.Mahmudov (1985-1995) və F.Əhmədov (1996-2011) Optika və molekulyar fizika kafedrasının müdiri vəzifəsində işləmişlər.

1968-ci ildən 1984-cü ilə qədər Molekulyar fizika kafedrasının müdiri prof.N.M.Qocayev olmuşdur. Bu dövrdə kafedranın əsas elmi istiqaməti molekulyar fizikanın ən müasir bölməsi olan molekulyar biofizika seçilmişdir. Bununla yanaşı molekulyar fizikanın digər bölmələri-molekulyar akustika (prof. A.Mahmudov və dos.S.Sadıxova) və polimerlər fizikası (prof. F.Əhmədov, prof. A. Rəsulov, dos. V.Səfərov) üzrə də elmi-tədqiqat işləri aparılmışdır.

1968-ci ildən etibarən kafedranın əsas elmi istiqaməti molekulyar fizikanın mühüm sahələrindən biri olan “Bioloji molekullarının quruluş və quruluş-funksiya əlaqələrinin tədqiqi” olmuşdur. Kafedranın aspirantları İbrahim Maksumov, Namiq Əhmədov, Larisa İsmayılova, Şəmistan Musayev, Rəşid Əliyev, Gülşən Ağayeva, İradə Əliyeva, Gülnarə Haqverdiyeva, Aslan Dəmirov, Saday Abbasov, Rəna Abbaslı, Ekaterina Süleymanova, Qamal Əli Əttiyə (Qahirə Universiteti), Əli Əl-Zeydi (İraq) prof. N.Qocayev və prof. Y.Popovun rəhbərlikləri ilə bu sahədə mühüm elmi-tədqiqat işləri yerinə yetirərək BDU və Moskva Dövlət Universitetinin Elmi Şuralarında namizədlik dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etmişlər. Dos. T.Əbilovanın elmi rəhbərliyi ilə S.Demühəmmədova və Danq Suan Xay (Vyetnam) molekulyar fizikanın mühüm sahələrindən biri olan molekulyar spektroskopiya sahəsində namizədlik dissertasiyası müdafiə etmişlər. Sonralar aparılan elmi-tədqiqat işləri nəticəsində N.Əhmədov, İ.Əliyeva və L.İsmayılova molekulyar biofizika üzrə doktorluq dissertasiyası müdafiə etmiş, sonrakı məhsuldar elmi fəaliyyətlərinin nəticəsi olaraq professor elmi adlarına layiq görülmüşlər. Hazırda prof. İradə Əliyeva hazırda BDU-nun Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektor vəzifəsində işləyir. Dos. G.Ağayeva, dos. S.Demühəmmədova və dos. G.Haqverdiyeva isə doktorluq dissertasi-yasının müdafiəsi ərəfəsindədirlər. Kafedrada uğurla yerinə yetirilən bu elmi işlərin nəticələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş, çoxlu sayda beynəlxalq elmi konfranslarda məruzələr dinlənilmişdir. 1980-ci ildən adları qeyd olunan gənc mütəxəssislər elmi fəaliyyətlərini Molekulyar fizika kafedrası nəzdində fəaliyyət göstərən “Molekulyar Biofizika Elmi-Tədqiqat Problem Laboratoriya”sında davam etdirmişlər. Molekulyar biofizika” Elmi Məktəbinin İttifaq miqyasında qazandığı böyük nüfuz nəzərə alınaraq SSRİ EA və Moskva Dövlət Universitetinin koordinatorluğu ilə  iki ildən bir fəaliyyət göstərən “Molekullararası qarşılıqlı təsir” Beynəlxalq Simpoziumunun 4-cüsü 1976-cı ildə Molekulyar fizika kafedrasının təşkilatçılığı ilə Bakı Dövlət Universitetində öz işini davam etdirmişdir. Bu simpoziumda SSRİ-nin məşhur alimləri iştirak etmişlər.

1972-ci ıldən, Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev cənablarının təşəbbüsü ilə, yüksək elmi səviyyəli cavan kadrların hazırlanması məqsədi ilə SSRİ-nin qabaqcıl elmi mərkəzlərinə tələbələrin göndərilməsi həyata keçirilməyə başlandı. Həmin ildən kvant elektronikası, lazer fizikası, qeyri-xətti optika sahələrində kadrların hazırlanması məqsədi ilə Moskva Dövlət Universitetinə Zübeyit Tağıyevi (elmi rəhbər SSRİ EA üzvü S. Ahmanov), Moskva Fizika Mühəndisləri İnstitutuna (MİFİ-ə) Rəna Qasımovanı (Nobel laureatı akademik N.Q. Basovun rəhbərliyi ilə lazer fizikası sahəsində açılan kafedraya), Belorussiyaya Ramiz Kərəməliyevi (SSRİ EA üzvü B. Stepanov) göndərilmişlər. R. Qasımovanın təşəbbüsi ilə MİFİ-yə və MFTİ-yə indiyə qədər BDU-nun tələbələri göndərilir. Z. Tağıyev, R. Qasımova, R. Kərəməliyev və digər məzunlar BDU-ya qayıdaraq öz elmi–pedaqoji fəaliyyətlərini davam etdirmişlər. Həmin məktəbin yetişdirmələri tərəfindən BDU-nun fizika fakültəsinin bakalavr pilləsində “Kvant elektronikası” və “Lazer fizikası” fənlərindən mühazirə, laboratoriya və seminar dərsləri tədris olunmağa başladı. 1998-ci ildə magistratura pilləsi üçün “Kvant elektronikası” ixtisası açılmışdır. Burada sırf lazer fizikasına aid “Kvant elektronikası,” “Qaz lazerləri”, “Bərk cisimli lazerlər”, “Qeyri-xətti optika” və ”Holoqrafiya” fənləri tədris olunur. Z. Tağıyev (1972 -1978) Optika və molekulyar fizika kafedrasının müəllimi olub.

