Elmi dərəcəsi və vəzifəsi: Professor, Fizika fakültəsinin Elmi Şurasının Elmi katibi , “Optika və molekulyar fizika” kafedrasının müdiri.
İş telefonu: (+99412) 539 05 07
E-mail: [email protected] [email protected]
QISA BIOQRAFIK MƏLUMAT
1952-ci ilin dekabr ayinda (11.12.1952) Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1960-ci ildə orta məktəbin birinci sinifinə daxil olmuş, 1970-ci ildə məktəbi bitirib. Həmin ildə BDU-nun fizika fakültəsinə daxil olmuşdur. Iki ildən sonra Moskva Fizika Mühəndisləri İnstitutuna (MFMİ), Xüsusi Fizika fakültəsinə müsabiqə yolu ilə seçilmişdir.
1976-ci ildə MFMİ-nu fərglənmə diplomu ilə bitirib və Elmi Şyranın qərarı ilə MFMİ-FİAN SSSR aspiranturasına, Nobel laureatı akademik N.Q. Basovun rəhbərlik etdiyi “Kvant Ekektronikası” kafederası üzrə saxlanılmışdır. 1979-ci ildə aspiranturanı müvəffəgiyyətlə bitirdikdən sonra dissertasiya mudafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən göndərişlə BDU-nun fizika fakültəsində işləməyə başlamışdır və hazırda da fakültənin “Optika və molekulyar fizika” kafedrasında çalışır. 2003-cü ildə BDU-də “Mühitdə faza dəyişmələrini nəzərə almaqla optik dalğaların qeyri-xətti qarşılıqlı təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi marağı- kvant elektronikası və lazer fizikasının davamı olan qeyri-xətti optika sahəsidir. “Optika və molekulyar fizika” kafedrasında bu istiqamətdə aparılan elmi işlərin mühüm nətəcələri “Azərbaycan MEA Rəyasət Heyətinin 2015-ci və 2017-ci illərdəki Hesabat Məruzəsi” toplusuna daxil edilib (İcraçı-f.-r.e.d., prof. R.C. Qasımova). 165 elmi əsəri çapdan çıxıb, 1 monografiya, 2 patent və azərbaycan dilində 5 kitabı daxil olaraq.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2009-ci ildə - AAK-nin qərari ilə professor elmi adı verilmişdir.
2003-cü ildə - BDU-də “Mühitdə faza dəyişmələrini nəzərə almaqla optik dalğaların qeyri-xətti qarşılıqlı təsiri” mövzusunda doktorluq dissertasiyasını
müdafiə etmişdir.
1994-ci ildə - AAK-nin qərari ilə dosent elmi adı verilmişdir.
1982-ci ildə - MFMİ-da “Daxili faza anizotropiyaya malik 0.63 mkm dalğa uzunluğunda generasiya edən He-Ne lazerin tədqiqi“ mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1979-ci ildə -aspiranturanı fərqlənmə ilə bitirdi.
1976-1979-ci illərdə- MFMİ-FİAN SSSR aspiranturasında təhsilini davam etdi.
1976-ci ildə - Moskva Fizika Mühəndisləri İnstitutunun (MFMİ), Xüsusi Fizika Fakültəsini fərglənmə diplomu (Б-I №063039) ilə bitirib.
ƏMƏK FƏALIYYƏTi
2015-hal hazırda “Optika və molekulyar fizika” kafedrasının müdiri, AR-nın Hərbi Akademiyanın İxtisaslaşdıdılmış Şurasının üzvü.
2014-2015-ci illər BDU üzrə “SABAH” mərkəzinin rəhbəri.
2012-2015 ci illər BDU-nun fizika fak-in Elmi işlər və magistratura üzrə dekan müavini.
2009-2010 və 2013-2016-ci illər AAK-nın Fizika üzrə Ekspert Şurasının üzvü,
2005-ci ildən Fizika fakültəsinin Elmi Şurasının katibi.
