İclası açıq elan edən şuranın rəhbəri prof. M.Ə.Ramazanov Fizika fakültəsinin tarixi , tanınmış məzunları və nailiyyətləri barədə geniş məlumat verdi. Ardınca gündəlikdə duran məsələ haqqında - Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının tərkibinin formalaşması və fakültədən 2 nəfərin orada fakültəni təmsil etməsi barədə məlumat verdi. Namizədlər haqqında məlumatlar dinlənildikdən sonra səsvermə yolu ilə 2 namizəd - Yarımkeçiricilər kafedrasının əməkdaşı prof. Əli Həsən oğlu Hüseynov və Maddə quruluşu kafedrasının əməkdaşı prof. Əbdülvahabova Sacidə Qafar qızı Böyük Elmi Şurada iştirak etmək üçün seçildilər.