Fizika-riyaziyyat elmləri namizədi, dosent
BDU-nun Yarımkeçiricilər fizikası kafedrası
İş telefonu +(994)12 539 05 15
QISA BİOQRAFİK MƏLUMAT
1966-cı il iyulun 10-da Bakı şəhərində anadan olub. 1983-cü ildə Bakı şəhəri 13 saylı orta məktəbi bitirib.
Ailəlidir, iki qızı var.
TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
Ali təhsillidir.
1988-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1994-cü ildə «GaSe və onun üçqat analoqlarının müxtəlif həyəcanlaşma səviyyəsində optik və fotoelektrik xassələri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.04 - Fiziki elektronika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını alıb
2008-ci ildən dosentdir.
ƏMƏK FƏALİYYƏTİ
1988-1992 AMEA - nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda baş laborant
1992-1997 Bakı Dövlət Universitetinin Bərk cisimlər elektronikası Elmi Tədqiqat laboratoriyasında kiçik elmi işçi
1997-1999 Həmin laboratoriyada böyük elmi işçi
1999-2007 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti
2007-2008 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının dosent əvəzi
2008 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının dosenti
Apardığı dərslər: «Ümumi fizika», «Nazik təbəqələr fizikası», «Ekologiya».
30 elmi məqalənin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
A3B6 tipli layvari kristallarda, onların üçqat analoqlarında və onlar əsasında - diod quruluşlarında elektron proseslərin tədqiqi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1999 «Yarımkeçirici materiallarda fiziki problemlər» Beynəlxalq elmi konfransı
2000-2007 Avropa Material Tədqiqi Elmi Cəmiyyətinin Yaz Seminarı, Strasburq, Fransa
2002, 2004, «Bərk cisim elektronikası və mikroelektronikanın aktual
2006 problemləri». Beynəlxalq Elmi-texniki Konfransı, Taqanroq, Rusiya
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Cahangirova S.Ə., Kazımzadə A.H., Həsənova L.H., Məhəmmədov Ə.Z.«Cu3İn6S7 monokristalında fotokeçiriciliyin xüsusiyyətləri». BDU, FizikaProblemləri İnstitutu, Fizikanın Müasir Problemləri II Respublika Konfransı,səh. 168-169, Bakı , 2008
Cahangirova S.Ə., Kazımzadə A.H., Həsənova L.İ., Məhəmmədov Ə.Z. «Cuİn5S8- CdSe strukturunun fotoelektrik xassələri» .Yarımkeçirici fizikası və dielektriklər, s.266-268, 2008 , Bakı
Cahangirova S.Ə., L.H.Həsənova, Ə.Z.Məhəmmədov - CuIn5S8 monokristalında həcmi yüklərlə məhdudlaşmış cərəyanın (HYMC) tədqiqi BDU-nun xəbərləri, fiz.-riy.elmləri seriy.№3, 2010,səh.134-138
Cahangirova S.Ə., L.H.Həsənova, Ə.Z.Məhəmmədov - CuIn5S9 monokristalında alçaqtezlikli cərəyan ossilyasiyası AMEA xəb.,fiz.-riy. və tex.elm.ser. fiz. və astronom. №5, «Elm»nəş. Bakı-2010, səh.163-165
Cahangirova S.Ə., L.H.Həsənova, Ə.Z.Məhəmmədov, R.S.Cəfərli -Cu3 In5S9 monokristalında təbii polyarizasiya. Fiz.müasir prob.V Res.konf.mat.16-17 dekabr, 2011, səh.39-42
Cahangirova S.Ə., L.H.Həsənova, Ə.Z.Məhəmmədov - Cu3In5S9 monokristallarında pirocərəyana xarici amillərin təsiri BDU-nun xəbərləri, fiz.-riy.seriyası №2,səh.124-129,2012
Cahangirova S.Ə., L.H.Həsənova, Ə.Z.Məhəmmədov - BDU-nun Fiz.prob.Elmi-tədq.İnst. “Opto, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası”,VI resp.elmi-prak.konf.14-15 dekabr 2012,czə.159-161 Cu3In5S9 –GaSe heterokeçidlərində aşırma effekti
Cahangirova S.Ə., L.H.Həsənova, Ə.Z.Məhəmmədov Yeni üşqat Cu3İn5S9 yarımkeçirici birləşməsində keçiriciliyin xüsusiyyətləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII Beynəlxallq elmi-texniki konfrans, Sumqayıt 27-29 noyabr, 2013
KİTABLAR
Cahangirova S. Ə., Nurullayev Y.Q. «Ümumi fizika kursu üzrə praktikum», Bakı, 2008
A.H.Kazımzadə,V.M.Salmanov ,A.Z.Abasova, M.Ə.Cəfərov, Ə.H.Hüseynov, L.H.Həsənova, R.M.Məmmədov, S.Ə.Cahangirova, Ə.Z.Məhəmmədov “Yarımkeçiricilər üzrə Praktikum” dərs vəsaiti Bakı, “Müəllim” nəşriyyatı, 2013. 434 səh