16.05.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Ağayeva Aysel, Məmmədova Turanə, Məcnunova Fəridə, və Məmmədova Arzu apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Fiziki elektronika” kafedrasının magistrantı Ağayeva Aysel elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Dos.Daşdəmirov K.M. rəhbərliyi ilə “Polietilen nano-Se əsaslı kompozitin quruluş və elektrofiziki xassələrinə optik şüalanmanın təsiri” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və elmi işdə aparılan tədqiqat üsulları və nəticələr sual-cavab əsasında müzakirə olundu. Ardınca“Yarımkeçiricilər fizikası” kafedrasının magistrantı Məmmədova Turanə “GaSe nanohissəciklərinin optik və fotoelektrik xassələri” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri prof.V.M.Salmanov və seminarda iştirak edən magistrantların verdikdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və tədqiqat işi ilə əlaqədar son görüləcək işlər haqda məlumat verildi. Ardınca prof. Ə.H. Hüseynovun rəhbərliyi ilə Məcnunova Fəridə “Ag3In5Se9 monokristallarında qeyri-əsas yükdaşıyıcıların dreyf yürüklüyü” mövzusunda məruzəsini təqdim etdi. Elmi seminar rəhbəri E.Ş.Ələkbərovun verdiyi suallar əsasında mövzu daha dərin təhlil olundu.Sonda Məmmədova Arzu çıxışını təqdim etmək üçün dəvət olundu və o “Borla aşqarlanmış GaSe kristalının fotoelektrik xassələri” mövzusunda çıxışını təqdim etməklə elmi seminar çıxışlarına yekun vurdu. Məruzə maraqla qarşılandı. Elmi rəhbəri prof. Ə.H. Hüseynov və digər auditoriya iştirakçılarının verdikdikləri suallar əsasında mövzunun aktuallığı müzakirə olundu və məruzə ilə bağlı təklif və iradlar bildirildi.
Beləliklə elmi seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 30.05.2017 tarixində olacağı elan olundu.
Bu seminara hər bir maqistrant dəvətlidir.