Home Aze Ru Eng

20-22 yanvar 2022 -ci il tarixləri üçün Kosmik Hava Durumu və Proqnozu

20/01/2022

Kosmik hava durumu – ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2927 (S20W66, Hsx/alpha) oblastı sakit olmuş, heç bir aktivlik nümayiş etdirməmişdir. 2929 (N07W71, Дао/бета) oblastı stabil olmuş, lakin B sinif alışmalar yaratmışdır. 2930 (N21W72, Dao/beta) oblastı B sinif alışmalar yaradaraq sahəsini nisbətən artırmışdır. 2933 (S22W35, Cao/beta) oblastı alışma vermədən parçalanma əlamətləri nümayiş etdirmişdir. Koronoqraf şəkillərində Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları)   müşahidə olunmamışdır. Ötən period ərzində baş vermiş M1/Sf alışmaları ilə əlaqədar yaranan CME –in Yerə sürüşkən zərbə təsiri olacağı təyin edilmişdir. Atışın sürəti və trayektoriyasına görə bu 22 yanvar 2022-ci il tarixində ola bilər.

Proqnoz - Günəş aktivliyinin aşağı olacağı və C sinif alışmaların baş verəcəyi ehtimal olunur. 2929 (N07W71, Дао/бета)  oblastında baş vermiş alışmalar səbəbindən 20-22 yanvar tarixlərində kiçik ehtimalla M sinif alışmalar baş verə bilər.

Günəşdən gələn yüklü zərrəciklər - ötən sutka ərzində Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsində olmuşdur. 20-22 yanvar 2022-ci il tarixləri üçün elektron selinin parametrlərinin artacağı, proton selinin parametrlərinin isə normal fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi - ötən periodda günəş küləyi parametrləri  CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) –in müntəzəm təsiri ilə keçid proseslərinin mümkün  effektlərini nümayiş etdirmişdir.  19/06:27 UTC-də günş küləyi sürəti 682 km/s yüksəlmiş, sonra azalaraq 550 km/s-də qərarlaşmışdır. Ümumi maqnit sahə induksiyası 9 nTl-olmuşdur.

Geomaqnit sahə - ötən üç sutka ərzində geomaqnit sahə sakit olmuşdur.

Proqnoz - qarşıdakı period (20-21 yanvar) ərzində CH HSS və CME effektlərinin zəifləmə ehtimalı olduğundan günəş küləyi parametrlərinin normallaşacağı gözlənilir. 18 yanvar tarixində baş vermiş CME səbəbindən 22 yanvar tarixində günəş küləyi parametrlərinin qiymətində əlavə yükcəlmələr ola bilər.

20 yanvar tarixində CH HSS təsiri və günəş küləyinin sürətinin artması səbəbindən geomaqnit sahə aktiv G2 (zəif) maqnit qasırğası səviyyəsinə gələcəkdir. Periodun əvvəlində eyni zamanda G1 (kiçik) maqnit qasırğası müşahidə oluna bilər. Periodun sonunda geomaqnit sahə üçün şərait normallaşacaq, sakit hala gələ biləcəkdir.

Gözlənilir ki, geomaqnit sahə 20 yanvar tarixində günəş küləyi sürətinin artması və planetlər arası maqnit sahəsinin yüksəlməsi səbəbindən aktiv hala gələcəkdir. CH HSS və CME təsiri azaldığından 20 yanvar sutkanın sonu və 21 yanvar sutkanın ilk yarısı geomaqnit sahə sakit və stabil hala keçəcəkdir. Sakit və qeyristabil hal 22 yanvar tarixinədək davam edəcəkdir. 22 yanvar tarixində zəif CME təsiri müşahidə olunacaqdır.

Bu periodda C sinif alışmaların baş vermə ehtimalı 60%, M sinif alışmaların  15%, X sinif alışmaların isə 1% -dir.

20-22 yanvar 2022-ci il tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.

Qeyd: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: C1, C2,..., C9. X sinif alışmaların növlər isə davam edir. Məs. X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır. A və B alışmalar Günəş fonunda minimum və maksimum səviyyyələrə uyğundur, tədqiqat üçün maraqlı deyildir. C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir. M sinif alışmalar R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Bəzi M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar CME yarada bilər. Bu, alışmaların günəş səthinin hansı hissəsində baş verəcəyindən asılıdır.  X sinif alışmalar ən böyük və güclü alışmalardır. Onlar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş verərsə,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası baş verir və güclü CME əmələ gəlirki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) geomaqnit qasırğası yarada bilər.

 

Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.

Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.

Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir


Şəkil 4.
Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil) -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager- Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil) -şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 20-22 yanvar 2022-ci il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

 

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5



https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

Bookmark and Share