Home Aze Ru Eng

Sayılov Şahin Ənvər oğlu

 

Sayılov Şahin Ənvər oğlu 1958-ci ildə Azərbaycanın Şamaxı rayonunda anadan olmuşdur. 1975-80-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış, 1984-cü ilə kimi Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika rəsədxanasında çalışmışdır.

1984-cü ildən keçmiş SSRİ DTK-sına xidmətə qəbul olunmuş və Belorusiya Dövlət təhlükəsizlik orqanlarında xidmət etmişdir.

Dağlıq Qarabağ hadisələri ilə bağlı 1990-cı ildə Azərbaycana qayıtmışdır. Dağlıq Qarabağda və ətrafında xüsusi əməliyyatların keçirilməsində iştirak etmişdir. Bu zaman göstərdiyi xidmətlərə görə 3-cu dərəcəli "Vətənə xidmətə görə" Ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə gorə" medalları ilə təltif olunmuşdur. Polkovnik Ş.Sayılov 2014-cü ilə kimi Azərbaycanın milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə xidmət keçmişdir. Həmin ildən təqaüddədir.

Bookmark and Share