Home Aze Ru Eng

Tahirov Vladimir İsmayıl oğlu

Tahirov Vladimir İsmayıl oğlu

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru,
BDU-nun fizika fakultəsinin yarımkeçiricilər fizikası kafedrasının professoru
İş telefonu: (994 12) 439 05 15

QISA BİOQRAFİK MƏLUMAT

5 aprel 1932-ci ildə Qərbi Azərbaycanın Sisian rayonunun Urud kəndində anadan olmuşdur. Orta məktəbi 1949-cu ildə qonşu Vağədi kəndində bitirmişdir.

TƏHSIL, ELMI DƏRƏCƏ VƏ ELMI ADLARI

1951-ci ildə ikiillik Ağdam müəllimlər institutunun fizika-riyaziyyat fakültəsini, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini bitirmişdir. Namizədlik dissertasiyasının mövzusu: «Исследование сегрегации, диффузии и растворимости таллия и тантала в монокристаллах германия» Müdafiə etdiyi il: 1962 Doktorluq dissertasiyasının mövzusu: «Исследование примесных состояний и донорно-акцепторного взаимодействия в твердых растворах германий-кремний» Müdafiə etdiyi il: 1972

ƏMƏK FƏALIYYƏTI

İşlədiyi yerlər: Laçın rayonunun Pircahan kəndi, orta məktəbdə fizika-riyaziyyat müəllimi, 1956-1957-ci dərs ili
1. Laçın rayonunun Cicimli kəndi, fizika-riyaziyyat müəllimi, 1957-58-ci dərs ili
2. Azərbaycan Respublikası Elmlər Akademiyası Fizika İnstitutunda:
3. 27/10/1958- 15/12/1958: kiçik elmi işçi,
• 15/12/1958- 15/12/1961: aspirant,
• 15/12/1961- 24/09/1965: kiçik elmi işçi,
• 24/09/1965- 26/02/1971: baş elmi işçi,
• 26/02/1971- 01/09/1974: laboratoriya müdiri.
• 01/09/1974- 31/03/1990, Bakı Dövlət Universiteti, yarımkeçiricilər fizikası kafedrasının müdiri
4. 31/03/1990- indiyədək BDU-nun professoru.
5. Neçənci ildən BDU-da hansı kafedrada çalışır:
1974-cü ildən yarımkeçiricilər fizikası kafedrasında çalışır.
Apardığı dərslər:
Ümumi fizika kursu, yarımkeçiricilərin elektron nəzəriyyəsi və yarımkeçiricilərdə kinetik hadisələr ixtisasları üzrə dərslərini aparır.
Məqalələri: 350-dən çox
Monoqrafiyaları: 4
Kitabları: 13
Patentləri: 15
Yetişdirdiyi elmlər namizədinin və doktorların sayı: 35 elmlər namizədi və 7 elmlər doktoru yetişdirmişdir.
Həyata keçirdiyi təcrübələr və elmi yeniliklər:
1. Binar bərk məhlul qidalandırıcı xəlitələrinin yeni üsulla alınması
Yeni üsulla düzəldilmiş qidalandırıcının tətbiqi ilə Ge-Si binar bərk məhlullarının alınması
2. Ge-Si bərk məhlullarının monokristallarının ikiqat aşqarlanmasının təmin edilməsi
3. Ge-Si bərk məhlullarında gümüşün aşqar səviyyələrinin (1 donor və 3 akseptor səviyyələrinin) ayrı-ayrılıqda aşkarlanaraq tədqiq edilməsi; Ag-un Ge-da donor səviyyəsinin germaniumda müşahidə olunmamasının mexanizminin müəyyənləşdirilməsi.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. 18-ая международная конференция по фотоэлектронике, 25-28 мая 2004 года, город Москва, выступил с двумя докладами
2. Международная научно-техническая конференция «Информационные и электронные технологии в дистанционном зондировании», 20-23 декабря 2004 года в Баку, выступил с двумя докладами.
3. Международная научно-практическая конференция «Современные информационные и электронные технологии», 23-27 мая 2005 года, Одесса, выступил с двумя докладами
4. Beynəlxalq elmi-texniki konfrans: “Mikroelektron çeviricilər və onların əsasında düzəldilmiş cihazlar”, Bakı-Sumqayıt 2005-ci il, 2 məruzə ilə çıxış etmiş
5. Международная конференция «Фазовые переходы, критические и нелинейные явления в конденсированных средах», Россия, город Махачкала, 2007 г.

