Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuş, bir neçə C sinif alışmalar baş vermişdir. C-sinif alışmalar Yerə demək olar ki, təsir etməyən alışmalardır. 2916 (S18E14, Eks/beta) diskdə ən böyük oblast olaraq qalmışdır. Bu oblast ötən periodda əsasən sakit olmuş, qamma və delta konfiqrasiyanı itirmişdir. 2918 (N19E45, Dki/beta) oblastında bir neçə C sinif alışmalar, o cümlədən C2 alışması 26/0441 UTC də baş vemiş və ən böyük olmuşdur. Bu oblastda heç bir başqa dəyişiklik baş verməmişdir. Ötən periodda diskdə yeni 2920 (S17W31, Cro / beta) oblastı yaranmışdır. 26/1859 UTC-də bu oblastda C1 alışması baş vermişdir. Digər oblastlar sakit və stabil olmuşlar. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Günəş aktivliyinin aşağı olacağı və çox böyük olmayan ehtimalla M sinif ((R1-R2; nəzərə alınmayan, zəif -radiosiqnalların pozulması) alışmaların olacağı gözlənilir.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 26/1630 UTC-də elektronlar selinin enerjisi artması müşahidə olunmuşdur. 27-29 dekabr tarixləri zərrəciklər selinin fon səviyyəsində olacağı ehtimal olunur.Planetlərarası maqnit sahəsi induksiyası stabil olmuş, 3-4 nTl aralığında dəyişmişdir. Günəş küləyinin sürəti isə 440 km/s olmuş, 345 km/s. kimi azalacağı ehtimal olunur.Günəş küləyi parametrləri 27 dekabr tarixində normal qiymətini saxlayacaqdır. 28-29 dekabr tarixləri üçün şimal tac zonasından gələn CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsiri ilə normal səviyyədə qalacaqdır.Ötən sutkada geomaqnit sahə sakit olmuşdur. 27 dekabr tarixində geomaqniot sahənin sakit olacağı gözlənilir. 28-29 dekabr tarixlərində yaranacaq CH HSS effektləri nəticəsində geomaqnit şərait sakit haldan dayanıqsız hala keçəcəkdir. 27-29 dekabr tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.
Şəkil 2. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.
Şəkil 3. Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
Şəkil 4. Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 23-25 dekabr tarixləri üçün 1-5 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html