Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2929 (N08W30, Dki/beta) oblastı görünən diskdə ən mürəkkəb ləkə olmuşdur. Oblastda 16/2021 UTC -də bu period ərzində ən böyük alışma- C2 alışması baş vermişdir. Tacda baş verən hadisələr səbəbindən CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) baş verməsini dəqiqləşdirmək üçün əlavə koronoqrafik şəkillərə ehtiyac olmuşdur. Son 24 saat ərzində ləkədə çox zəif parçalanma müşahidə olunmuşdur. 2933 (S21E06, Cso/beta) oblastı genişlənmişdir. Digər sıralanmış oblastlar stabil olmuş və ya parçalanma mərhələsindədir.Koronoqraf şəkillərində Yerə tərəf yönələn CME müşahidə olunmamışdır.17-19 yanvar tarixlərində günəş aktivliyi açağı səviyyəyə düşəcəkdir. M (R1-R2 zəif- nəzərə alınmayan) sinfinə aid alışmalar ola bilər. C sinif alışmaların baş vermə ehtimalı 75%, M sinif alışmaların baş vermə ehtimalı 20%, X sinif alışmaların isə baş vermə ehtimalı 1% dən kiçik olacağı ehtimal olunur.Günəşdən gələn elektron selinin parametrləri yüksəlmiş, protonlar seli isə fon səviyyəsində olmuşdur. 17-19 yanvar 2022-ci il tarixləri üçün zərrəciklər selinin parametrlərinin normal fon səviyyəsində qalacağı gözlənilir.Hazırda Günəş küləyi parametrlərinin qiyməti CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) -in mövcud təsirini əks etdirmişdir. Ümumi maqnit sahəsi induksiyası 4-7 nTl, günəş küləyi sürəti 525-625 km/s intervalında olacağı gözlənilir.18 yanvar tarixində CH HSS təsiri nəticəsində günəş küləyi paranetrlərinin yüksək olacağı gözlənilir. 19 yanvar tarixindən isə günəş küləyi parametrlərinin fon səviyyəsinə enəcəyi ehtimal olunur.Geomaqnit sahə HSS təsiri nəticəsində sakit səviyyə ilə aktiv səviyyə arasında dəyişəcəkdir. Davam edən CH HSS nəticəsində geomaqnit sahə 17 yanvar tarixində qərarlaşmayan səviyyə ilə aktiv səviyyə arasında, 18 yanvar tarixində sakit səviyyə ilə dayanqsız hal arasında olacaqdır. 14 yanvar tarixində baş verən CME təziri nəticəsində yaranmış zəif keçid effektləri səbəbindən G1(zəif) maqnit qasırğası ehtimalı vardır. 19 yanvar tarixindən geomaqnit sahənin sakit səviyyəyə keçəcəyi gözlənilir.
Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir
Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir
Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur.Protuberanslar kənarlarda meydana çıxa bilər.
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil) -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager- Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil) -şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 17-19 yanvar 2022-ci il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html