Akademik, fizika - riyaziyyat elmləri doktoru, professor,
Bakı Dövlət Universiteti “Bərk cisimlər fizikası” kafedrasının müdiri.
İş telefonu: (+994 12) 439-11-65
E-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
05 oktyabr 1933-cü ildə Azərbaycan Respublikası Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur.
1974-cü ildə B.M.Əsgərov Leninqradda "Nauka" nəşriyyatında özünün 21 çap vərəqi həcmində olan "Yarımkeçiricilərdə kinetik effektlər" adlı monoqrafiyasına görə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına, 2000-ci ildə isə “Əməkdar Elm xadimi” fəxri adına layiq görülmüşdür. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilmişdir. 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Ailəlidir. Üç övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
Ali təhsillidir. 1952 -1957-ci illərdə Bakı Dövlət Universiteti fizika fakultəsinin tələbəsi (Bakı, Azərbaycan),
1962-ci ildə “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib (Leninqrad, Rusiya),
1968-ci ildə dosent elmi adı almışdır.
1971-ci ildə “Yarımkeçiricilərdə kinetik effektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (Leninqrad, Rusiya).
1972-ci ildə professor attestatı almışdır.
ƏMƏK FƏALİYYƏTİ
1971-ci ildən indiyədək Bakı Dövlət Universiteti fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafedrasının müdiri işləyir.
1960 - 1966 - cı illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi.
1966 - 1971-ci illər Bakı Dövlət Universiteti “Molekulyar fizika” kafedrasının dosenti.
Bakalavr təhsil pilləsində “Termodinamika və statistik fizika” fənnindən mühazirə oxuyur və məşğələ dərsləri aparır.
Magistr təhsil pilləsində “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “Kvant statistikası” və “Metallar və yarımkeçiricilər” fənlərindən mühazirələr oxuyur.
TƏDQIQAT SAHƏSI
Yarımkeçiricilər və aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələrinin kvant nəzəriyyəsi.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
VII, VIII, IX, X, XI, XII, XIV, Yarımkeçiricilər nəzəriyyəsi üzrə Ümumittifaq Simpozium (Tartu 1966, Kiyev 1975, Tbilisi 1978, Novosibirsk 1980, Ujqorod 1983, Daşkənd 1984, Donetsk 1989).
Yarımkeçiricilər üzrə Ümumittifaq Simpozium 1965, 1975, 1982, 1983, 1984.
1995 - 10th International Conference on Ternary and Multinary Compounds, Stuttgar.
1997 - 11th International Conference on Ternary and Multinary Compounds, Salford.
2001 - The first Hellenic-Turkish International Physics Conference, Koc (Greece), Bodrum (Turkey).
2002 - The Turkish Physical Society 21st Physics Conference (TFD 21), Isparta, Turkey.
2003 - European Materials Research Society, Fall Meeting, Symposium D, Warsaw, Poland.
2006 - 3rd International Conference on “Technical and Physical Problems in Power Engineering”, Gazi University, Ankara, Turkey.
2006 - Eighth International Symposium “Frontiers of Fundamental Physics” Madrid, Spain,
2006 - Australian Institute of Physics 17th National Congress.
2007 - AIP Conference, USA.
2008 - “Fizikanın aktual problemləri” V Beynəlxalq elmi-texniki konfrans, Bakı, Azərbaycan.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
(Son 5 ildə dərc olunmuş əsas elmi və tədris metodiki işlərin siyahısı, İSİ jurnallarında bütün məqalələrin adları) 140 elmi məqalə, 4 monoqrafiya, 7 kitab və 1 patentin müəllifidir.
KİTABLAR
DÖVLƏT, BEYNƏLXALQ PROQRAMLAR VƏ QRANTLAR
1993 – Soros grantı.