2004-ci ildən BDU-nun fizika fakültəsinin “Ümumi Fizika” kafedrasının professoru,
1993-2004-ci illər BDU-nun fizika fakültəsinin “Ümumi Fizika” kafedrasının dosenti,
1989-1993-cü illər BDU-nun fizika fakültəsinin “Ümumi Fizika” kafedrasının baş müəllimi.,
1985-1989-ci illər BDU-nun fizika fakültəsinin “Ümumi Fizika” kafedrasının müəllimi,
1976-1979-ci illər Dövlət İmtahan Komissiyasının katibi (Komissiyasının sədri – Nobel laureatı akademik N.Q. Basov) vəzifəsində çalışırdı.
1979-1985-ci illər BDU-nun fizika fakültəsinin problem laboratoriyasında kiçik elmi işçisi,
1976-1979-ci illər MFMİ-nin Xüsusi Fizika Fakültəsinin aspirantı,
1972-1976-ci illər MFMİ-nin Xüsusi Fizika Fakültəsinin tələbəsi,
1970-1972-ci illər BDU-nun fizika fakültəsinin tələbəsi.
BDU-nun bakalavr pilləsində fizika və digər təbiət elmləri yönümlü fakültələrdə ümumi fizika və “Lazer fizikası”, “Qeyri-xətti optika”, “Kvant elektronikasının əsasları” adlı ixtisas kursları tədris, magistratura pilləsində - “Kvant elektronikası“ ixtisasında mühazirələr, seminar və laboratoriya dərsləri tədris edir, buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edir. Onun rəhbərliyi ilə 15 yaxın dissertasiya işi müdafiə olunub.
Üç elmlər namizədi yetişdirib. Hazırda onun rəhbərliyi ilə kafedranın 1 doktorantı və 1 dissertantı öz dissertasiyalarını tamamlanma ərəfəsindədirlər, Dövlət Proqramı üzrə bir doktorant fəlsəfə elmi dərəcəsi və 1 doktorant elmlər doktoru dərəcəsi almaq üçün öz dissertasiyaları üzərində çalışırlar.
APARILAN TƏDQIQATLARDAN ALINMIŞ NƏTICƏLƏRIN PRAKTIKI ƏHƏMIYYƏTI
Ətraf myhitin və yeni perspektiv maddələrin lazer tezlik çevricilərinin vasitəsi ilə tədqiqi:
yeni materialların qeyri-xətti qavrayıcılığının təyini;
yüksək həssaslığa malik dispersion lazer interferometrin hazırlanması;
laylı nizamlı domen quruluşu əsasında effektli qeyri-xətti tezlik çevriciləri.
Kerri qeyri –xəttiliyinə malik kristalların əsasında yeni effektiv optik çevirici təklif olunmuşdur. Bu cür laylı struktur sındırma əmsalının fəzada modulyasiyasına görə sınaq koherent sahənin yayılmasının idarəolunmasına imkan verir.
ÜXTNS-nin (VDNX) ğümüş və bürünc medalları ilə təltif edilmiş bir elmi cıhazin müəllifidir.
ELMI ƏLAQƏLƏR:
Arizona Universiteti, Texas A&M University, Institute of Physics of Azerbaijan National Academy of Sciences, of Russian Academy of Sciences, of Ukraine Academy of Sciences, Siberia and Samara Dept. of Russian Academy of Sciences, Moscow State Unioversity, MPTI, MEPI, Irkutsk State University.
BEYNƏLXALQ SEMİNAR , SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
TƏDQİQAT SAHƏSİ
Kvant elektronika- lazer fizikası nəzəriyyəsi və qeyri-xətti optika – optik dalğaların qeyri-xətti mühitdə qarşılıqlı təsiri sahələrində elmi-tədqiqat işləri aparır.
