Home Aze Ru Eng

23-25 dekabr 2021-ci il tarixləri üçün Kosmik Hava durumu və proqnozu

23/12/2021

Ötən sutka ərzində izolə olunmuş M alışmalar hesabına Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. Görünən diskdə doqquz ləkə qrupu müşahidə edilmişdir: NOAA/ SWPC 2918 (N20E52, Cro/beta) oblastı maqhit sahə baxımdan sadə, qeyri-aktiv olmuş və yeni yaranan qrupa aid edilmişdir. 2907 (S21W50, Eai/beta-gamma) oblastı bölünməyə davam etmişdir. Bu oblastda periodik olaraq C sinif alışmalar, həmçinin 22/1808 UTC-də C8/1n alışması olmuşdur.  2908 (S20W39, Dai/beta-gamma) oblastı qeyristabil olaraq qalmış, optik alışmaların və C sinif olmaqla 22/0706 UTC-də M1/1n alışmasının mənbəyi olmuşdur. 2909 (S21W26, Hsx/alpha) oblastı praktik olaraq dəyişməmiş, stabil qalmışdır. Koronoqrafda alınmış şəkillərində bu gün baş vermiş M1 alışması ilə əlaqələndirilə biləcək, Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır. Dünən baş vermiş C4 alışması ilə əlaqədar yaranmış CME -in analizi isə davam edir.23-25 dekabr tarixləri üçün Günəş aktivliyinin aşağı  olacaqdır. Əlavə olaraq M sinif ((R1-R2; nəzərə alınmayan, zəif -radiosiqnalların pozulması) alışmaların  və X (R3-radiosiqnalların güclü kəsilməsi, pozulması)  sinif radiosiqnalların yaranma ehtimalı vardır.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 22/1715 UTC-də elektronlar selinin enerjisi artması müşahidə olunmuşdur. 23-25 dekabr tarixləri üçün S1 (radioburulğan- çox zəif) ehtimal olunur.Günəş küləyi parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsirinin davam etdiyini göstərir. Planetlərarası maqnit sahəsi induksiyası stabil olmuş, 4-5 nTl aralığında dəyişmiş, günəş küləyinin sürəti isə 575 km/s olmuşdur.CH HSS zəifləmədiyi üçün günəş küləyinin sürəti 23 dekabr tarixinədək artmış olaraq qalacaqdır. CME-nin təsiri 24 dekabr tarixində davam edəcək, 25 dekabr tarixindən zəifləyəcəkdir. 22 dekabr tarixində yaranmış CME -nin 25 dekabr tarixində Yerə sürüşkən zərbə təsiri olacağı ehtimal olunur.Geomaqnit sahə sakit olmaqla, CH HSS effektləri nəticəsində qeyristabil dəyişmişdir. CH HSS davam etdiyinə görə 23 dekabr tarixində geomaqnit sahə sakit olacaqdır. 20 dekabrda yaranmış, şürüşkən CME təsiri ilə geomaqnit şərait G1 (Minor-mülayim, Kp=5) səviyyəsinə kimi dəyişə bilər. CME-nin təsiri 24 dekabr tarixinədək davam edəcəkdir. Bu halda geomaqnit sahə idarəolunmayan haldan aktiv hala keçə bilər. Gözlənilirki, 25 dekabr tarixində geomanit sahə sakit hala keçəcəkdir. Digər 21 dekabr tarixində yaranmış CME təsiri və əlaqədar effektlərə bağlı 25 dekabr tarixində geomaqnit sahə dəyişə bilər.

Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.

Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.

Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir.



Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 23-25 dekabr tarixləri üçün 1-5 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

 

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5



https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Bookmark and Share