R. Qasımova (2015-hazırda) Optika və molekulyar fizika kafedrasının müdiri vəzifəsində işləyir. Bu dövrdə kafedrada yeni elmi sahə kvant elektronikası və lazer fizikasının davamı olan “Qeyri-xətti optika” inkişaf etdirilir. Bu istiqamətdə prof. R. Qasımovanın aspirantları Nəzakət Kərimova, Səfərova Gülnarə, Əli Kərimi (İran) bu sahədə mühüm elmi nəticələr alaraq öz namizədlik dissertasiyalarını uğurla müdafiə etmişlər. Kafedranın doktorantı Şəhla Şamilova və dissertantı Vüsalə Məmmədova dissertasiyalarını tamamlanma ərəfəsindədirlər. Hazırda R. Qasımovanın rəhbərliyi ilə kafedrada doktorant Əsmər Əhmədova fəlsəfə elmi dərəcəsi və dos. Şahmərdan Əmirov elmlər doktoru dərəcəsi almaq üçün öz dissertasiyaları üzərində çalışırlar. Kafedrada bu sahədə aparılan elmi işlərin nəticələri nüfüzlu yüksək reytingli dünya elmi jurnallarında çap üzü görmüşdür və materialları indeksləşdirilmiş jurnallarda çap olunan Beynəlxalq elmi konfranslarda məruzə şəklində aprobasiya olunmuşdur. Kvant elektronikası istiqamətində aşağıdakı dövlət və beynəlxalq grantlar və proqramlar yerinə yetirilmişdir: 2008-2010 - CRDF –ANSF Project AZP1-3123-BA-08 “Efficient nonlinear frequency conversion using layered structures and quantum coherent effects”, (“Efficient nonlinear frequency conversion using layered structures and quantum coherent effects“), haradakı lazer şüalanmasının ikinci və üçüncü harmonikalarının kvazisinxron generasiyası tədqiq olunmuş, eləcə də yüksək effektivli terahers impulsların generasiyası öyrənilmişdir; 2010-2012 - EİF-2010-1(1)-40/14-M-9 “Yüksək effektli dəyişən tezlikli lazer şua mənbələrinin işlənib hazırlanması üçün dalğaların kvazisinxron qeyri-xətti qarşılıqlı təsirinin tədqiqi” (“Investigation of quasi phase matched nonlinear interaction of waves for elaboration of highly efficient sources of laser scanning radiation”); 2013 - FP7-INCO-2010-6 “Nanotechnology platform for elektronics and photonics” adlı project; 2015-2016 EİF-2015 “Nanostrukturların qeyri-xətti optik xassələri və metamateriallarda faza effektləri”.

Kafedrada bu istiqamətdə aparılan elmi işlərin mühüm nətəcələri “Azərbaycan AMEA Rəyasət Heyətinin 2015-ci və 2017-ci illərdəki Hesabat Məruzəsi ” toplusunadaxil edilib (İcraçı-f.-r.e.d., prof. R.C. Qasımova).

Bu illər ərzində bu sahə üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi adı almaq üçün 30-a yaxın dissertasiya müdafiə olunmuşdur. Bütün bunların nəticəsində, hazırda respublikada lazerlər fizikası üzrə kifayət qədər mütəxəssis var, tanınmış məktəb formalaşıb və hazırda “Optika və Molekulyar Fizika” kafedrasında fəaliyyət göstərir. Son 25 il ərzində qeyri-xətti optika istiqamətində bu elmi qrup tərəfindən aparılan səmərəli iş nəticəsində 2017-ci ildə Azərbaycanda 300 səh. yaxın həcmdə azərbaycan dilində ilk samballı “Qeyri-xətti optika” adlı kitab (Z.H. Tağıyev, R.C. Qasımova, G.A. Səfərova) içıq üzü gördü. Burada elmi qrupun nəinki aparılan elmi işləri əks olunuib, hətta müasir qeyri-xətti optikanın problemləri araşdırılıb.


Mehdi Sadıq oğlu Əliyev – 1907-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, yeni yaradılmış Azərbaycan Pedaqoji İnstitutda 1931-1935 illərdə dekan vəzifəsində çalışmış və sonra isə elmi-pedaqoji fəaliyyətini ADU-da davam etdirmişdir.1944-cü ildə ADU-nin fizika-riyaziyyat fakültəsinə dekan vəzifəsinə seçilmiş. M.Əliyev 1952-ci ildə ADU-nun prorektoru kimi daha məsul və daha şərəfli vəzifəyə təyin edilmişdir. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstituta rektor təyin edilmişdir. 1965-ci ildə M. Əliyev ADU-nun rektoru təyin edilmiş və bu vəzifəni 1970-ci ilə kimi böyük uğurla icra etmişdir. O, 1933-cü ildə dövrünün yüksək elmi adına-dosent adına layiq görülmüşdür. O, 1949-cu ildə “Bərk cisimlərin bərkliyinin rəqs üsulu ilə təyini” mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi məqalələri müntəzəm olaraq nüfuzlu Respublika və xarici jurnallarda dərc olunmuş və məruzələri elmi konfranslarda dinlənilmişdir. M.Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanın tərtibi kimi işlərə xüsusi əhəmiyyət vermişdir. O, tələbələr üçün bir çox vacib dərslikləri (A.F.İoffe Molekulyar fizika kursu və s.) rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və  ali məktəblər üçün Optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olmuşdur.