Qeyri-xətti dalğalar nəzəriyyəsində qarşılıqlı təsirdə olan dalğaların faza dəyişmələrini və mühitdə itkiləri nəzərə almaqla sabit intensivlik yaxinlaşması inkisaf etdirilmişdir. Bu yaxınlaşmada bir sıra optik qeyri-xətti məsələlər araşdırılmışdır və yeni effektlər aşkar edilmişdir: lazer rezonatoru daxilində yüksək tərtibli harmonikaların generasiyasının nəzəriyyəsi inkişaf etdirilmişdir. II, III və IV harmonikaların generasiyası üçün optimal faza münasibətlərinin analitik ifadələri alınmışdır. Tezliyin çevrilmə effektivliyinin məsələnin müxtəlif parametrlərindən (dalğa ədədlərinin fərqi, qeyri-xətti mühitin uzunluğu, əsas dalğanın intensivliyi və qeyri-xətti mühitdəki itkiləri) asılılıqıarı tapılmışdır.
Harmonika dalğasının əsas dalğanın fazasına təsirini nəzərə almaqla yüksək tərtibli harmonika dalğalarının generasiyası təhlil edilmişdir. Kombinasion səpilmənin komponentlərinin parametrik generasiya nəzəriyyəsi qeyri-xətti mühitin üç konfiqurasiyası üçün araşdırılmışdır: lazer rezonatoru daxilində, Fabri-Pero rezonatorunda və rezonatorsuz.
Dörddalğalı qarşılıqlı təsir nəzəriyyəsi təhlil edilmiş və dalğa cəbhəsinin çevrilmə effekti araşdırılmışdır. Həmçinin lifli işıq otürücülərində, polyariton səpilmə prosesi və dispersion interferometri üçün qeyri-xətti dalğalar nəzəriyyəsi inkişaf etdirilmişdir. Səviyyələrin koherent doldurulması zamanı dörddalğalı qarşılıqlı təsir prosesi öyrənilmiş və generasiyanın effektivliyi araşdırılmışdır. Dispersion interferometrin iki müxtəlif növü – tədqiq olunan mühit, iki ardıcıl kristal arasında və lazer rezonatoru daxilində, kristalla rezonatorun güzgüsü arasında yerləşdiyi hallar üçün interferometrlərdə tezliyin çevrilmə effektivliyi təhlil edilmişdir.
Kvazisinxron rejimində lazer tezlik çevricilərinin işi sabit intensivlik yaxınlaşmasında müxtəlif qeyri-xətti proseslər üçün araşdırılıb. Laylı nizamlı quruluşlarda ikinci və üçüncü tərtibli qeyri-xətti proseslər öyrənilib. Orta İQ diapazonda halkogenid kristallarda optik harmonika generasiyası və parametric qarşılıqlı təsir tədqiq olunub. Geniş istifadə olunan ZnO/PMMA nanokompozitlərdə ZnO nanohissəciklərinin ölçü və konsentrasiyasının nanokompozitin kubik qeyri –xəttiliyinə təsiri tədqiq olunmuşdur. Göstərilmişdir ki, ZnO nanohissəciklərinin konsentrasiyasının artması ilə effektiv kubik qeyri –xəttilik azalır, digər tərəfdən qeyri –xətti qarşılıqlı təsirin uzunluğunun böyük olması səbəbindən nanokristal güclü üçüncü harmonika dalğasını generasiya edir. Bu fakt əvvəllər təcrübi yolla alınmışdır. Sabit intensivlik yaxınlaşmasında üçüncü harmonika generasiyasının təhlili göstərdi ki, ZnO:Ag və ZnO:Cu laylarda qeyri-xətti optik reaksiya təmiz ZnO birləşmələrinə nisbətən daha zəifdir.
