Home Aze Ru Eng

Alimlərimizin növbəti uğuru...

11/07/2019

Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov  və “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Almara Rəhimlinin Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” laboratoriyasının alimləri ilə birgə həyata keçirdiyi tədqiqat işlərinin elmi nəticələri yüksək impakt faktorlu jurnalda böyük müvəffəqiyyətlə çap olunmuşdur. Belə ki “Emission color control in polymer film by memorized fluorescence solvatochromism due to a new class of totally-organic fluorescent nanogel particles" başlıqlı məqalə impakt faktoru 5.16 olan “Chemistry: A Europian Journal” adlı Avropa jurnalında çap edilmişdir. Məqalə 14 May 2019-cu il tarixində çapa qəbul olunmuş və çox qısa bir müddət ərzində bu sahədə tədqiqat aparan mütəxəssislərin böyük marağına səbəb olduğu üçün, Wiley nəşryatının redaktorları tərəfindən ən çox istinad olunan məqalə kimi “Hot Paper” statusu almışdır. Qeyd edək ki, tədqiqat işində diametri idarə oluna bilən innovativ nanogel hissəcikləri alınması, onların xassələri və tətbiqi sahələri şərh olunmuşdur.

http://xalqqazeti.com/az/news/26599

 

Bookmark and Share