Məmməd Abbas oğlu Abdullayev 1903-сü ildə  Azərbaycanın Qazax rayonunun Daşkəsəmən kəndində mədəni ailədə anadan olmuşdur. İlk təhsilini Qazaxda alaraq, Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş və onu fərqlənmə diplomu ilə bitirmişdir. Məmməd müəllim riyaziyyat-fizika elmləri  alimlik dərəcəsi almış ilk azərbaycan fiziklərindəndir. ADU-nun (indiki BDU) 1940-1960-ci illərdə ən görkəmli müəllimlərdən olmuşdur. O, fizikanın mexanika və molekulyar fizika bəhslərindən çox yüksək səviyyədə mühazirə oxumuş, məharətlə məsələ həllini və laboratoriya işlərini aparmışdır. Dərin biliyə malik olan Məmməd müəllim həm də əsl ziyalı idi. Onun çox sayda tələbələri akademik, müxbir üzv və professordur. M.Abdullayev1972-ci ildə vəfat etmişdir.





Məmməd Əli Həşimzadə
Ugurlu oğlu 1906-cı ildə Azərbaycanda Qəbələ rayonunun Zərəqən kəndində anadan olmuşdur.  1925-ci ildə orta  məktəbi bitirən Məmmədəli Azərbaycan  Müəllimlər İnstitutuna qəbul olmuşdur. Bir müddətdən sonra o ADU-nin pedaqoji fakültəsinin təbiət-riyaziyyat şöbəsində təhsilini davam etdirib, 1930-cu ildə Universitetin məzunu olmuşdur. O 1933 –cü  ilədək əmək fəaliyyətini Quba pedaqoji texnikumunda davam etdirmişdir. 1933-1936-cı illərdə Azərbaycan Dövlət Tıbb İnstitutunun  fizika kafedrasının assistenti, sonra da 1944-cü ilədək kafedranın dosenti vəzifələrində işləmişdir. 1944-1946-cı illərdə həmin kafedranın müdiri vəzifəsini icra etmişdir. 1946-1952-ci illərdə AzEA-nın  Fizika İnstitutunun baş elmi işçisi işləmişdir və 1949-cu ildə  H.İ.Əmirxanovun rəhbərliyi altında  “ İstilik sahəsində elektron yarımkeçiricilərinin cərəyan keçirməsində asimmetriyanın tətbiqi” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. H.D. Məmmədbəyli ilə birlikdə görkəmli alim Nəsrəddin Tusinin “fiqurların  kəsişən” haqqında traktatı tərcümə çalışmışdır. 1937- 1949-cu illərdə Pedaqoji İnstitutunda astronomiyadan mühazirələr oxuyurdu. 1952-1959-cu illərdə Pedaqoji İnstitutda fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1961-1975-ci illərdə ADU-nun “Molekulyar fizika” kafedrasının dosenti, 1975-ci ildən ömrünün son gününə qədər (1980) “Astrofizika” kafedrasının  dosenti vəzifəsində çalışmışdır.  Həşimzadə 1942-ci və 1972-ci illərdə  B.A. Voronstova-Velyaminovanın “Astronomiya” adlı kitabını, 1954-cü ildə isə S.Friş və A. Timorevanın “Ümumi fizika kursu” (Optika) dərsliyini  azərbaycan dilinə tərcümə etmişdir. “Optika” bölməsinin laboratoriya işləri üçün azərbaycan dilində metodik göstərişlər kitabını yazmışdır.

SƏRDARLI MƏDƏT HƏSƏN OĞLU (1912-1988) - Qasım İsmayılov rayonunun Şəfəq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Gəncə Pedoqoji texnikumuna daxil olmuşdu. 1931-ci ildə texnikumu tamamlamışdı. 1931-ci ildən orta məktəbdə müəllim, dərs hissə müdiri, sonra isə direktor (1931-1935) işləmişdi. ADU-nun fizika-riyaziyyat fakültəsini bitirmiş (1940), həmin ildən kafedranın asistenti, dekan müavini olmuşdur. M.H. Sərdarlı 50 ilə yaxın Bakı Dövlət Universitetində fədakarlıqla çalışmış. Sərdarlı gözəl təşkilatçılıq qabiliyyətinə malik bir insan idi. Beləki o, Respublika və Bakı şəhərində fizika fənni üzrə olimpiadaların təşkilatçısı olmuş, onun şəxsi təşəbbüsü ilə Universitetdə fizika fakültəsinin nəzdində “Gənc fiziklər məktəbi” təşkil edilmiş və uzun müddət fəaliyyat göstərmişdir. Pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə yanaşı Sərdarlı M. geniş elmi-tədqiqat işləri aparmışdır. Azərbaycan molekulyar fizika məktəbinin yaranmasında geniş fəaliyyət göstərmişdir. Onun “Karbohidrogenlərin özlülüyünün temperatur asılılığı” mövzusunda yazdığı dissertasiya işi geniş praktik əhəmiyyətə malik olmuşdur. Sərdarlı M. bir çox elmi, elmi-publisistlik və metodik vəsaitlərin müəllifidir.



Əbilova Tamilla Səttar qızı 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirmiş, ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və1960-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda musiqi təhsili də almışdır. “Neft-kimya problemləri” elmi-tədqiqat institutunda işləmişdir. Sonra BDU-nun fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasında keçmişdir. Moskvada prof.L.M. Qribovun rəhbərliyi öz dissertasiya işini müdafiə etmişdir. “Molekulyar fizika” fənnindən, “Molekulların rəqsi” ixtisas kursundan mühazirələr aparmış, “molekulyar spektroskopiya” laboratoriyasının yaranmasında yaxından iştirak etmişdir. Onun rəhbərliyi altında bir sıra namizədlik dissertasiyası müdafiə edilmişdir. O, 2004-cü ildə vəfat etmişdir.






