Home Aze Ru Eng

Fizika fakültəsində elmi çıxışlar dinlənilib

29/04/2019

25.04.19-cu il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Vahablı İntizar, Nəsibov İlyas, Əhəd Əminə, Jidraş Alyona  ,Əşrəfova Rəhimə, Cavadzadə Səidə  və  Zeynalabdınlı Rəsmiyyə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

İlk olaraq “Ümumi Fizika və Fizikanın Tədrisi Medodikası” kafedrasının magistrantı Vahablı İntizar elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Prof. N.F.Qəhrəmanov rəhbərliyi ilə “Binar bərk məhlul monokristalları boyunca pilləli tərkib paylanmasının alınması” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca “Nanohissəciklər fizikası” kafedrasının magistrantı Nəsibov İlyas “CdZnS nanohissəciklərinin kationların birgə sorbsiyası vasiyəsi ilə formalaşma mexanizminin öyrənilməsi” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri dos.M.B.Muradov  məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Bərk cisimlər fizikası” kafedrasının magistrantı Əhəd Əminə “Nanoboru səthindəki elektron qazının enerji spektri və istilik tutumu ” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri prof. T.H.İsmayılov və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Ardınca “Fiziki elektronika” kafedrasının magistrantı Jidraş Alyona “İndium monoselenidi əsasında Holl qeydediciləri” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri dos. E.A.Rəsulov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Maddə quruluşu” kafedrasının magistrantı Əşrəfova Rəhimə “Polivinilpirrolidon əsaslı ikifazalı sistemlərdə bəzi maddələrin paylanması ” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri prof.E.Ə.Məsimov və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi.Ardınca “Fiziki elektronika” kafedrasının magistrantı Cavadzadə Səidə “  şüalanmanın TiGaSe2 kristallarınn dielektrik xassələrinə təsiri ” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri prof. Nizami Mehdiyev məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzəçi “Nəzəri fizika” kafedrasının magistrantı Zeynalabdınlı Rəsmiyyə dos.A.İ.Əhmədov  rəhbərliyi ilə “Elektron-pozitron anhilyasiyasında tək mezonun yaranmasında yüksək tvist effektləri ” mövzusunda görülən işlərlə əlaqədar çıxış etməklə yanaşı seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırırdı. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 15.05.2019 tarixində olacağı elan olundu.

Bu seminara hər bir maqistrant dəvətlidir.

Bookmark and Share