Home Aze Ru Eng

Tələbə həyatı

Аktiv tələbələrin elmi və təşkilati fəaliyyətlərindən

Bakı Dövlət Universitetində tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtını səmərəli təşkil etmək üçün bir sıra təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlardan Tələbə-Gənclər Təşkilatı, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti daha fəaldırlar. Digər fakültələrdə olduğu kimi, Fizika fakültəsinin tələbələri də Universitetinin ictimai həyatında aktiv iştirak edirlər.

Bunlardan fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:

  • Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər
  • Intellektual oyunların təşkili
  • Fakültədaxili olimpiada yarışlarının keçirilməsi
  • Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi
  • Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini

    Fakültə Tələbə-Gənclər Təşkilatının fəaliyətinə aşağıdakılar daxildir:
  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
  • Tələbələr arasında maarifləndirmə işlərinin aparılması
  • Tələbələrin asudə vaxtının təşkil edilməsi
  • Tələbələrin hüquqlarının təmin edilməsi
  • Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, klubların, kursların, xidmətlərin təşkil edilməsi.

    HƏMKAR SIZIN DOSTUNUZ VƏ MÜDAFIƏNIZDIR!

    Fakültə Azad Tələbə Həmkarlar Komitəsinin fəaliyyətinə aşağıdakılar daxildir:
  • Sosial problemlərin həlli
  • Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi
  • Təhsil alan tələbələrin nizam-intizamı, sayı, dərsə davamiyyəti, yataqxana ilə təminatı barədə məlumatların alınması
  • Tələbələrin istənilən hüquq pozuntusunun müdafiə edir
  • Aspirant və ailəli tələbələrin uşaqlarına qayğı göstərir
  • Bütün təhsil alanlara hüquqi yardım edir

Tələbələrin imkanlarını inkişaf etdirir.

Həmkarlarda informasiya işinin təşkili

İnformasiya işinin inkişafına əngəl törədə biləcək faktorlar

Problemin həlli yolları

Həmkarlar yeni təşkil olunanda onların zəif texniki təminatı ola bilər

Maddi-texniki bazanın inkişaf yolları

Həmkarların liderinin lazımı biliklərə malik olmaması

-professional keyfiyyətlərin təlim və seminar vasitəsilə artırılması
-müxtılif test-sınaqlarının keçirilməsi
-stimul verici yolların axtarışı
-müxtəlif Həmkarlar təşkilatları arasında təcrübə mübadiləsini keçirmək

İnformasiya verilməsində həddindən artıq professionalizm

-seminarlar zamanı ancaq yararlı məlumatın verilməsi
-informasiyanın verilməsində tələbənin bilik imkanlarını nəzərə almaq
-informasiya işi ilə bağlı xüsusi işçi qrupunun yaradılması

İnformasiyanın prioritet sahələri

Sosial yönümlü 60%
Asudə vaxtın mədəni, kütləvi tədbirlər ilə bağlı 40%

İnzibati əngəllər

İnzibati strukturlarla yaxşı münasibətin qurulması. İnzibati resursları istifadə edərək Həmkarlarda informasiya işinin təşkili, həmkarların müsbət xasiyyətnaməsinin formalaşması

Bookmark and Share