Adil Umud oğlu Mahmudov 23.02.1937-ci ildə Ucar rayonunun Quləbənd kəndində anadan olmuşdur. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsində təhsil almış və və fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə Moskvanın Kimya Texnologiyası İnstitutunda “Yüksək molekullu birləşmələr”və “Fiziki kimya” ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, 1990-cı ildə professor adına layiq görülmüş və həmin zamandan ömrünün sonuna kimi BDU-nun “Optika və molekulyar fizika” kafedrasının professoru vəzifəsində çalışmışdır.Adil Mahmudov universitetdə fəaliyyət göstərən “Molekulyar fizika və polimerlər fizikası” üzrə ixtisaslaşmış müdafiə şurasının, respublika üzrə təşkil olunmuş fizika metodik şurasının üzvü, orta məktəblər üçün yeni fizika proqramını tərtib edən komissiyanın, universitetin fizika fakültəsində metodik şuranın sədri olmuşdur. 1985-1990-cı illərdə “Optika və molekulyar fizika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 05.09.2009-cu ildə vəfat etmişdir.



Faiq Abduləvvəl oğlu Əhmədov 16.10.1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1957-1962-ci illərdə BDU-nun fizika-riyaziyyat fakültəsində təhsil alib.1962-1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olub. 1966-cı ildə “Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi ”mövzusu üzrə dissertasiya müdafiə edərək fizika- riyaziyyat elmləri namizədi adını almışdır. 1966-cı ildən müəllim, baş müəllim, 1971- ci il “Optika və molekulyar fizika” kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1992-ci ildə Rusiya Federasiyasının Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda “Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi” adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Ona 1994-cü ildə professor adı verilmişdir. 1994-2011-ci  ilədək “Optika və molekulyar fizika” kafedrasının professoru, kafedra müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən -ömrünün sonunadək BDU-nun Appelyasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır. 100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir. 31.10.2009-cu ildə prezident İ.H.Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. F.A.Əhmədov 15.02.2011-ci ildə vəfat etmişdir. Kafedrada Molekulyar akustika (prof. Adil Mahmudov, dos. Svetlana Sadıxova) və Polimerlər fizikası (prof.Faiq Əhmədov, prof. Abuzər Rəsulov, dos.Vaqif Səfərov) istiqamətləri üzrə də mühüm elmi işlər aparılmışdır. Görkəmli Azərbaycan alimi Akademik Bəhram Əsgərov, dos. Əmrulla Ağamalıyev və prof. Cəfər Quluzadə də pedaqoji fəaliyyətə bu kafedrada başlamışlar.

 

Qocayev Niftalı Mehralı oğlu

1936-cı il 18 oktyabrda anadan olmuşdur. 1953-ci ildə orta məktəbi qızıl medalla bitirərək, ADU-nun fizika fakültəsinə daxil olmuşdur. Prof. N.M. Qocayevin elmi rəhbərliyi ilə 30-a yaxın elmlər doktoru və elmlər namizədi dissertasiya işləri müdafiə olunmuşdur.1968-ci ildən 1984-cü ilə qədər “Molekulyar Fizika” kafedrasının müdiri prof.N.M.Qocayev olmuşdur. Onu da qeyd etmək lazımdır ki, kafedrada aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və tədris olunan fənnlərlə əlaqədar olaraq 1968-ci ildən etibarən  kafedranın  elmi istiqamətlərindən biri “Bioloji molekullarının quruluş və quruluş-funksiya əlaqələrinin tədqiqi” olmuşdur. Kafedrada müvəffəqiyyətlə yerinə yetirilən bu elmi işlərin nəticələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş, çoxlu sayda beynəlxalq elmi konfranslarda məruzə olunmuşdur. 2015-2016-cı illərdə prof. N.M.Qocayevin rəhbərliyi ilə Fizika üzrə 2 fəlsəfə doktoru dissertasiya işləri müdafiə olunmuşdur. 2016-ci ildə prof. N.M.Qocayev Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Əməkdar müəllim” yüksək ada layiq görülmüşdür.

Əmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın Borçalı          mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-1974-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alib. 1974-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) aspirant olub. 1978-cı ildə MDU-nun Fizika fakültəsində “İkigat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədgigi” mövzusu üzrə dissertasiya müdafiə edərək bərk cisimlər fizikası (BCF) ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1978-89-ci illər arasında “Optika və molekulyar fizika” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1984-85-ci illərdə elmi-tədqiqat işləri aparmaq və pedaqoji işlə məşğul olmaq üçün bir il müddətinə Yaponiyanın Tokyo Universitetinə ezam olunmuşdur. 1989-cu ildə Tbilisi Dövlət Universitetindəki BCF üzrə ixtisaslaşdırılmış Elmi Şurada “Ni-və Fe-əsaslı xəlitələrdə atomların nizamlanmasına statik və dinamik defektlərin təsiri” mövzusunda doktorluk dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991-ci ildə ABŞ-ın Kaliforniya Universitetində bir semestr dərs və birgə elmi-tədqiqat işləri aparmaq üçün ABŞ-a ezam olunmuşdur. Ona 1992-cü ildə professor adı verilmişdir. 1990-1994-ci  illərdə “Optika və molekulyar fizika” kafedrasının professoru, kafedra müdiri, 1994-98-ci illərdə kafedranın professoru vəzifəsində çalışmışdır. 1992-ci ildə Türkiyənin Ankara şəhərindəki dünyanın ən yaxşı 100 Universiteti içərisində yer alan Orta Doğu Texniki Universitetində (ODTU) uzunmüddətli çalışmaq üçün ezam olunmuşdur. 1992-ci ildən bugünə qədər o, ODTU-nun mühəndislik fakültəsindəki “Metallurgiya və Materiallar Mühəndisliyi” Departamentində laboratoriya müdiri və professor vəzifəsində çalışır. Professor Ə. Mehrabovun dünyanın ən məşhur jurnallarında və beynəlxalq konfransların materialları kitablarında çap olunmuş 250-ə yaxın sanballı elmi məqaləsinə 500-dən artıq istinadlar verilmişdir. Elmi-tədqiqat işləri ilə yanaşı, professor Ə. Mehrabov qardaş Türkiyə Respublikasında yüksək səviyyəli elmi-texniki kadrların hazırlanmasında da yaxından iştirak edir. Türkiyədə çalışdığı müddətdə onun rəhbərliyi altında 40-dən çox magistr və doktorant elmi işlərini tamamlayaraq elmi dərəcələr almışlar. Bundan başqa, o Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməktə və Türkiyə-Azərbaycan, Türkiyə-Ukrayna və Türkiyə-Rusiya elmi-tədqiqat layihələrinin təşkil olunmasında, hazırlanmasında və müvəffəqiyyətlə aparılmasında mühüm rol oynamaqdadır. Bərk cisimlər fizikası və materiallar bilim və mühəndisliyi sahələrində əldə etdiyi böyük nailiyyətlər nəzərə alınaraq, professor Ə. Mehrabov 2000-ci ildə gizli səsvermə yolu ilə yekdilliklə bütün dünya müsəlmanlarının akademiyası sayılan İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv və 2009-cu ildə isə Akademyanın illık toplantısında Yönətim Kurulu (Council Member) üzvü seçilmiştir. Bununla yanaşı, professor Ə. Mehrabov ABŞ-da, Türkiyədə və dünyanın bir çox ölkəsində fəaliyyət göstərməkdə olan akademiya və cəmiyyətlərə həqiqi üzv seçilmişdir. Onun həyat və fəaliyyəti, ABŞ-da çap olunan “Marquis Who’s Who” biblioqrafik ensiklopediyasının “Elm və mühəndislikdə kim kimdir” kitabının 8-ci (2005-2006) çapında yer almışdır.

 

Məmmədov Rasim Qara oğlu 1950-ci ildə ziyalı ailəsində anadan olub, 1967 –ci ildə  kənd orta məktəbini “Qızıl medal”la bitirərək, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olmuşdur. 1971-1972 illərdə təhsilini Moskva İdarəetmə Problemləri İnstitutunda davam etdirmiş və ali məktəbi “Fərqlənmə diplomu” ilə bitirmişdir. 1972 – 1974 –cü illərdə Sovet Ordusunda zabit kimi xidmət etmişdir. 1975-1978 – ci  illərdə  Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında təhsil almış və 1979-cu ildən gənc mütəxəssis kimi təyinatla Optika və molekulyar fizika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır. O, 1983-cü ildə elmlər namizədi və 2003-cü ildə isə doktorluq disserdasiya işləri müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi və  doktoru elmi dərəcələri almışdır. Rasim müəllim Optika və molekulyar fizika kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmış və eyni zamanda 1999-2004-cü illərdə Fizika faküldəsinin dekan müavini, 2004-2012-ci illərdə isə dekanı vəzifələrində işləmişdir. O, bərk cisimlər fizikasının və elektronikasının aktual problemlərindən olan “Metal-yarımkeçirici kontaktların termo-, foto- və elektrofiziki xassələri”nin tədqiqi ilə məşğul olmuş və real metal-yarımkeçirici kontaktlarda “əlavə elektrik sahəsinin yaranması” hadisəsini kəşf etmişdir. Bu elmi kəşfə aid “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar, Bakı, 2003” adlı ilk monoqrafiya yazaraq, müasir bərk cisimlər fizikası və elektronikası sahəsində “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt hadisələri” adlı yeni elmi istiqamət açmışdır. Bu elmi istiqamət üzrə ölkəmizin və Rusiya, Ukrayna, Belarus, İran və digər xarici ölkələrin elmi mərkəzlərində geniş elmi-tədqiqat işlərinə başlanmış və mühüm elmi nəticələr əldə edilmişdir. O, ətraf mühitin istiliyini elektrik enerjisinə çevirən yeni növ “Alternativ cərəyan mənbəyi” icad etmiş, yüksək keyfiyyətli “Əlavə elektrik sahəli Günəş elementi” ixtira etmiş, yüksəkamperli “Əlavə elektrik sahəli TMBS diod”  tipli effektiv düzləndiricilərin iş mexanizmini hazırlamışdır. Aşkar edilmiş elmi kəşf kimya, cihazqayırma, neft-qaz maşınqayırması kimi başqa elmi-texniki sahələrdədə istifadə edilməyə başlanmışdır. О, 1999-2012-ci illərdə Fizika fakültəsi Elmi Şurasının sədr müavini və sədri, BDU-nun Elmi Şurasının üzvü, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının BDU nəzdindəki  D.02.012 Doktorluq Dissertasiya Şurasının sədr muavini və sədri, Fizika fakültəsinin Elmi-Praktiki Seminarının sədri, “Bakı Universiteti Xəbərləri” jurnalının redaksiya heyyətinin və Respublika Jurnalistlər Birliyinin üzvü olmuşdur. Hazırda Optika və molekulyar fizika kafedrasının professoru, Fizika fakültəsi Elmi Şurasının üzvü, “Bakı Universiteti Xəbərləri” jurnalının redaksiya heyyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Tərəqqi medalı” ilə təltif edilmişdir.

