15 iyul 2020-ci il tarixində Bakı Dövlət Universitetinin 2020-ci il iyul ayında Fizika fakultəsinin Elmi hesabatı “Microsoft Teams” platforması vasitəsi ilə onlayn dinlənilmişdir. Hesabatda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov, Fizika fakültəsinin dekanı Məhəmmədəli Ramazanov, fakültənin dekan müavinləri və professor-müəllim heyəti iştirak edib. Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov fakültədə yerinə yetirilən elmi tədqiqat işlərinin 6 aylıq hesabatı barədə məruzəsi dinlənilmişdir. O , qeyd etmişdir ki, fakültə alimləri bu ağır şəraitdə kifayət qədər samballı jurnallarda məqalələr dərc etdirmişlər. Tədqiqat işləri əsasən keçmişdə aparılmış eksperimental tədqiqat işlərinin interpretasiyası istiqamətində olmuşdur. Bu müddət ərzində fakültə alimləri Web of Science Glarivate Analytics platformasına daxil olan A kateqoriyalı jurnallarda 7 məqalə, B kateqoriyalı jurnallarda 6 məqalə, C kateqoriyalı jurnalda 30 məqalə, D kateqoriyalı jurnallarda 15 məqalə, respublika jurnalında 22 məqalə dərc edilmişdir. Bu müddətdə Web of Science Glarivate Analytics sisteminə daxil olan jurnallara əlavə olaraq 28 məqalə göndərilmişdir. Prof. Məhəmmədəli Ramazanov qeyd etmişdir ki, fakültə əməkdaşları AB bir qrant layihəsinin yerinə yetirilməsində iştirak edir. Daha bir layihə Almaniyanın Elm və Təhsil Nazirliyinin elan etdiyi qrant müsabiqəsinə göndərilmiş və ekspertlər tərəfindən yüksək qiymətləndirilmişlər. Layihənin dəyəri 265000avro-dur. Müzakirələr zamanı fakültədə aparılan elmi işlərin keyfiyyətini artırılmasından, daha çox innovasiya yönümlü tədqiqatlara üstünlük verilməsindən və beynəlxalq layihələrdə aktiv iştirak etməkdən danışaraq onun nəticələrinə yüksək qiymət verdilər.