22 may 2014-cü il tarixində Fizika faültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş MAGİSTRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN «FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ» RESPUBLİKA ELMİ KONFRANSI keçirildi.  İclası Elm və İnnovasiyalar üzrə prorektor, prof. A.H. Kazımzadə açıq elan etdi. Plenar iclasda II kurs magistrantların  Qəribli A.A. Epitermal neytronların nano Si – a təsirinin tədqiqi Şirinova H.A. Polietilenqlikol-dekstran-su  ikifazalı sistemındə  komponentlər arası qarşılıqlı təsir parametrinin hesablanması adlı tezislərinin məruzələri  dinlənilmişdir.   
 
 
Plenar iclasdan sonra konfrans öz işini  4 bölmə üzrə davam etdirmişdir.  100 məruzə ilə 100 magistrant və gənc tədqiqatçı çıxış etmişlər.  Bölmələrdə 1. nəzəri fizika və astrofizika (22 məruzə)  2. bərk cisimlər  və yarımkeçiricilər (24 məruzə)  3. fiziki elektronika və  radioelektronika (23 məruzə)  4. biofizika və molekulyar fizika (2 iclas  15+14 məruzə) dinlənilmişdir. Iştirakçılardan 89 məruzəçi Bakı Dövlət  Universitetinin magistrantları və doktorantları, Şamaxı Astrofizika  rəsədxanasından – 6 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 5  nəfər.  Çıxışlar ətrafında geniş müzakirələr aparılmışdır.            
  
  
  
  
  
 
Konfrans  işinin ikinci gününü Pirqulu rəssədxanasında davam etdirəcək.   
 
 
  
 
 