Hazırda biz tərəfdən metamateriallarda qeyri -xətti optik effektlərin tədqiqatı aparılır. Metamaterialların öyrənilməsi işıq şüasıyla belə süni strukturların optik xüsusiyyətlərini dəyişdirmək mümkünlüyünü reallaşdırmağa imkan verdi. Faza effektlərini nəzərə alaraq, siqnal dalğası üçün "sol" dalğa olan kvadratik mühitdə aşağı və yüksək tezlikli doldurulma hallarında dalğaların parametrik qarşılıqlı təsirinə baxılmışdır. Metamateriallarda faza dəyişmələrini nəzərə almaqla parametrik generasiya zamanı üçdalğalı qarşılıqlı təsirinin nəzəri təhlili aparilmış, çevrilmə effektivliyini məhdudlaşdıran faktorlar müəyyən edilmişdir. Əgər adi kvadratik qeytri-xətti mühitdə parametrik çevrilmənin effektivliyi koherent uzunluqda maksimuma çatırdısa, metamateriallarda effektivliyin mühitin uzunluğundan asılılığı monoton xarakter daşıyaraq, mühitin ğirişində maksimum qiymətini alır. Sabit amplitud metodunun nəticəsindən fərqli olaraq, güclü sahələrdə effektivliyin maksimumuna nail olmaq üçün əsas dalğanın intensivliyinin optimal qiymətini seçmək tələb olunur. Göstərilmişdir ki, doldurma intensivliyinin artması ilə mühitin optimal uzunluğu azalır.
Amerika Optic Cəmiyyətinin (OSA) və kimya üzrə Beynəlxalq cəmiyyətin üzvüdür.
İSİ jurnallarında bütün məqalələrin adlarınin S İ Y A H I S I
1. S.A. Gonchukov, R.D. Kasumova, E.P. Emets, E.D. Protsenko. Measuring instrument of frequency characteristics of photodetectors of a visible range. Priboriitexnikaeksperimenta, 1980, №5, p.194-195.
2. S.A. Gonchukov, V.M. Ermachenko, A.Ch. Izmailov, R.D. Kasumova, V.N. Petrovskii, and A.N. Rurukin. A Gas Laser With Phase Anisotropy in a Magnetostatic Field. Kvant.Electron. (Moscow),1981, 8, 333-340
3. S.A. Gonchukov, R.D .Kasumova, E.D. Protsenko. Laser Accelerometer. Bulletin of Inventions, 1981, №33, 323p. Inventors Certificate №778493, 5p.
4. Z.A. Tagiev, R.J. Kasumova, Sh.Sh. Amirov. Third Harmonic Generation in the External Resonator. Opt.Spectrosk., 1992, 73, 583-587.
5. Z.A. Tagiev, R.Dzh. Kasumova, Sh.Sh. Amirov. Theory of intracavity second-harmonic generation in the prescribed-intensity approximation. Opt.Spectrosk., 1993, 75, 535-537 [Opt.Spectrosc. 1993, 75, 908-913]
6. Z.A. Tagiev, R.Dzh. Kasumova, Sh.Sh. Amirov, E.M. Gamidov. Cascade generation of the third-harmonic in a laser cavity. Kvant.Electron. (Moscow), 1994, 24, 903-904 [Sov.J.Quantum Electron. 1994, 21, 968-970.
7. Z.A. Tagiev, R.Dzh. Kasumova. Determination of Nonlinear High-Order Susceptibilities. Opt.Spectrosk., 1996, 80, 941-943 [Opt.Spectrosc. 1996, 80, 848-850].
8. Z.A. Tagiev, R.J. Kasumova, R.A. Salmanova. Theory of Degenerate Four-Wave Mixing in the Prescribed Intensity Approximation. Opt.Spectrosk., 1999, 87, 94-97 [Opt.Spectrosc., 1999, 87, 86-89].
9. Z.A. Tagiev, R.J. Kasumova. Determination of Nonlinear Optical Susceptibility of Substances. Patent I 2000 0162, Azerbaijan
10. R.J. Kasumova. Cascade fourth-harmonic generation in a laser cavity. J. Opt. B: Quantum Semiclassical Opt. 2, (2000), 334-337.
11. Z.H. Tagiev, R.J. Kasumova, R.A. Salmanova, N.V. Kerimova. Constant Intensity Approximation in the Theory of Nonlinear Waves. J. Opt. B: Quantum Semiclas. Opt. 3, (2001), 84-87.