 

Qasımova Rəna Cümşüd qızı

Hazırda kafedra müdiri vəzifəsində prof. Rəna Cümşüd qızı Qasımova çalışır. Prof. Rəna Cümşüd qızı Qasımova Moskva Fizika Mühəndisləri institutunu (MİFİ) bitirdikdən sonra əmək fəaliyyətini 1984-cü ildə BDU-nun Ümumi fizika kafedrasında başlamışdır. O, 1982-ci ildə daxili anizotropiyaya malik qaz lazerlərində optik effektlərinə həsr olunmuş namizədlik, 2003-cü ildə isə optik dalğaların qeyri-xətti qarşılıqlı təsirinə dair doktorluq dissertasiyasını müdafiə etmişdir. R.C. Qasımova lazer fizikası nəzəriyyəsi sahəsində elmi-tədqiqat işləri aparır. O, 130 elmi əsərin, o cümlədən 2 ixtiranın, 1 monoqrafiyanın və 1 elmi cihaz layihəsinin müəllifidir. Prof. R.C. Qasımovanın rəhbərliyi ilə 15-dən çöx magistr dissertasiyası yerinə yetirilmiş, 3 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda3 doktorant Dövlət proqramı üzrə Kvant elektronikası sahəsində dissertasiya üzərində çalışırlar.






Kafedranın strukturu

Kafedrada mexanika, molekulyar fizika və optika tədris laboratoriyaları fəaliyyət göstərir. Hazırda kafedrada ştat üzrə 14 nəfər professor-müəllim heyəti, 10 nəfər yardımçı heyət çalışır. Professor-müəllim heyətindən 4 nəfəri elmlər doktoru, professor, 9 nəfəri elmlər namizədi, onlardan 7 dosent, 1 nəfəri baş müəllimdir. Yardımçı heyət 2 laboratoriya müdirindən, 5 baş laborantdan, 3 laborantdan ibarətdir. Kafedranın 1 dissertantı vardır.

Optika və molekulyar fizika kafedrasının kollektivi (2014)


Optika və molekulyar fizika kafedrasının kollektivi (2017)



Optika və molekulyar fizika kafedrasinda Fizika fakültəsinin I kurs tələbələri ilə görüş (2017)


Professor-müəllim heyəti:
1. Qasımova Rəna Cümşüd qızı, f.r.e.d., prof., kafedra müdiri
2. Əliyeva İradə Nürəddin qızı, b.e.d. professor, prorektor,
4. Qocayev Niftalı Mehralı oğlu, f.r.e.d., prof.
4. Məmmədov Rasim Qara oğlu, f.r.e.d., prof.
5. Hacıyev Zahid İsmayıl oğlu, f.r.e.n., dos.
6. Useynova Səidə Mahmud qızı, f.r.e.n., dos.
7. Əliyev Ehtiram Zeyni oğlu,f.r.e.n., dos.
8. Hacıyeva Lalə Sabir qızı, f.r.e.n., dos.
9. Abbasova Gültəkin Cümşüd qızı, f.r.e.n., dos.
10. Paşayev Bəxtiyar Gülmalı oğlu, f.r.e.n., dos.
11. Bağırov Rafiq Mikayıl oğlu, f.r.e.n., müəl.
12. Əliyev Lətif Paşa oğlu, f.r.e.n., 0,5 şt., m.,


Yardımçı heyyət:

  1. Bədəlova Yaxşıxanum Ağazəki qızı, lab. müdürü
  2. Suleymanova Nəzakət Tofiq qızı, baş laborant
  3. İsmayılova Tərifə İsmayıl qızı, baş laborant
  4. Hacıyeva Şəhla Nəbi qızı, baş laborant
  5. Kərimova Samirə Xalid qızı, baş laborant
  6. Yaqubova Xatirə Əbdul qizi, baş laborant
  7. Şərifova Validə Həmid qızı, laborant
  8. Məmmədova Vüsalə Calali qızı,  baş laborant
  9. Əmrahova Aynur Heydərqulu qızı, laborant


Kafedranın elmi fəaliyyəti

Fəaliyyətgöstərdiyimüddətdə kafedradaaparılantədqiqatlaraktualməsələlərə həsrolunmuş və elmiaraşdırmalar üç istiqamətdə aparılır: Birinciistiqamət-kvantelektronikası, lazerlərfizikası və qeyri-xəttioptikaelmisahələri əhatə edir (rəhbər-prof. R.C. Qasımova). İkinci istiqamət-molekulyar fizikanın problemlərini (makromolekul sistemlərin relaksasiya xassələri, spektral xarakteristikaları və konformasiya halları, faza əmələgəlmə prosesinin tədqiqi, ayrı-ayrı qrupların enerji hallarının və spektral parametrlərinin müəyyənləşdirlməsi) əhatə edir (rəhbər- prof. N.M. Qocayev)və üçüncü istiqamət metal-yarımkeçirici kontakt hadisələrinə həsr olunmuş tədqiqat işləri nəzəri və istərsə də praktik baxımdan əhəmiyyətli olan araşdırmalardır (rəhbər- prof. R.Q.Məmmədov).Ötən illər ərzində kafedrada «Molekulyar fizika» və “Bərk cisimlər fizikası” ixtisaslardan fizika üzrə elmlər doktorları və fəlsəfə doktorları hazırlanır.Kafedra üzrə aparılıan elmi tədqiqat işlərinin nəticələri hazırda tədris prosesində tətbiq edillir.Bu nəticələr bir sıra monoqrafiyalarda və xülasə məqalələrdə istifadə edilmişdir.“Specord 50 plus” cihazında bakalavr, magistratura və doktorantura pillələrində elmi iş aparan tələbələr müxtəlif nümunələrin spektrlərini alırlar və onların üzərində elmi təhlillər aparırlar.


