Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuş, rentgen şüalanması B səviyyəsinə yüksəlmişdir. 2924 (S31E34, Cao / beta) oblastı parçalanmış, lakin sakit olmuşdur. 2925 (S34E69, Dso / beta) oblastı həmçinin SE (Solar event-günəş hadisələri) görə aktiv olmamışdır. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Ötən üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyədə olmuşdur. 06 yanvar 2022-ci il tarixində Günəşdə C sinif aktivlik müşahidə olunacaqdır. Böyük olmayan ehtimalla aktivliyin çox aşağı səviyyədən R1-R2 (nəzərə alınmayacaq-zəif) radiodalğaların kəsilməsi səviyyəsinə qalxacağı gözlənilir. Bu 08 yanvar 2022-ci il tarixədək davam edə bilər.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 08 yanvar 2022-ci il tarixədək zərrəciklərin sel parametrləri normal və ya daha aşağı səviyyədə olacağı gözlənilir.Müsbət qütblü CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsiri azaldığından günəş küləyi paratmetrləri fon səviyyəsində olmuşdur. Ümumi maqnit sahə induksiyası 5-8 nTl olmuş, günəş küləyi sürəti isə 450 km/s-dən 385 km/s-ə düşmüşdür. Günəş küləyinin parametrlərinin 08 yanvar 2022-ci il tarixinədək əsasən fon səviyyəsində qalacağı proqnozlaşdırılır.Geomaqnit sahə sakit olmuşdur. 08 yanvar 2022-ci il tarixinədək təcrid olunmuş idarəolunmayan aktivliklərin baş verəcəyi ehtimalla geomaqnit sahə sakit olacaqdır.06-08 yanvar 2022-ci il tarixlərində Kp əmsalı 1-2 intervalında dəyişəcəkdir.
Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.
Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.
Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil) -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager- Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil) -şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 06-08 yanvar 2022-ci il tarixləri üçün 1-2 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html