Home Aze Ru Eng

02-04 dekabr 2021-ci il tarixləri üçün Kosmik Hava durumu və proqnozu

02/12/2021

Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2898 (S25W65, Hsx / alpha) oblastı sadələşmiş, 2900 (S27W76, Dao / beta) və 2902 (N18W19, Dro / beta) oblastları isə stabil və sakit olmuşlar.

Gözlənilirki, günəş aktivliyi aşağı səviyyədə qalacaqdır. 02-04 dekabr tarixləri üçün C tip aktivliyə malik alışmaların baş vermə ehtimalı vardır. C-sinif alışmalar Yerə demək olar ki, təsir etməyən alışmalardır. Peyk müşahidələrində və koronoqraf  təsvirlərdə Yerə yönələn CME aşkar olunmamışdır.

Günəşdən gələn yüklü zərrəciklər seli normal və aşağı səviyyədə olacaqdır.

01 dekabr tarixində CH HSS (Coronal hole High Speed Stream- Tac dəliklərindən yüksək sürətli axınlar) -dən sonra günəş küləyi mühiti bərpa olunmuşdur. Günün əvvəlində tam maqnit sahəsi 9 nTl, günəş küləyinin sürəti isə artaraq 525 km/s. olmuşdur.

Gözlənilirki, 02 dekabr tarixində daha bir HSS daxil olacaqdır. 29 noyabr tarixdə əmələ gəlmiş CME (Coronal Mass Ejection- Tac kütlə atılmaları) də həmin vaxt təsir edə bilər. Nəticədə 03 dekabr tarixində əlaqədar effektlərin davam etmə ehtimalı vardır. Gözlənilirki, 04 dekabr tarixində planetlər arası maqnit sahəsi bir daha güclənəcəkdir.

Geomaqnit sahə ötən sutka ərzində əsasən aktiv və qeyristabil səviyyədə olmuşdur. 29 noyabr baş verən HSS -in təsiri nəticəsində 01-02 dekabr tarixlərində qeyristabillik saxlanacaqdır. Fərz olunur ki, CME Yerdən kənar, Yerdən cənub istiqamətdə keçəcəkdir. Ən yaxın nöqtəyə 03 dekabr tarixində çatacaqdır. 03 dekabr tarixində CME və HSS təsiri ilə geomaqnit sahə aktiv halda keçə bilər. Nəticədə G1 (Minor) mülayim geomaqnit qasırğa müşahidə edilə bilər.

Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştını göstərir.

Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.

Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir.

Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.

SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 02-04 dekabr tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünı göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

 

 

Bookmark and Share