Home Aze Ru Eng

13-15 dekabr 2021-ci il tarixləri üçün Kosmik Hava durumu və proqnozu

13/12/2021

12/2114 UTC-də baş verən C1/Sf alışması nəticəsində S20E80 oblastı yaxınlığındakı sahənin böyük olmasına səbəbindən günəş günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. NE və SE sektorlarında yeni ləkələr inkişaf etməyə başlamışdır. 2905 (S11E44, Cro/beta) oblastı yeni sıra nömrəsi almışdır.Hazırda koronoqraflarda alınmış şəkillərdə Yerə tərəf istiqamətlənmiş CME (Coronal Mass Ejections- Tac kütlə atışları) müşahidə edilməmişdir.Gözlənilirki, Günəş aktivliyi 13-15 dekabr tarixlərdə C alışmaların baş baş vermə ehtimalını nəzərə almaqla aşağı səviyyədə qalacaq, Günəşdən gələn zərrəciklər selinin energisi isə fon səviyyəsində olacaqdır. C alışmalar Yerin geomaqnit sahəsinə təsir edə bilmir.Günəş küləyi parametrləri ötən üç sutka ərzində normal səviyyədə olmuşdur. Hazırda isə Günəş küləyinin sürəti 291-325 km/s., planetlər arası ümumi maqnit sahəsinin induksiyası 2-7 nTl, maqnit sahəsinin Bz komponenti isə +4 ilə -5nTl aralığında dəyişir.Güman edilir ki, günəş küləyi CS HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək sürətli axınlar) təsiri nəticəsində daha zəif ola bilər. Günəş küləyinin normal hala qayıtması 14 dekabr tarixdən baş verə biləcəyi ehtimal olunur. CH HSS –in digər təsiri 15 dekabrdan günün yarısından sonra günəş küləyi parametrlərinin artmasına səbəb ola bilər.Ötən son sutkada geomaqnit sahə sakit olmuşdur.CH HSS təsiri ilə 13 dekabr tarixdə geomaqnit sahə sakit və ya qeyristabil ola bilər. 14 dekabr tarixində əsasən sakit olması gözlənilir. 15 dekabr tarixində isə günün yarısından etibarən CH HSS təsiri ilə geomaqnit sahə idarəolunmayan haldan aktiv hala keçərək geoeffektiv ola bilər.13-15 dekabr tarixləri üçün maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.




Şəkil 1.Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 Å (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştını göstərir.



Şəkil 2.Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 Å-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.



Şəkil 3.Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 Å-ə (FeIX) bərabər şkilmiş şəklidir və ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir.



Şəkil 4.Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 Å-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 



Şəkil 5.SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.



Şəkil 6.SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.



Şəkil 7 və 8.LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilən CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Bu şəkillər Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr olan mənzərəni - görüntüləri əhatə edir və bu ölçü Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.


Şəkil 9.2021-ci ilin 13-15 dekabr tarixləri üçün maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünı göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Bookmark and Share