Home Aze Ru Eng

100 illik xəzinə

11/04/2019

Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında “100 illik xəzinə” adlı verilişin növbəti buraxılışı yayımlanıb. Bu həftəki buraxılışın qonağı fizika fakültəsinin dekanı, fizika elmlər doktoru professor Məhəmmədəli Razmazanov olub. Veriliş boyunca dekan fakültənin tarixi, inkişafı və fəaliyyətini dinləyicilərin diqqətinə çatdırıb.

Qeyd edək ki, maarifləndirici proqramın hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakultəsi barədə geniş məlumat vermək, tarixi, inkişafı və fəaliyyətini işıqlandırmaqdır. Verilişi izləmək istəyənlər BDU tv youtube kanalına müraciət edə bilərlər.

https://www.youtube.com/watch?v=-CeSY0kOxL8

 

Bookmark and Share