Optika və molekulyar fizika kafedrasında dissertasiya  mözusunun  müzakurəsi zamanı (2014)

2012-2017-ci illərdə kafedranın əməkdaşları tərəfindən nüfuzlu elmi jurnallarda 234məqalə dərc olunmuş, onlardan Thomson Reuters” agentliyi tərəfindən indeksləndirilmiş jurnallarda dərc edilmiş məqalələrin sayı  24-dür.Konfraslarda dinlənilmiş 91məruzənin tezisi dərc edilmişdir.

QRANT: Azərbaycan Respublikasının Prezidentİ yanında Elmin İnkişafı Fondunun qrant layihələri 2015 -2015 il müsabiqəsinin qalibi - “Nanostrukturların qeyri-xətti optik xassələri və metamateriallarda faza effektləri” (prof. Qasımova R.C., Şamilova Ş.A., məbləq 70000AZN). Qrantın xətti ilə “Specord 50 plus” cihazı alınmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin hesabat məruzəsinə Fizika – riyaziyyat və Texnika Bölməsi üzrə prof. R.C.Qasımovanın 2015-ci ildəki elmi nailiyyəti mühüm elmi nəticə kimi (Analitik olaraq göstərilmişdir ki, sabit intensivlik yaxınlaşmasında ZnO/PMMA nazik kompozitlərdə ZnO nanohissəciklərinin konsentrasiyasının artması ilə effektiv kubik qeyri-xəttilik azalır, digər tərəfdən qeyri-xətti qarşılıqlı təsirin uzunluğunun böyük olması səbəbindən nanokristal güclü III harmonika dalğasını generasiya edir) daxil edilmişdir.

 

Dissertantura yolu ilə hazırlanan kadrlar:

2206.01 “Molekulyar fizika” ixtisası üzrə elmlər doktoru hazırlığı üzrə dissertantura yolu ilə doktorantlar:

1. Abbasova Gültəkin Cümşüd qızı - f.r.e.n., dosent

2. Paşayev Bəxtiyar Gülmalı oğlu – f.r.e.n., dosent

3. Bağırov Rafiq Mikayıl oğlu- f.r.e.n.

2211.01“Bərk cisimlər fizikası”  ixtisası üzrə  fəlsəfə doktoru programı ilə dissertant:

1. Şamilova Şəhla Asəf qızı.

2. Məmmədova Vüsalə Cəlali qızı

3. Əhmədova Əsmər Rasim qızı

Kafedranın xətti ilə  2016-ci ildə kafedranın əməkdaşı-Hacıyeva  Şəhla Nəbi q. və Aslanova Əminə Rasim q. dissertasiya işlərini müdafiə etmişdirlər.

Kafedranın tədris işi

Kafedranın nəzdində bakalavr pilləsi üçün I-II –ci kurslarda  əsas fənlərdən- Mexanika, Molekulyar fizika və Optika, III-IV kurslarda  seçmə fənlərdən Molekulyar fizikanın müasir problemləri- Ümumi spektroskopiya,  Lazerlər fizikası,  Kvant elektronikasının əsasları tədris olunur. Magistratura səviyyəsində 2 ixtisas üzrə tədris aparılır: “İstilik və molekulyar fizika” və “Kvant elektronikası”. Kafedraya məxsus “Specord 50 plus” cihazında tələbələr elmi tədqiqat işləri aparırlar. Təbiət elmləri fakültələrinin (Biologiya, Kimya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Coğrafiya) “Ümumi fizika” kursu üzrə laboratoriya dərsləri kafedrada aparılır. Beləliklə, kafedrada Lazerlər optikası tədris laboratoriyalsı daxil olmaqla 7 tədris laboratoriyaları fəaliyyət göstərir. Hazırda kafedrada 3 elmlər doktoru, 3 fəlsəfə doktoru proqramı üzrə elmi kadr və 9 magistr hazırlanır.

 

Prof. Niftalı Qocayevin Fizika fakültəsində mühazirəsi (2014)

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

Fizika fakültəsi
Mexanika - əsas kurs
Molekulyar fizika- əsas kurs
Optika- əsas kurs
Molekulyar fizikanın müasir problemləri- seçmə fənn
Ümumi spektroskopiya-seçmə fənn
Lazerlər fizikası-seçmə fənn
Kvant elektronikasının əsasları-seçmə fənn

Magistratura pilləsi üzrə
2 istiqamətdə tədris aparılır: “İstilik fizikası və molekulyar fizika” və “Kvant elektronikası”.

İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə tədris olunan fənlər:
Molekulyar birləşmələrin istilikkeçirməsi- əsas fənn
Molekulların quruluşu və molekulyar qüvvələrin təbiəti-- əsas fənn
Makromolekulların quruluşu və xassələri- əsas fənn
Çoxatomlu  molekulların  rəqs spektrinin nəzəriyyəsi və hesablama üsulu- əsas fənn
Molekulyar akustika- əsas fənn
Səth fizikası- əsas fənn
Makromolekul  məhlulunun özlülük nəzəriyyəsinin əsasları- seçmə fənn
Molekulyar qüvvələrin kvant nəzəriyyəsi – seçmə fənn
Mürəkkəb molekulların nəzəri konformasiya təhlili üsulu- seçmə fənn
NMR və EPR üsulları ilə molekulun quruluşunun və xassələrinin öyrənilməsi- əsas fənn
Kvant elektronikası” ixtisas üzrə tədris olunan fənlər:
Kvant elektronikası-əsas fənn
Qaz lazerləri- əsas fənn
Qeyri-xətti optika- əsas fənn

 

