Home Aze Ru Eng

İsmayılov Nəriman Zeynalabdin oglu

Professor, Z.Xəlilov küç., 23, AZ1148, Bakı, Azərbaycan
Tel: (994-12) 438-04-46
e-mail: box1955@yahoo.com

QISA BİOQRAFİK MƏLUMAT

N.Z.İsmayılov, azərbaycanlıdır, 21 oktyabr, 1955-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda doğulmuşdur. 1974-cü ildə Bakıda 1 №-li fizika-riyaziyyat təmayüllü orta məktəbi, 1979-cu ildə BDU fizika fakultəsini fizika ixtisası üzrə bitirmişdir. 1979-1982-ci illərdə İmişli və Şamaxı rayonlarında orta məktəbdə müəllim işləmişdir. 1994-1997-ci illərdə Lomonosov ad. MDU-nun əyani doktoranturasında oxumuşdur. 1982-ci ildən AMEA Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. Hazırki dövrə qədər AMEA ŞAR-da baş elmi işçi vəzifəsində çalışır. 2007-ci ildən BDU Astrofizika kafedrasında əvəzçilik üzrə professor vəzifəsində işləyir. Evlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1979 BDU Fizika fakultəsini bitirmişdir;
1990 «Cavan qoşa ulduzların axtarılması və tədqiqi» mövzusu üzrə namizədlik dissertasiyası 1990-cı ildə; Fizika riyaziyyat elmləri namizədi Şternberq adına Astronomiya İnstitutu, MDU, Moskva; 01.03.02 –astrofizika, radioastronomiya ixtisası üzrə, SSRİ Ali Attestasiya Komissiyası tərəfindən verilmişdir;
2002 Baş elmi işçi elmi adı, Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən verilmişdir, Bakı, Azərbaycan;
2004 «Cavan və kimyəvi-pekulyar ulduzların spektral və fotometrik tədqiqi» Fizika riyaziyyat elmləri doktoru, 01.03.02 astrofizika, radioastro- nomiya ixtisası üzrə, Azərbaycan Ali Attestasiya Komissiyası tərə- findən verilmişdir, Bakı, Azərbaycan;

