Home Aze Ru Eng

Alimlərimizin elmi işləri dünyanın tanınmış nəşrlərində və jurnallarında dərc edilir

03/08/2020

Alimlərimizin elmi işləri dünyanın tanınmış nəşrlərində və jurnallarında dərc edilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin  dekanı professor Məhəmmədəli Ramazanovun həmmüəllif olduğu məqalə Şpringer nəşriyatında dərc edilmiş "Digitalization and Industry 4.0: Economic and Societal Development" (Rəqəmsal və sənaye 4.0: İqtisadi və sosial inkişaf) adlı monoqrafiyada " Mapping and Assessment of the Results on Radioecological Monitoring of the Territories in the Absheron Peninsula of Azerbaijan"  (Azərbaycanın Abşeron yarımadası ərazilərin radioekoloji monitorinqi nəticələrinin xəritələşdirilməsi və qiymətləndirilməsi) məqalə şəklində dərc edilmişdir. Məqalənin elmi nəticələri BDU-da uğurla yerinə yetirilmiş 3998 saylı STCU qrant layihəsitəadqiqatlarından alınmışdır. Məqalədə Abşeron yarımadası klasterlərə bölünmüş, neftlə çirklənmiş ərazilərdə radiasiya fonu öyrənilmiş, radiyasiyanı yaradan səbəblər təhlil edilmiş və xəritələnmişdir.

1. Gudrat G. Mamedov, Mahamadali A. Ramazanov, Afet A. Mehdiyeva, Jalal A. Naghiyev Mapping and Assessment of the Results on Radioecological Monitoring of the Territories in the Absheron Peninsula of Azerbaijan,  Digitalization and Industry 4.0: Economic and Societal Development, p 381-396, Springer,

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin  dekanı professor Məhəmmədəli Ramazanov, k.ü.f.d. Aynurə Kərimova və  k.ü.f.d. Həbibə Şirinovanın həmmüəllif olduqları icmal məqalə “Biointerface Research in Applied Chemistry” (2020, İF-0.89) jurnalında dərc edilmişdir.

“Magnetism for Drug Delivery, MRI and Hyperthermia Applications: a Review” (Maqnetizmin dərman daşınma, MRG və hipertermiyada tətbiqi: icmal) adlı məqalədə  dəmir oksid nanohissəciklərinin xərçəng xəstəliyinin diaqnostikası, müalicəsi və dərman daşınma sistemlərində tətbiqi və təhlükəsizliyi ilə bağlı əsasən son illərdə dərc olunmuş ədəbiyyatın təhlili ilə bağlı məsələlərə toxunulmuşdur. İlk öncə, biotibbi məqsədlərdə istifadə üçün maqnit nanohissəciklərinə qoyulan əsas tələblər qeyd edilmiş, həmçinin, quruluş, forma, ölçü ilə maqnit xassələri arasındakı sıx əlaqənin xüsusiyyətləri araşdırılmışdır.  Bununla yanaşı, nanohissəciklərin toksiklik xassələrinin tədqiqinin ədəbiyyat analizi də aparılmışdır.M. A. Ramazanov, A.Kh.Karimova , H.A.Shirinova Magnetism for Drug Delivery, MRI and Hyperthermia Applications: A Review, j. Biointerface Research in Applied Chemistry, Volume 11, Issue 2, 2021, pp. 8654-8668,

Məqalələri oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1007/978-3-658-27110-7_27

https://doi.org/10.33263/BRIAC112.86548668

 

 

Bookmark and Share