Ədəbiyyat

  1. Əhmədov F.Ə. “Qeyri-fizika fakültələri üçün Ümumi fizika kursu”, 2004.
  2. Məmmədov R.Q. Mayelərdə səthi gərilmə və daxili sürtünmə hadisələri.Bakı,2007, 71 s.
  3. Friş S.E., Timoreva A.V. “Mexanikanın fiziki əsasları, molekulyar fizika, rəqslər və dalğalar.”, 1964, 516 səh.
  4. Friş S.E., Timoreva A.V. “Optika. Atom fizikası.”, 1960, 814 səh.
  5. Friş S.E., Timoreva A.V. “Elektrik və elektromaqnit hadisələri.” 1954, 651 səh.
  6. “Ümumi fizika praktikumu” prof V.İ. İveronovanın redaktorluğu ilə. 1962, 695 səh.
  7. Kalaşnikov S.Q. “Elektrik bəhsi”, 1968, 682 səh.
  8. Qasımova R.C. , Kərəməliyev R.Ə.“Kvant elektronikasının əsasları, 1991, 112 səh”
  9. Qasımova R.C., Hacıyev F.H., Əmirov Ş.Ş.. “Kvant elektronikası üzrə ixtisası praktikumu”, 1994, 101 səh
  10. Qasımova R.C. “Kvant elektronikası kursu üzrə məsələlər toplusu həlli ilə” (rus dilində), 2008, 68 səh
  11. Qasımova R.C. “Kvant elektronikası kursu üzrə məsələlər toplusu həlli ilə” (azərbaycan dilində), 2008, 68 səh
  12. Tagıyev Z.H.,Qasımova R.C.,Səfərova G.Ə. “Qeyri-xətti optika”, 2017, 284 səh


 

    PROQRAMLAR

    BİOLOGİYA FAKÜLTƏSİ - Ümumi Fizika 1
    BİOLOGİYA FAKÜLTƏSİ - Ümumi Fizika 2
    EKOLOGİYA FAKÜLTƏSİ - Mexanika (AZ)
    EKOLOGİYA FAKÜLTƏSİ - Mexanika (RUS)
    EKOLOGİYA FAKÜLTƏSİ - Mexanika (ENG)
    KİMYA FAKÜLTƏSİ - Optika (AZ)
    KİMYA FAKÜLTƏSİ - Optika (RUS)
    KİMYA FAKÜLTƏSİ - Optika (ENG)

    Kvant Elektronikasının əsasları FZ (AZ)
    Kvant Elektronikasının əsasları FZ (RUS)
    Kvant Elektronikasının əsasları FZM (AZ)
    Kvant Elektronikasının əsasları FZM (RUS)

    Lazerlər Fizikası FZ (AZ)
    Lazerlər Fizikası FZM (AZ)
    Lazerlər Fizikası FZM (RUS)

    Mexanika FZ (AZ)
    Mexanika FZ (RUS)
    Mexanika FZ (ENG)
    Mexanika FZM (AZ)
    Mexanika FZM (RUS)

    Molekulyar Fizika FZ (AZ)
    Molekulyar Fizika FZ (RUS)
    Molekulyar Fizika FZ (ENG)
    Molekulyar Fizika FZM (AZ)
    Molekulyar Fizika FZM (RUS)

    Molekulyar Fizikanın müasir problemləri FZ (AZ)
    Molekulyar Fizikanın müasir problemləri FZM (AZ)

    Optika FZ (AZ)
    Optika FZ (RUS)
    Optika FZ (ENG)
    Optika FZM (AZ)
    Optika FZM (RUS)

    Ümumi Spektroskopiya FZ (AZ)
    Ümumi Spektroskopiya FZM (AZ)

 

İmtahan Sualları

“Kvant elektronikasının əsasları” – fizika müəllimliyi
Lazerlər fizikası- fizika müəllimliyi
Mexanika  fiziklər üçünMexanika fizika müəllimliyi
Molekulyar fiziklər üçün, Molekulyar fizika müəllimliyi
Optika fiziklər üçünOptika fizika müəllimliyi
Biologiya müəllimliyi “Ümumi fizika ”(30 saat)

Kimya fakültəsində tədris olunan“Fizika-2 ” kursunun proqramı (30 saat)
Ekologiya və torpaqşünaslıq fakültəsində tədris olunan“Ümumi fizika ” kursunun proqramı (30 saat)

Fizika müəllimliyi ixtisası üçün “Физика лазеров” fənnindən Imtahan sualları (30 saat)

Mexanika İmtahan sualları 2018/2019 (Fz, Fzm)

Molecular Physics Exam 2018

Экзаменационные вопросы по Молекулярной физике (для специальности Fzm)

Fizika ixtisası üzrə OPTİKADAN  İMTAHAN  SUALLARI - 2018

Fizika müəllimliyi ixtisası üzrə OPTİKADAN  İMTAHAN  SUALLARI – 2018

Questions on “General spectroscopy” IV course, bachelor, specialty “Physics”

Экзаменационные вопросы по Механики (для специальности Fz)

Экзаменационные вопросы по Механики (для специальности Fzm)

Экзаменационные вопросы по механике 2018/2019

Экзаменационные вопросы по Молекулярной физике (для специальности Fz)

Fizika ixtisası MOLEKULYAR FİZİKADAN SUALLAR 2018

Fizika müəllimliyi ixtisası MOLEKULYAR FİZİKADAN SUALLAR 2018

Fizika  ixtisası MOLEKULYAR FİZİKADAN SUALLAR 2018

Fizika müəllimliyi ixtisası MOLEKULYAR FİZİKADAN SUALLAR 2018

Экзаменационные вопросы по оптике  (для специальности Fz)

Экзаменационные вопросы по оптике  (для специальности FzМ)

Экзаменационные вопросы по курсу “Основы квантовой электроники” (FzM 30 час.)

Bookmark and Share