ƏMƏK FƏALİYYƏTİ

1974-1979 tələbə, Azərbaycan Dövlət Universiteti
1979-1981 orta məktəbdə müəllim, İmişli və Şamaxı, Azərbaycan
1981-1982 EHM operator və mühəndisi, BZZ, Bakı
1982-1984 baş laborant, AMEA Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)
1984-1988 kiçik elmi işçi, AMEA ŞAR
1988-1990 elmi işçi, AMEA ŞAR
1990-1994 böyük elmi işçi, AMEA ŞAR
1994-1997 Moskva Dövlət Universiteti doktorantı
1997-1999 böyük elmi işçi, AMEA ŞAR
1999-2003 Aparıcı elmi işçi, AMEA ŞAR.
2003-2007 Baş elmi işçi, AMEA ŞAR
2007 professor, Bakı Dövlət Universiteti
2004-cü ildən BDU «Astrofizika» kafedrasında saathesabı müəllim kimi ixtisas fənlərindən dərs demişdir. 2007-ci ildə həmin kafedrada professor vəzifəsinə seçilmişdir.
Hazırda «Astronomiya», «Praktik astrofizika», «Relyativistik obyektlər», «Göy mexanikası» , «Astrofizika» və s. ixtisas fənlərindən dərs deyir, maqistrlərin diplom rəhbəridir. Bir monoqrafiyanın və bir dərs vəsaitinin, 80 –a qədər elmi məqalənin müəllifidir; indiyə kimi 2 elmlər namizədi yetişdirmişdir. N.Z. İsmayılov AMEA ŞAR-ın teleskoplarında 15-dən çox cavan ulduzların böyük miqdarda spektral və fotometrik müşahidələrini aparmışdır. Hazırki dövrə qədər alınmış spektral material işlənmiş və aşağıdakı yeni nəticələr alınmışdır:
İlk dəfə T Buğa tipli cavan ulduzlarda həm qısamüddətli (9 günlük period, DI Cep), həm də uzunmüddətli (6 illik period, T Tau, DI Cep) kvaziperiodik dəyişmələr olduğu aşkar olunmuşdur. Göstərilmişdir ki, qısamüddətli dəyişmələrin ulduzun öz oxu ətrafında fırlanması ilə izah etmək mümkün olduğu halda, uzunmüddətli dəyişmələr yalnız qoşalıqla, yaxud Günəşdə müşahidə olunan 11 illik dövrə bənzər bir proseslə izah olunması mümkündür.
Orion trapesiyasında yerləşən BM Ori, V1016 Ori, 1 OriD ulduzları tədqiq olunmuş, onların ikinci komponentlərinin yenicə formalaşmaqda olan baş ardıcıllığa çatmamış ulduz olduğu göstərilmişdir. - Ae/Be Herbiq tipli ulduzların tədqiqi ilk dəfə göstərmişdir ki, MWC361 ulduzu ikinci komponentin spektri seçilə bilməyən spektral qoşa sistemdir. Bu ulduzların şüalanma xətlərinin strukturunun tədqiqi göstərmişdir ki, bu ulduzların ətrafında maddə topaşəkillidir.
Son dövrlərdə bir sıra cavan ulduzların spektrində enerji paylanması tədqiq olunmuşdur.Göstərilmişdir ki, bu ulduzlarda infraqırmazı oblastda 1-3 sayda anomal şüalanma oblastı müşahidə olunur. Bu ulduzların fotometrik dəyişkənliyinin uzun bir dövr üçün tədqiqi həmin ulduzlarda eyni zamanda həm də kvaziperiodik dəyişmələrin mövcud olmasını təsdiq edir. Ona görə də müəllif tərəfindən belə bir hipotez irəli sürülmüşdür ki, cavan ulduzların enerji paylanmasındakı anomal şüalanma və parlaqlığın dövri olaraq dəyişməsi həmin ulduzların ətrafında hələ tam formalaşmamış infraqırmızı protoulduz və ya protoplanetlərin mövcud olmasının nəticəsidir.

Kadr hazırlığı:
Elmlər namizədi: -2
Magistrant: -3

ELMİ İSTİQAMƏTİ

Ulduz astrofizikası. Baş ardıcıllığa çatmamış cavan ulduzların spektral və fotometrik tədqiqi. Ae/Be Herbiq tipli ulduzlar, Şüalanma spektri. İşıq əyrilərinin fotometrik analizi. Yeni tip fotometrik klassifikasiya. Cavan ulduzların spektral enerji paylanmasının təhlili. Müşahidələrin təhlilində yeni metodların tətbiqi.

BEYNƏLXALQ SEMINAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1986 Qoşa 5 №-li ulduzlar üzrə işçi qrupun beynəlxalq Simpoziumunda (S.Peterburq)
1987 Ümumittifaq XİX Dəyişən ulduzlar konfransında (Odessa)
1989 Ümumittifaq örtüklü ulduzlar konfransı (S.Peterburq)
1990 Ae/Be Herbiq və Be tipli ulduzlara həsr olunmuş ümumittifaq konfrans (Alma-Ata)
1991 Qoşa ulduzlara həsr olunmuş ümumittifaq konfrans (Estoniya, Tıravere)
1999 Kukarkinin xatirəsinə həsr olunmuş Beynəlxalq dəyişən ulduzlar Konfransı (Moskva).
2000 N.Tusinin 800-illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans (Təbriz, İran). 2001 ŞAR-da keçirilən Tusi məktəbi Konfranslarında (Pirqulu, 1999, 2000, 2001)
2001 «Dəyişən ulduzlar» beynəlxalq konfransında (Odessa) 2002 Astronomiya və astrofizika üzrə Beynəlxalq Konfrans (BDU, Bakı)
2002 Astronomiya üzrə beynəlxalq əməkdaşlıq, perspektivlər»Beynəlxalq Konfrans (Moskva)
2003 H.Əliyevin 80 illik yubileyinə həsr olunan Konfrans (Pirqulu)
2005 Astronomiya-2005 ” (Moskva)
2006 BAİ –nın beynəlxalq Qurultayı və Konfransı (Praqa)
2008 Beynəlxalq konf. «XXI əsrdə Astron.Astrof.». 2008 Moskva, QAİŞ, Astro.
2008 Beynəlxalq konf. «Simeiz-100», Ukrayna, Krım.

