04-0030 UTC-də mövcud olan Günəş aktivliyi orta səviyyədə olmuşdur. 2117 UTC -də 2887 (S25W91, Hsx/ alpha) oblastında son üç sutka ərzində olan ən böyük alışma - C5.2 alışması baş vermişdir. 2891 (N16W26, Dao/beta) oblastında isə intensivliyin azalması müşahidə edilmişdir. 2893 (N17E30, Hsx/alpha) sakit və stabil olmuşdur. Yerə istiqamətlənmiş CME (Coronal mass ejection- Tac kütlə atılmaları) müşahidə olunmamışdır. Ehtimal olunur ki, 04 noyabr tarixində Günəşdə M sinif (R1-R2 (radiosiqnalların, radiorabitənin kəsilməsi (nəzərə alınmayan-zəif)) alışmalar ola bilər. 04-06 noyabr tarixlərdə C sinif (Yerə təsiri müşahidə olunmur) alışmaların baş vermə ehtimalıda vardır. Günəş radiasiya fırtınası 04 noyabr tarixidə S1 (Minor) səviyyəsində olmuşdur. Günəşdən gələn zərrəciklər seli normal fon səviyyəsindən daha aşağı səviyyəyə düşəcəkdir. Günəşdən gələn zərrəciklər selinin digər xüsusiyyətləri normal səviyyədə qalacaqdır. Günəşi müşahidə edən RTSW (Real Time Solar Wind -verilmiş anda günəş sürəti) qurğusunun verdiyi məlumatlara görə 03/1940 UTC-də gözlənilən CH HSS (Coronal hole High Speed Stream-Tac dəliklərindən çıxan yüksək sürətli axınlar) L1 nöqtəsində (L - Laqranj nöqtələri cisimlərin cazibə qüvvələrinin bərabərləşdiyi nöqtələrdir. 5 Laqranj nöqtəsindən birincisi L1 - Günəşlə Yer arasında yerləşir və bu nöqtədə olan cisim heç bir təsir hiss etmir) müşahidə olunmuşdur. Nəticədə impuls xəbərdarlığı verilmişdir. Günəş küləyinin sürəti artaraq 700 km/san -dən böyük olmuş, maqnit sahə intensivliyi artmışdır. Ehtimal olunur ki, 2887 və 2891 oblastları arasında olan qarşılıqlı təsir günəş küləyi parametrlərinin normal qalmasını təmin edəcəkdir. Geomaqnit sahə CH HSS təsiri nəticəsində sakit haldan dayanıqsız hala keçmişdir. Zərbə dalğası nəticəsində yaranan impuls müşahidə edilmiş, 03/1957 UTC-də maqnit sahəsinin kəskin dəyişməsi qeydə alınmışdır. Bundan sonra geomaqnit şərait G1-G3 (Minor-Strong) orta maqnit qasırga səviyyəsinə qalxmışdır. Gözlənilirki, CME səbəbindən 04 noyabr tarixində qasırğa səviyyəsi G2-G3 (orta-güclü), sonrakı günlərdə qasırğa G1(zəif) səviyyəsinə düşəcəkdir. CME -in zəifləməsi səbəbindən 5-6 noyabr tarixlərdə də bu müşahidə olunacaqdır.
LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısığı almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər. https://soho.nascom.nasa.gov/data/realtime-images.html
|
https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 04-06 noyabr tarixləri üçün 2-6 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünı göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html