Home Aze Ru Eng

06-08 dekabr 2021-ci il tarixləri üçün Kosmik Hava durumu və proqnozu

06/12/2021

05.0719 UTC –də baş verən M1 alışması və 2898 (S24, L=236) obastında baş verən çoxlu sayda C sinif alışmalar nəticəsində Günəş aktivliyi (R1-Minor) aşağı səviyyəyə düşmüşdür. Bu reğionda çoxlu CME (Coronal Mass Ejectionskütlə atışları) müşahidə olunmasına baxmayaraq, onların heç biri Yerə tərəf yönəlməmişdir. 2902(N13W75, Axx/alpha) və 2901(S18W24,Bxo/beta) oblastlarında parçalanma müşahdə olunmuşdur. Ötən periodun (3 gün) sonunda 2904 (S27E45,Bxo/beta) oblastında yeni ləkələr yaranmışdır. 05/1412 UTC-də SOHO/LASCO C2 koronoqrafında alınan şəkillərdə şərq limbdə yüngül CME müşahidə olunmuşdur. Hazırda CME -in analizi davam edir.

Qarşıdakı üç gün ərzində Günəş aktivliyinin aşağı olacağı gözlənilir. 06 dekabrda 2898 oblastının aktivliyi nəticəsində  yeni C sinif və böyük ehtimalla M sinif (R1-Minor) alışmalar ola bilər. 07-08 dekabr tarixlərdə isə günəş aktivliyi aşağı səviyyəyə düşəcəkdir.

Günəşdən gələn elektronlar (mənfi yüklü zərrəciklər) selinin enerjisi normadan yüksək olacaqdır. 07 dekabr tarixdən bu fon səviyyəsinə düşəcəkdir.

Sabit HSS (High Speed Stream- Yüksək sürətli axınlar) təsiri ilə günəş küləyi parametrləri normallaşacaqdır. Günəş küləyinin sürəti 416-489 km/s., maqnit sahəsi induksiyası 4-7 nTl intervalında olacaqdır. 06-07 dekabr tarixləri üçün günəş küləyi parametrləri nisbətən azalacaqdır. 08 dekabr tarixindən normal səviyyədə olacaqdır.

Geomaqnit sahə 06-07 dekabr tarixləri üçün sakit və qeyristabil olacaqdır. 08 dekabr tarixdən əhəmiyyətli şəkildə sakit vəziyyətə keçəcəkdir.

 

Şəkil 1. Bu şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştını göstərir.

 

Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.

 

Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

 

Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.

 

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

 

Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısığı almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.

Şəkil 7 və 8.

 

 

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 02-04 dekabr tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir. (Şəkil 9)

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünı göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

 

 

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Bookmark and Share