Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyəyə olmuşdur. Ötən period ərzində 2907 (S21W14, Dki/beta-gamma) oblastında bir neçə C1 alışmaları müşahidə olunmuşdur. 2908 (S21E02,Eai/beta) oblastı öz SE-NW oxu istəqamətdə dartılmış və bir neçə ləkənin və oblastların parçalanmasını nümayiş etdirmişdir. 2809 (S21E16, Cao/beta) oblastının sahəsi azalmışdır. 2910 (N13W53, Hrx/alpha) oblastı öz sahəsini bir az artırmışdır. 2906 (S29W45, Hrx/alpha) və 2911(N20E25, Hax/alpha) oblastları çoxda böyük olmayan ləkəyə malik olmuş və ötən period ərzində bu ləkələr parçalanmışlar. Diskdə yeni 2912 (S12E64, Hsx/alpha) oblastı müşahidə olunmuşdur. 18/1812 UTC-də şərq limbdə müşahidə olunan CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) Yerə tərəf yönəlməmişdir.20-22 dekabr tarixləri üçün Günəş aktivliyinin aşağı olacaqdır. Əlavə olaraq M sinif ((R1-R2; nəzərə alınmayan, zəif -radiosiqnalların pozulması) alışmaların olacağı gözlənilir.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 20 dekabr tarixi üçün elektronlar selinin enerjisinin tac dəliklərindən yüksək sürətli axınlar nəticəsində yüksək səviyyəyə kimi artacağı gözlənilir.DSCOVR kosmik aparatının ölçmələrinə görə günəş küləyi parametrləri 19/1200 UTC-ə kimi nominal şəraitə uyğun göstəricilərə malik olmuşdur. Ümumi maqnit sahəsi 3 nTl-dan 24 nTl-a kimi artmışdır. Maqnit sahəsinin Z komponenti isə 19/2038 UTC-də -20 nTl- a kimi azalmışdır. Günəş küləyinin sürəti 350 km/s.-dən 450-500 km/s. kimi artmışdır.20-22 dekabr tarixləri üçün günəş küləyinin parametrlərinin 21-22 dekabr tarixlərində baş verəcək CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsiri ilə normal səviyyədə olacağı gözlənilir.Geomaqnit sahə 20 dekabr tarixində günün birinci yarısından sonra sakit səviyyədən aktiv geomaqnit səviyyəyə keçəcək, 19/1500 UTC-dən başlayaraq G1 (mülayim, Kp=5) geomaqnit qasırğa olacaqdır.20 dekabr tarixdən G1 (Minor) geomaqnit qasırğanın dəyişməsi gözlənilir. 21-22 dekabr tarixləri üçün CH HSS təsiri ilə geomaqnit sahə sakit və ya aktiv hala keçə biləcəkdir.
Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.
Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.
Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir.
Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 20-22 dekabr tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünı göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html