08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof. M.Ə.Ramazanov iclası açıq elan etdikdən sonra iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi. Sonra Elmi Şura iclasının gündəliyinə daxil olan birinci məsələ-“Fizika Fakültəsi Tədris-Metodiki Şurasının 2015/201-cı Tədris ili üçün Hesabatı” üzrə həmin Şuranın sədri prof. Ə.Ş.Abdinovun məruzəsi dinlənildi.
Məruzəçi öz çıxışında qeyd etdi ki, Fizika fakültəsinin Fakültə Elmi Şurasının iclasında seçilmiş və Universitet Rektorunun 28.12.2015-ci il tarixli 2/665 №-li Əmri ilə səlahiyyətliliyi təsdiq olunmuş Bakı Dövlət Universiteti Fizika fakültəsinin sədr və 6 nəfər üzvdən ibarət Tədris-Metodiki Şurası (TMŞ) birinci iclası müəyyən hazırlıq, tanışlıq, məsləhətləşmələr prosedurlarından sonra- 11.01.2016-cı il tarixdə keçirilib. Həmin iclasda TMŞ-nın strukturu müəyyənləşdirilib, “Əsasnamə»sinin və 2015/2016-cı tədris ilinin ikinci yarısı üçün “Iş planı”nın layihələri müzakirə olunub- bəyənilərək təsdiq olunmaq üçün Fizika fakültəsinin Elmi Şurasına təqdim edilib. Hər iki sənəd Fizika fakültəsinin Elmi Şurasınınnın 14.01.2016-cı il tarixli (protokol № 01) iclasında təsdiq olunub. TMŞ özünün hesabat dövrü ərzindəki sonrakı fəaliyyətini həmin «İş planı» üzrə və təsdiq olunmuş «Əsasnamə»nin müddəalarına uyğun şəkildə qurmuşdur. Özünün 45-50 dəqiqəlik hesabat məruzəsində prof. Ə.Ş.Abdinov ötən yarım il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına maraqlı məlumatlar verdi. Məruzəçi qeyd etdi ki, fakültədə iki ixtisas üzrə tədris olunan fənlərin hər biri üçün vahid məzmunlu və bütün fənlər üçün vahid formaya (struktura) malik olan 104 baza “Fənn proqramı”nın elektron və kağız variantında layihəsi azərbaycan dilində hazırlandı. Onun məruzəsi ətrafında geniş müzakirə aparıldı. Müzakirədə iştitrak edənlər (prof.R.C.Qasımova, dos.M.R.Rəcəbov, prof.Ş.Əsgərov, prof.Y.Q.Nurullayev) fakültə TMŞ-nın fəaliyyətinin vacibliyi qeyd etdilər. Fakültənin dekanı prof M.Ə.Ramazanov və BDU-nun Tədris-Metodiki Şurasının nümayəndələri dos.V.Qasımov, prof.L.Qasımova və başqaları məsələ ilə bağlı öz fikirlərini söylədilər və hesabatı çox yüksək qiymətləndirdilər. Tədris-Metodiki Şuranın 2015/2016-cı Tədris ili üzrə hesabatı yekdilliklə qənaətbəxş qədul olundu.
Sonra cari məsələlər müzakirə olundu.