Home Aze Ru Eng

04.04.17-ci il tarixində magistrantların növbəti elmi seminarı keçirilmişdir

04/04/2017

04.04.17-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Məstəliyeva Günay və  Hüseynova Elnurə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

İlk olaraq “Fiziki elektronika” kafedrasının magistrantı Məstəliyeva Günay elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. E.Rəsulovun rəhbərliyi ilə “GaSe kristallarında optoelektronika üçün perspektivli fotoelektrik hadisələri” mövzusunda çıxış maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Növbəti məruzə ilə, “İstilik fizikası” kafedrasının magistrantı Hüseynova Elnurə “Glu-Gly-Met-Arg-NH2 molekulunun konformasiya analizi” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri Prof. N.M.Qocayev məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi və verilən suallar əsasında mövzu daha dərindən təhlil olundu.

Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 18.04.2017 tarixində olacağı elan olundu. Bu seminara hər bir maqistrant dəvətlidir.

Bookmark and Share