Beynəlxalq təşkilatlarda üzvlük:

1997-ci ildən Beynəlxalq Astronomiya İttifaqının
1999-ci ildən Avropa Astronomiya Cəmiyyətinin
1994-cu ildən Avrasiya Astronomiya Cəmiyyətinin
Şamaxı Astrofizika Rəsədxanasının nəşrləri olan «Sirkulyar ŞAO» və «Azərbaycan Astronomiya Jurnalı»nın redaksiya heyətinin üzvüdür.


SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Ismailov N.Z. Rapid dynamic processes in star atmospheres. Astron.&Astrophys.Trans. 2003, v.22, №4-5, p.1-13.
2. Ismailov N.Z., Samus N.N. A new possible long period in the optical variability of T Tauri. Inform.Bull.Var.Stars.2003, №5382, p.1-4.
3. Исмаилов Н.З. Анализ многолетних наблюдений спектра и блеска DI Cep. Известия НАН Азерб.2003, т.23, №5, с.96-102.
4. Исмаилов Н.З. Изменение линий пекулярных элементов в спектре k Psc. Известия НАН Азерб.2003, т.13, №2, с.156-162.
5. Ismailov N.Z. The Herbig Ae/Be Star HD200775 as a spectroscopic Binary. Astron.Reports, 2003, v.47, №3,p.206-213.
6. Ismailov N.Z. On the 9-day periodic variability of DI Cep. Inform.Bull.Var.Stars. 2003, №5466, p.1-4.
7. Ismailov N.Z. A New Classification Scheme for T Tauri Light Curves. Astron. Reports. 2005. v.49, №4, p.309-315.
8. Исмаилов Н.З., Алиева А.А. Анализ избытков ближних УФ и ИК излучений у звезд типа Т Тельца. Известия НАН Азерб.2005, №2, с.189-193.
9. Исмаилов Н.З. Новая схема классификации кривых блеска звезд типа Т Тельца. Циркуляр ШАО.2004, №107, с.15-21.
10. Исмаилов Н.З., Алиева А.А. Эмиссионный спектр и дисковая аккреция звезды типа Т Тельца DI Cep. Циркуляр ШАО, №108, с.27-33.
11. Исмаилов Н.З. Новая схема классификации кривых блеска звезд типа Т Тельца. Астрон.журн.2005, т.82, №4, с.347-354. (Astron.Reports, 2005, v. 49 №4, p.309-315)
12. Ismailov N.Z. Periodic variability of the T Tauri type star DI Cep. Astron.Reports. 2004, v.48, №5, p.393-398. (Transl. From Astron.Zhurn 2004, v.81,№5, p.431-437).
13. Ismailov N.Z., Alieva A.A. Time-resolved spectral observations of Ae/Be Herbig type star HD200775. IBVS 2005, №5634.
14. Исмаилов Н.З., Алиева А.А. Поиск изменений в линии Н у звезды типа Ае/Ве Хербига HD 200775. Циркуляр ШАО 2005, №109, с.30-39.
15. Исмаилов Н.З., Ахмедова Н.Я., Алиева А.А. Исследование стабильности спектрометра фокуса Кассегрена 2 м телескопа ШАО. Известия НАН 2005, 25, №5, с.234-238.
16. Исмаилов Н.З., Алиева А.А. Новый метод очистки от теллурических линий спектров эмиссионных объектов. Циркуляр ШАО 2005, № 110.
17. Исмаилов Н.З., Алиева А.А., Наблюдение одновременной аккреции и выброса вещества у звезды DI Cep. Известия НАН Азерб.2006, №2, с.232-236.