12. R.J. Kasumova. The Gain Coefficient of the Raman Scattering anti-Stokes Component. J. of Applied Spectroscopy, 2001, 68, №5, 577-580.
13. R.J. Kasumova. Raman scattering at the intracavity parametric interaction. Applied Optics, 2001, 40, No.28, p.5517-5521.
14. R.J. Kasumova. The Theory of Nonlinear Dispersion Interferometers in the Constant Intensity Approximation. Opt.Spectrosk., 2001, 91, 968-971 [Opt.Spectrosc., 2001, 91, 909-912].
15. R.J. Kasumova. Phase effects at the fifth-harmonic generation. Applied Optics, 2002, 41, No.21, p. 4385-4389.
16. R.J. Kasumova. Light scattering on polaritons in GaP crystals. J. of Applied Spectroscopy, 2003, 70, №6, 798-802.
17. Z.H. Tagiev, R.J. Kasumova. Theoretical studies in constant-intensity approximation on frequency doubling in glass optical fibers. Optics Communications, 2006, 261, p.258-265.
18. Z.H. Tagiev, R.J. Kasumova. Phase effects at second harmonic generation of powerful laser radiation in noncentrosymmetrical media. Optics Communications, 2006, 268, p.311-316.
19. Z.H.Tagiev, R.J.Kasumova. Phase effects at second harmonic generation in the layer media. Optics Communications, 2008, 281, p.814-823.
20. Z.H. Tagiev, R.J. Kasumova, G.A. Safarova, A. Karimi. Frequency conversion to the second harmonic in different layer nonlinear media. Applied Optics, 2008, v. 47, p. 3681-3688.
21. R.J. Kasumova, A. Karimi. Эффективностьгенерацииизлучениясуммарнойчастотырегулярнымидоменнымиструктурами. J. of Appl. Spectroscopy, 2010,v. 77, №1, p. 153-156.
22. R.J. Kasumova, A. Karimi. Phase effects during parametric conversion in layer structures. Optics and Spectroscopy, 2010, v. 108, p. 624-627.
23. Z.H. Tagiev, R.J. Kasumova, A. Karimi. Cascade parametric light amplification at low-frequency pumping. J. of Appl. Spectroscopy, 2010, v. 77, №2, p. 393-399.
24. Z.H. Tagiev, R.J. Kasumova, G.A. Safarova. Third-harmonic generation in regular domain structures. Journal of Russian Laser Research, 2010, v. 31, p. 319-331.
25. Z.H. Tagıev, R.J. Kasumova, L.S. Gadjieva. Phase effects at second-harmonic generation in metamaterials. Journal of Russian Laser Research, 2011, v. 32, No 2, p. 188-199.
26. R.J. Kasumova. Quasi-phase-matched sum-frequency generation in layer structures. J. of Appl. Spectroscopy, 2011, v. 78, №5, p. 707-715.
27. R.J. Kasumova. Quasi-phase-matched intracavity laser frequency summation. Applied Optics, 2012, v. 51, p. 2250-2256.
28. R.J. Kasumova, G.A. Safarova Quasi-phase-matched third harmonic generation theory for a two-pass conversion arrangement. J. of Appl. Spectroscopy, 2012, v. 79, p. 881-886.
29. R.J. Kasumova. Second optical harmonic generation of CO2 laser radiation in CGA crystal. J. of Nonlinear Optical Physics & Materials, 2013, v. 22, No 2, p. 1350023-1-13.
30. R.J. Kasumova. SHG in İR region in mixed Zn1-xMgxSe crystals. American J. of Optics and Photonics, 2013, 1 (4) p. 23-27.
31. R.J. Kasumova. Optical parametric interaction in infrared region. J. of Nonlinear Optical Physics & Materials, 2013, v. 22, No 3, p. 1350033-1-9.
32. R.J. Kasumova. Optical parametric interaction in infrared region. An Indian J: Material Science, 2014, v.10, Issue 8, p. 306-311.
