Home Aze Ru Eng

Şamaxı Astrofizika Rəsədxanasında BDU-nun astrofizika kafedrasının filialı yaradılacaq

06/04/2017

Şamaxı Astrofizika Rəsədxanasında BDU-nun astrofizika kafedrasının filialı yaradılacaq. Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasdan öncə Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və BDU-nun astrofizika kafedrasının rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb.  Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov imzalayıblar.

 

 

Bookmark and Share