Home Aze Ru Eng

2019/2020-ci tədris ilində BDU-nun Fizika fakültəsinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

09/09/2019

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb. Qeyd etmək yerinə düşərdi ki, bu il də fakültəyə qəbul planı əvvəlki illərlə müqayisədə artmışdır. 2019-2020-ci tədris ilində də Fizika fakültəsinə təhsilin bakalavr pilləsinə qəbul planı 310 nəfər olmuşdur və bunların 140 nəfəri Fizika ixtisasına, 170 nəfəri isə Fizika müəllimliyi olmuşdur. Fizika ixtisasına nəzərdə tutulan 140 tələbə əvəzinə 113 tələbə, Fizika müəllimliyinə isə panda nəzərdə tutulan 170 nəfər əvəzinə 158 tələbə 1əbul olmuşdur. Təhsilin bakalavr pilləsi üzrə plan 87,4% yerinə yetirilmişdir. Fizika ixtisası üzrə əyani azərbaycan bölməsi üzrə planda nəzərdə tutulan 100 yerdən 99 dolmuşdur. İngilis bölməsində 25 yerdən 14-ü dolmuşdur, azərbaycan bölməsinə 250 yerdən 248-i dolmuşdur. Rus bölməsinə 35 yerdən 9-u dolmuşdur. İngilis bölməsində isə 25 yerdən 11-i dolmuşdur. Fizika müəllimliyinə qəbul planı 87,5%, Fizika ixtisasına isə 80,7% yerinə yetirilmişdir.

Təhsilin magistratura pilləsində isə fakültə üzrə qəbul planı 63 olmuşdur və cəmi 55 nəfər qəbul olmuşdur. Qəbul planı 87% yerinə yetirilmişdir.

 

Bookmark and Share