Home Aze Ru Eng

Vüsalə Valeh qızı Dadaşova

Vüsalə Valeh qızı Dadaşova

Fizika-riyaziyyat elmləri namizədi,
BDU-nun Ümumi fizika kafedrasının müəllimi
İş Telefonu: +(994) 012 510 79 68
E-mail: vusalevaleh@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT

1970-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olmuşdur.
1987-ci ildə Bakı şəhəri 159 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Evlidir. Bir qızı, bir oğlu var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsillidir. 1992-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2008-ci ildə «GaSxSe1-x bərk məhlul kristallarının elektrik və fotoelektrik xassələri və onlar əsasında funksional elementlər» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.07-Bərk cisim fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1992-1997, Bakı şəhəri 286 saylı orta ümumtəhsil məktəbində müəllim.
1997-2006, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında baş laborant.
2006-cı ildən Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında müəllim.
Apardığı dərslər: Ümumi fizika.
12 elmi məqalənin müəllifidir.

TƏDQİQAT SAHƏSİ

Yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlar.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2005, Международная конференция «Физика-2005», Баку
2005, Geleneksel Erzurum Fizik Gunleri-II, Bildiri Ozetleri, Ataturk Universitesi, Turkiye.
2006, IV Республиканская конференция «Актуальные проблемы физики», Баку
2006, ХIХ Международная Научно-техническая конференция по фотоэлектронике и прибо-рам ночного видения. Москва
2006, TPE-06 3 rd International Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkey

SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. Kazımzadə A.H., Dadaşova V.V. InSe-GaSxSe1-x heterokeçidləri əsasında koordinata-həssas bipolyar elementlər, AMEA-nın xəbərləri, 2005, 25, № 2, s.83-87.
  2. Kazımzadə A.H., Salmanov V.M., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul monokristalları əsasında elektroluminessensiyalı çeviricilər (rus dilində), Prikladnaya fizika, 2007, № 4, s.119-121.
  3. Kazımzadə A.H., Salmanov V.M., Moxtari A.Q., Dadaşova V.V., Ağayeva A.A. GaSxSe1-x bərk məhlul monokristallarında elektroluminessensiya və fototriqqer effekti (rus dilində). Fizika i Texnika Poluprovodnikov, 2008, 42, N.5, s.532-535.
  4. Kazımzadə A.H., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul kristallarında qadağan olunmuş zolağın eninin nüvələrin yükləri cəmi ilə əlaqəsi haqqında // Bakı Universitetinin xəbərləri, fiz.-riy. elm. ser., 2008, №-2, с.116-119.
Bookmark and Share