33. R.J. Kasumova. Second harmonic of laser radiation for IR-range in mixed AgGa0.6In0.4Se2 crystals. An Indian J: Material Science, 2014, v.10, Issue 8, p. 306-311.
34. R.J. Kasumova, Sh.A.Shamilova. Optical parametric amplification at 6.45 mcm for GaSxSe1-x. International J. Of Scientific & Technology Research, 2014, v.3, Issue 6, p. 189-192.
35. R.J. Kasumova. Phase effects at intracavity cascade parametric amplification with low frequency pump. International J. of Electronics and Communication Engineering, 2014, v. 1, Issue 6, p.12-19.
36. R.J. Kasumova, G.A. Safarova, N.V. Kerimova. Ternary wide-bandgapchalcogenides LiGaS2 and BaGaS7 for the mid-IR. International J. of Engineering and Computer Science, 2014, v. 3, Issue 8, p.7823-7828.
37. R.J. Kasumova, Intracavity optical parametric generation in middle IR region crystals. International J. of Electronics and Communication Engineering Research and Development, 2014, v. 4, Number 2, p.89-96.
38. R.J. Kasumova Parametric down-conversion in LiInSe2: double-pump pass singly-resonant oscillator. International J. of Computer Engineering & Technology, 2014, v. 5, Issue 9, p.105-114.
39. R.J. Kasumova. Conversion efficiency in AgGa(Se1-xSx)2 crystals. International J. Of Science and Research, 2014, v.3, Issue 10, p. 410-413.
40.R.J. Kasumova. Sh.A.Shamilova, G.A. Safarova, L.S. Gadyieva. Optical parametric oscillation in Hg1-x CdxGa2 S4. International J. of Engineering and Sciences, IJET-IJENS, 2015, v.15, Issue 02 ISSN: 2077-1185 (Online), 2227-2712 (Print).
41.R.J. Kasumova. Sh.A.Shamilova. Phase Effects at Third Harmonic Generation in ZnO/PMMA nanocomposite films. International Journal of Engineering and Technology IJET-IJENS, 2015, v. 15, No.4, p. 10-21.
42.Z. Yang, A. Joshi, R.J. Kasumova, Y. Rostovtsev. Manipulation of light propagation in photonic crystal. JOSA B, 2015, v. 32, No. 10, p. 2122-2128.
43. R.J. Kasumova, Sh.A. Shamilova. Phase Effects at Third Harmonic Generation in ZnO/PMMA nanocomposite films. International Journal of Engineering and Technology IJET-IJENS, 2015, v. 15, No.4, p. 10-21.
44. R.J. Kasumova, Sh.A.Shamilova, G.A. Safarova, L.S. Gadyieva. Optical parametric oscillation in Hg1-x CdxGa2 S4. International J. of Engineering and Sciences, IJET-IJENS’ , 2015, v.15, Issue 02 ISSN: 2077-1185 (Online), 2227-2712.
55. Z.Yang, A. Joshi, R. Kasumova, Y. Rostovtsev. Manipulation of light propagation in photonic crystal. JOSA B, 2015, v. 32, No. 10, p. 2122-2128.
46. R.J. Kasumova, G.A. Safarova, Sh.A., Shamilova, N.V. Kerimova. Phase effects in metamaterials at Third-Harmonic Generation. International Journal of Engineering and Technology IJET-IJENS, 2015, v.15, No.06, p.19–30.
47. R.J. Kasumova, G.A. Safarova,V.C. Mamedova Phase effects at Second Harmonic Generation in zinc oxide, grown on glass substrate. International Journal of Innovative Technology and Exploring Engineering (IJITEE), 2016, v.5, Issue 9, February, p. 7-13.
48. R.J. Kasumova, G.A. Safarova,V.C. Mamedova Phase effects at Second Harmonic Generation in zinc oxide, grown on glass substrate. International Journal of Innovative Technology and Exploring Engineering (IJITEE), 2016, v.5, Issue 9, February, p. 7-13.
