30 sentyabr 2015-ci il tarixdən 3 oktyabr 2015-ci il tarixinə qədər İtaliyanın Sapienza Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərmivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar -mitinqi keçirilmişdir. Seminarda İtaliyanın Sapienza Universitetinin, Fransanın Paris 13 Universitetinin, Yunanıstanın Patras Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan İnşaat və Memarlıq Universitetinin və Qafqaz Universitetinin, Azər ECOLAB şirkətinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri iştirak etmişdir. Layihənin rəhbəri Prof. Luca Di Palma, Azərbaycan universitetləri üzrə coordinator Prof.Məhəmmədəli Ramazanov görülən işlər üzrə məlumat vermiş və sonrakı fəaliiyət proqramı müzakirə edilmişdir. Görüşdə layihənin uğurla başa çatması haqqında qeydlər edilmiş və 13-15 noyabr tarixində Bakı görüşündə ECONANO layihəsinin final seminar mitinqinə hazırlıq məsələləri müzakirə edilmişdir. Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılmışdır. Bu istiqamətdə yeni təhsil layihəsi hazırlanaraq təqdim edilməsi qərara alınmışdır. ECONANO layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilmişdir. Səfər zamanı İtaliya Texnologiya İnsitutunda BDU-da nanotexnoloji üsullarla dərman maddələrinin alınması, işlənməsi ilə əlaqədar aparılan tədqiqat işləri barədə məruzə edilmiş və və Horizon 2020 proqramması çərçivəsində Mariya Küri müsabiqəsinə birgə kollektiv qrant layihəsi verilməsi barədə razılıqlar əldə edilmişdir.