Home Aze Ru Eng

07 Mart 2017-ci il tarixində magistrların növbəti elmi seminarı keçirilmişdir

07/03/2017

07.03.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi.Seminarda Fizika fakültəsinin II kurs magistrantları Feyzullazadə Fərəh, Mirzəyeva Türkan, və Məlikzadə Gülnar apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

İlk olaraq “Yarımkeçiricilər fizikası” kafedrasının magistrantı Feyzullazadə Fərəh elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Dos. Ə.Z.Məhəmmədovun rəhbərliyi ilə “Culn5S8 defekt quruluşlu yarımkeçiricinin elektrik və fotoelektrik xassələri” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Məlikzadə Gülnar  “Cu3İn5S9 monokristalında açqar səviyyələrinin təbiəti və onlara xarici amillərin təsiri” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri dos. L.Həsənova və digər auditoriya iştirakçılarının verdikdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzə ilə, “İstilik fizikası” kafedrasının magistantı Mirzəyeva Türkan “Metal Silisium keçidlərinin elektrofiziki parametrlərinə əlavə elektrik sahəsinin təsiri” mövzusunda elmi işi ilə çıxış etdi. Elmi rəhbəri prof. R.Q.Məmmədov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın  28.03.2017  tarixində olacağı elan olundu.

Bu seminara hər bir maqistrant dəvətlidir.

Bookmark and Share