49. R.J. Kasumova, V.J. Mamedova,G.A. Safarova,N.V. Kerimli. On increasing the conversiobn efficiency to second-harmonic for undoped and doped ZnOnanocomposites.International Journal of Innovative Technology and Exploring Engineering (IJITEE), 2016, v. 6, Issue 5, October, p. 27 – 32.
50. R.J. Kasumova, Z.H.Tagiyev, Sh.Sh. Amirov,Sh.A. Shamilova, G.A. Safarova. Phase effects at parametrical interaction in metamaterials. Journal of Russian Laser Research, 2017, 38 (4) p. 349-358.
51. R.J. Kasumova, V.C. Mamedova, N.V. Kerimova. Influence of doping materials on third harmonic generation in zinc oxide films. J. of Nonlinear Optical Physics & Materials, 2017, 26 (2) p. 1750019-1-11.
52. R.J. Kasumova, Z.H.Tagiyev, Sh.Sh. Amirov,Sh.A. Shamilova.Parametric interaction of optical waves in metamaterials under low-frequency pumping.QuantumElectronics, 2017, 47(7) 655-660.
53. R.J. Kasumova, H. M. Mamedov, Sh.A. Shamilova. G.A. Safarova, N.V. Kerimova. "Phase effects in ZnO/PM nanocompositeflms, at second harmonic generation” International Conference on Modern Trends in Physics.Baku, Baku State University 2017, 20-22 April
KİTABLAR
1. R.C.Qasımova, R.Ə. Kərəməliyev. Kvant elektronikasının əsasları. Azərb. Resp. Xalq Təhsil Назирлiyi, Bakı, BDU, 1991, 79 səh.
2. R.C.Qasımova, F.N.Hacıyev, Ş.Ş.Əmirov. Kvant elektronikası üzrə ixtisas praktikumu. Azərb. Resp. Təhsil Назирлiyi, Bakı, BDU, 1994, 88 səh.
3. R.C.Qasımova. Sabit intensivlik yaxınlaşmasında optik dalğaların qeyri-xətti qarşılıqlı təsirinin nəzəriyyəsi. Bakı, “Elm” nəşriyyatı, 2001, 188 səh.
4. R.C.Qasımova. Kvant elektronikası kursu üzrə məsələlər toplusu həlli ilə (rus dilində). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2008, 68 səh.
5. R.C.Qasımova. Kvant elektronikası kursu üzrə məsələlər toplusu həlli ilə. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2008, 65 səh.
6. Z.H. Tağıyev, R.C. Qasımova, G.A. Səfərova. Qeyri-xətti optika. Bakı Universitet Nəşriyyatı. Bakı, 2017, səh. 284.
DÖVLƏT VƏ BEYNƏLXALQ PROGRAM VƏ GRANTLAR
2004-2006 - INTAS Ref. N 04-78-6839 “Ultrafast Position-sensitive Detectors on the Basis of New Avalanche Micropixel Photodiodes with Single Photon Detection Efficiency and with High Amplitude Resolution for Visible and UV Light.” The project was related with experimental elaboration of photodetectors sensitive in visible and UV range of spectrum.
2008-2010 - CRDF –ANSF Project AZP1-3123-BA-08 “Efficient nonlinear frequency conversion using layered structures and quantum coherent effects”, where there were studied quasi phase matched generation of the second and third harmonics of laser radiation, as well generation of terahertz impulses of high efficiency was examined.
2010-2012 - Grant N EIF-2010-1(1)-40/14-M-9 “Investigation of quasi phase matched nonlinear interaction of waves for elaboration of highly efficient sources of laser scanning radiation”.
2013 - took part in the following grant FP7-INCO-2010-6 project “Nanotechnology platform for elektronics and photonics”.
2014-2016 - Grant N EIF-2013-9(15)-46/04-1 (70 000 AZN) ““Nanostrukturların qeyri-xətti optik xassələri və metamateriallarda faza effektləri.”
Mükafatlar