Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2924 (S31W14, Eho/beta) oblastında aralıq ləkələrin parçalanması müşahidə olunmuşdur. 2925 (S33E19, Hsx/альфа) oblastı stabil və sakit olmuşdur. Ötən üç gün ərzində yeni 2926 (N21, L=033) və 2927 (S20E66, Hsx/alpha) oblastları qeydə alınmışdır. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Qarşıdakı üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə qalacağı, 10-12 yanvar 2022-ci il tarixlərdə 40% ehtimalla C sinif və 10% ehtimalla M sinif alışmaların olacağı gözlənilir.Ötən sutka ərzində Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsində olmuşdur. 10-12 yanvar 2022-ci il tarixləri üçün zərrəciklər selinin paramaetrlərinin normal fon səviyəsində qalacağı gözlənilir.Hazırda Günəş küləyi parametrlərinin qiyməti CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsirinin azaldığını göstərir. Günəş küləyinin sürəti 550 km/s-dən 450 km/s-ə enmişdir. Ümumi maqnit sahəsinin induksiyası 20 nTl-dan azalaraq 09/0830 UTC-dən başlayaraq 2-5 nTl intervalında dəyişmişdir.10 yanvar 2022-ci il tarixdən azalan CH HSS təsirininin ölçüləcək Günəş küləyinin parametrlərinin qiymətlərində əksini tapacağı ehtimal olunur.Geomaqnit sahə sakit haldan qeyristabil hal səviyyəsinə keçmişdir.10 yanvar 2022-ci il tarixində geomaqnit sahənin sakit haldan qeyristabil hala keçəcəyi, 11-12 yanvar 2022-ci il tarixlərdə isə geomaqnit sahənin əsasən sakit olacağı gözlənilir.10-12 yanvar 2022-ci il tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir
Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.
Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil) -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager- Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil) -şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 10-12 yanvar 2022-ci il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html