Home Aze Ru Eng

02 May 2017-ci il tarixində magistrların növbəti elmi seminarı keçirilmişdir

02/05/2017

02.05.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Xuduyeva Hafizə, Hüseynova Şəfəq, Talıbova Aysel, Nadirova Gülnar, Əlizadə Lalə və Cəlilli Ümidə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

İlk olaraq “Bioloji sistemlər fizikası” kafedrasının magistrantı Xuduyeva Hafizə elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Dos.İbrahimov N.Ə. rəhbərliyi ilə “Su-dekstran-KJ sistemində struktuktur xüsusiyyətləri” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və elmi işdə aparılan tədqiqat üsulları və nəticələr sual-cavab əsasında müzakirə olundu. Ardınca“Fiziki elektronika” kafedrasının magistrantı Hüseynova Şəfəq “Kolloid məhlulundan PP əsaslı Al2O3 polimer kompozit təbəqələrin alınması və onların elektrofiziki xassələri” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri f.ü.f.d. Ələkbərov Ş.S. və seminarda iştirak edən magistrantların verdikdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və tədqiqat işi ilə əlaqədar son görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzə ilə, “Qaz və plazma” kafedrasının magistantı Talıbova Aysel “Kiçik boşalma cərəyanlarında qaz boşalması plazmasının dinamik xassələri” mövzusunda elmi işi ilə çıxış etdi. Elmi rəhbəri dos.T.X.Hüseynov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Ardınca dos. Qəribov Q.O. rəhbərliyi ilə Nadirova Gülnar “Qaz boşalması müsbət sütununda strat rəqslərinin tədqiqi” mövzusunda məruzəsini təqdim etdi. Elmi seminar rəhbəri E.Ş.Ələkbərovun verdiyi suallar əsasında mövzu daha dərin təhlil olundu.Məruzə yekunlaşdıqdan sonra Əlizadə Lalə çıxışını təqdim etmək üçün dəvət olundu və o “Mo/CuİnSe2/CdS elastik nazik təbəqəli heterokeçidlərin elektrik və fotoelektrik xassələri” mözusu ilə çıxış etdi. Məruzə maraqla qarşılandı və elmi rəhbəri dos. Mehdiyev R. Tərəfindən görüləcək ən son işlər haqda məlumat verildi.Sonda Cəlilli Ümidə  “Omik kontaktın fizikası” mövzusunda çıxışını təqdim etməklə elmi seminar çıxışlarına yekun vurdu. Magistrantın Elmi rəhbəri prof. Əsgərov Ş.Q. və digər auditoriya iştirakçılarının  verdikdikləri suallar əsasında mövzunun aktuallığı müzakirə olundu və məruzə ilə bağlı  təklif və iradlar bildirildi.

Beləliklə elmi seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın  16.05.2017  tarixində olacağı elan olundu. Bu seminara hər bir maqistrant dəvətlidir.

Bookmark and Share