Home Aze Ru Eng

Astrofizika kafedrasında elmi seminar keçirilib

19/04/2022

19 may 2022-ci il tarixində Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Bayram Rüstəmov “Be Herbig tipli HD53367 ulduzunun spektral müşahidəsi. İlkin nəticələr.” mövzusunda çıxış edib. O qeyd edib ki,  məruzədə Be Herbig tipli HD 53367 massiv qoşa ulduzun Şamaxı Astrofizika Rəsədxanasının 2m-lik teleskopunun Kasseqren fokusunda, optik lifli eşele spektroqrafda (Shamakhy Fibre Echelle Spectrograph), yüksək spektral ayırdetmə (R = 28000) ilə alınmış CCD spektlərinin  nəticələri şərh olunub. λλ3900–7500 ÅÅ dalğa uzunluğu oblastında, ulduzun spektrində -  hidrogenin Balmer seriyasının (Ha - He) xətləri, neytral natriumun (D1,2 NaI) və birqat ionlaşmış kalsiumun (H və K CaII) rezonans xətləri, eləcə də HeI l5876 Å xətti analiz olunub. Alınmış nəticələrin, ulduzun ədəbiyyatda dərc olunmuş spektral və fotometrik xarakteristikaları ilə müqayisəli təhlili aparılıb.














 

Bookmark and Share