Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2924 (S31W14, Eho/beta) oblastında aralıq ləkələrdə dəyişikliklər müşahidə olunmuş və bu oblastda 12/16:49 UTC-də B4 alışması baş vermişdir. 2925 (S33E19, Hsx/альфа) oblastı ötən periodda olduğu kimi stabil və sakit olmuşdur. Yeni 2926 (N22W48, Cro/beta) oblastında aktivlik müşahidə olunmamışdır. Ötən periodun sonunda N08E24 oblastı ətrafında yeni sadə ləkələr meydana gəlmiş və onlar davam edəcəkləri təqdirdə növbəti period üçün yeni oblast kimi sıralanacaqlar. Bu oblastda həmçinin 12/04:23-də B7 alışması baş vermişdir. Bu alışma (sürəti 535 km/s qiymətləndirilir) II növ radiopozulma və onunla bağlı CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) ilə müşayət olunmuşdur. Güman edilir ki, B7 alışmasından sonra bir neçə saat davam edən B8 alışması baş vermişdir. B sinif alışmalar sakit alışmalar sinfinə aiddir.Koronoqraf şəkillərində Yerə tərəf yönələn CME müşahidə olunmamışdır.Günəş aktivliyinin çox aşağı səviyyədə olacağı gözlənilir. 13-15 yanvar 2022-ci il tarixləri üçün C alışmaların olacağı ehtimal edilir.Ötən sutka ərzində Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsində olmuşdur. 13-15 yanvar 2022-ci il tarixləri üçün zərrəciklər selinin parametrlərinin normal fon səviyyəsində qalacağı gözlənilir.Hazırda Günəş küləyi parametrlərinin qiyməti fon səviyyəsindədir. 13-14 yanvar tarixləri üçün günəş küləyi parametrlərinin fon səviyyəsində qalacağı gözlənilir. Təkrarlanan CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsiri ilə 15 yanvar tarixində gecə yarısından başlayaraq şəraitin daha da yaxşı olacağı gözlənilir.Ötən üç sutka ərzində geomaqnit sahə sakit olmuşdur.13-14 yanvar və 15 yanvar sutkanın ilk yarısına kimi geomaqnit sahə əsasən sakit olacaqdır. 15 yanvar tarixində söylənilən tac dəlikləri hesabına G1 (zəif) maqnit qasırğası olacağı ehtimal olunur. C sinif alışmaların baş vermə ehtimalı 50%, M sinif alışmaların 5%, X sinif alışmaların isə 1% -dir.13-15 yanvar 2022-ci il tarixlərində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: C1, C2,..., C9. X sinif alışmaların növlər isə davam edir. Məs. X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır. A və B alışmalar Günəş fonunda minimum və maksimum səviyyyələrə uyğundur, tədqiqat üçün maraqlı deyildir. C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir. M sinif alışmalar R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Bəzi M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar CME yarada bilər. Bu, alışmaların günəş səthinin hansı hissəsində baş verəcəyindən asılıdır. X sinif alışmalar ən böyük və güclü alışmalardır. Onlar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş verərsə, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası baş verir və güclü CME əmələ gəlir. Bu Yerdə güclü (G4) və ekstremal (G5) geomaqnit qasırğası yarada bilər.
Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.
Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.
Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil) -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager- Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil) -şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 13-15 yanvar 2022-ci il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html
.