TƏDQIQAT SAHƏSI

Qeyri-adi fiziki xassələrə malik olan yarımkeçirici maddələrin axtarışı və onların fundamental xassələrinin tədqiqi, tətbiq sahələrinin müəyyənləşdirilməsi.

SEÇILMIŞ ƏSƏRLƏRI

Elmi məqalələri
1) Tahirov V.İ., Tahirov Ü.V., Cəfərov T.Q., Qəhrəmanov N.F. Yeni üsulla hazırlanmış qidalandırıcı xəlitənin tətbiqi ilə binar bərk məhlulların monokristallarının alınması // AMEA-nın “Məruzələri” c. 61, № 1, 2005, səh: 61-64.
2) Tahirov V.İ., Tahirov Ü.V., Cəfərov T.Q., Qəhrəmanov N.F. Qidalandırıcı istifadə etməklə binar bərk məhlulların monokristallarının yetirişdirilməsində tərkibin tənzimlənməsi // J.. «Tətbiqi fizira» FQUP, VİMİ, Moskva, 2006, стр. 86-91.
3) Tahirov V.İ., Tahirov Ü.V., İbrahimova A.R., Qəhrəmanov N.F. Binar bərk məhlulların tərkibinin və aşqarların pilləli paylanmış monokristallarının alınması J.. «Tətbiqi fizira» FQUP, VİMİ, Moskva, 2006, стр. 91-95.
4) Tahirov V.I., Agamaliyev Z.A., Sadikhova S.R., Guliyev A.F., Gahramanov N.F. Simplified version of calculation of the composition distribution along a single crystal of a binary solid solution obtained by pulling from a feeding melt // Crystallography Reports, 2007, v.52, N 5, pp 923-996.
5) Tahirov V.I., Agamaliyev Z.A., Sadikhova S.R., Guliyev A.F., Gahramanov N.F. Qidalandırıcı ərintidən dartmaqla binar bərk məhlulların monokristallarının tərkibin uzununa paylanmasının hesabatının sadə variantı // “Kristalloqrafiya” c. 52, # 5, s. 923-926, Rusiya, 2007.

Kitabları

1) Tahirov V.I., Tahirov E.V., Qəhrəmanov N.F. “Ümumi fizika kursu” üzrə məsələlər(həlli ilə). Elektrik və maqnit hadisələri (dərs vəsaiti) SDU-nun nəşriyyatı Bakı-Sumqayıt 2005, s.268.
2) Tahirov V.I. “Optika”. Ümumi fizika kursu. Dərslik SDU-nun nəşriyyatı Bakı-Sumqayıt 2005, s.500.
3) Tahirov V.I., Tahirov E.V., Qəhrəmanov N.F. Yarımkeçiricilər fizikası (dərs vəsaiti) SDU-nun nəşriyyatı, Sumqayıt 2006, s. 320.
4) Tahirov V.I., Xomutova M.D., Baxışov A.E., Qəhrəmanov N.F. III və IV qrup elementlərinin birləşmələrin tədqiqat üsulları və fiziki xassələri (monografiya)
SDU-nun nəşriyyatı, Sumqayıt 2006, s. 500.
5) Tahirov V.I. Urud mənim sinəm üstə çarpaz dağ (şeirlər) SDU-nun nəşriyyatı, Sumqayıt 2007, s. 240.

Bookmark and Share