18.04.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi.Seminarda Fizika fakültəsinin II kurs magistrantları Cavadova Natəvan, Huseynova Sona, Rəsulova Tünzalə və Bəhmənova Aygün apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Nanomaterialların kimyəvi fizikası” kafedrasının magistrantı Cavadova Natəvan elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Prof. M.Ə.Ramazanovun rəhbərliyi ilə “Fazalararası qarşılıqlı təsirin PP+Fe3O4 əsaslı nanokompozit nümunələrin quruluş və xassələrinə təsiri” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və elmi işdə aparılan tədqiqat üsulları və nəticələr sual-cavab əsasında müzakirə olundu. Ardınca Rəsulova Tünzalə “Metal nanohissəciklərin karbozəncir polimer fraqmentləri ilə komplekslərinin stabilləşmə xüsusiyyətləri” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri dos.Nəbiyev N.S. və seminar rəhbəri E.Ş.Ələkbərovun verdikdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və tədqiqat işi ilə əlaqədar son görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzə ilə, “Qaz və plazma” kafedrasının magistantı Hüseynova Sona “İonlaşma dalğasının yayılmasına uzununa maqnit sahəsinin təsiri” mövzusunda elmi işi ilə çıxış etdi. Elmi rəhbəri dos.G.M.Sadıqzadə məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Sonda Bəhmənova Aygün “Geniş zolaqlı yarımkeçiricilərdə strimer şüalanması” mövzusunda çıxışını təqdim etməklə elmi seminar çıxışlarına yekun vurdu. Magistrantın Elmi rəhbəri dos.Ağayev M.N. və digər auditoriya iştirakçılarının verdikdikləri suallar əsasında mövzunun aktuallığı müzakirə olundu və məruzə ilə bağlı təklif və iradlar bildirildi.
Beləliklə elmi seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 02.05.2017 tarixində olacağı elan olundu.
Bu seminara hər bir maqistrant dəvətlidir.