18. Исмаилов Н.З., Алиева А.А., Гулиев Н.Х. Магнитные поля классических звезд типа Т Тельца в рамках теории магнитосферной аккреции. Доклады НАН Азерб. Сер.физ.-мат. 2006, т.61, с.65-72.
19. Ismailov N.Z., Alieva A.A. Active motion of matter in the envelope of DI Cep. IBVS. 2006, N 5702, p.1-4.
20. Ismailov N.Z., Quliev N.Kh., Alieva A.A., The emission spectrum of T Tau in 1971-1979. Peremennye zvezdy, 2006, v.26, No 5,
21. Ismailov N.Z., Quliev N.Kh., Alieva A.A. The absorption spectrum of T Tauri. Peremennye zvezdy, 2006, v.26, No 8.
22. Ismailov N.Z. On the active motion in the circumstellar envelope of T Tauri type Star DI Cep. Solar and Stellar activity cycles, 26th meeting of the IAU, Joint Discussion 8. 17-18 August 2006, Prague. Czech Republik, JD08, 2.
23. Ismailov N.Z., Quliev N.Kh., Alieva A.A., The absorption spectrum variabilityof T Tau. Peremennye zvezdy, 2006, v.26, No 8.
24. Гулиев Н.Х., Исмаилов Н.З. Тезисы IV Республиканской Научной Конференции «Актуальные проблемы физики», БГУ, Баку, Азербайджан, 29-30 июня, 2006.
25. Гулиев Н.Х., Исмаилов Н.З., Исмаилов З.А., Алиева А.А. Эмиссионный спектр Т Tau в период 1971-1988 гг. Известия НАН. Сер. физ.-мат. и тех. н., Физика и астрономия, «Элм», 2006, XXV, № 5, с.
26. Исмаилов Н.З., Гранкин К.Н. Синхронные UBVR фотометрические и спектральные наблюдения DI Цефея. Письма в АЖ, 2007, т.33, №2, с.133-138.
27. Н.З.Исмаилов, А.А.Алиева, Н.Х.Гулиев. Анализ кривой спектрального распределения энергии системы Т Tau. Азербайджанский АЖ, 2006, т.1.№3-4, с.19-23.
28. Н.З.Исмаилов, А.А.Алиева, Н.Х.Гулиев. Изменение абсорбционного спектра Т Тельца. Азербайджанский АЖ.,2006, т.1.№3-4, с.23-29.
29. Н.З.Исмаилов, А.А.Алиева Спектр и блеск DI Cep в абсолютно слабом состоянии активности. Известия НАН Азерб.Серия физ.мат.и техн.наук.физика.астрономия, Элм, 2007, №5,с.179-186.
30. Ismailov N.Z., Efendiyeva F.N Grankin K.N., Long-term photometric and spectral variations of DI Cep. Peremen.zvezdy, 2008, 28, No5, NAS RF
31. Н.З.Исмаилов, А.А.Алиева, Н.Х.Гулиев. Переменность абсорбционного спектра звезд типа Т Тельца. Известия НАН Азербайджана. 2008, №5, С. 79-87

KİTABLAR

1. Исмаилов Н.З. Нестационарные процессы в звездных атмосферах: молодые и химически пекулярные звезды.Элм, Баку, 2002, 205 стр.
2. İsmayılov N.Z. Atmosferdənkənar astronomiya. BDU , Bakı, 2009, 200 səh.

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

1. 1993-cü ildə Soros Fondu tərəfindən keçmiş Sovet İttifaqı ölkələrində elmi proqramların aparılmasına yardım proqramı qrantı;
2. 1995-ci ildə Amerika Astronomiya Cəmiyyətinin keçmiş Sovet İttifaqı ölkələrində elmi tədqiqatlara kömək proqramının qrantı.

Bookmark and Share