26-28 sentyabr tarixlərində İsveçin Upsala universitetində Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması barədə Avropa Birliyi tərəfindən ayrılmış qrant Nizami layihəsinin iştirakçılarının növbəti mitinqi olmuşdur. Mitinq iştirakçılarını salamlayan Upsala universitetinin Beynəlxalq ofisinin rəhbəri Glaes Levinson qeyd etdi ki, bu layihənin böyük əhəmiyyəti var və onun uğurla yerinə yetirilməsi Azərbaycan Elm və Təhsil sisteminin Avropa təhsil sisteminə qoşulmasına kömək edəcək. Layihə koordinatoru Veronique Montero çıxış edərək layihənin uğurla yerinə yetirilir. Mitinq zamanı Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova doktoranturanın bu günkü vəziyyəti və gələcəkdə onun Aropa standartlarına uyğunlaşdırılması zərurəti barədə ətraflı məlumat verdi. Doktorantura təhsilinin beynəlmiləşdirilməsi barədə çıxış edən prof. Ülviyyə Həsənova öz çıxışında bildirdi ki, Azərbaycan Dövlət proqramı ilə xarici ölkələrə magistraturaya və doktoranturaya istedadlı gəncləri təhsil almağa göndərir və xarici ölkələrdə kredit sistemi ilə doktorantura rəhsili alan gənclərin diplomların tanınmasında ciddi problemlər var. Tamam başqa sistem ilə təhsil alan gənclərin Azərbaycanda diplomlarının hüququ cəhətdən tanınması mümkün deyil. Çünki onlar fərqli təhsli fərqli standartlala alıblar. Ona görə də bu sistemə keçid artıq tarixi zərurətə çevrilib. Upsala Universitetinin professoru Leif Kirsebom Avropa modelindən danışarkən qeyd etmişdir ki, inkişaf etmiş ölkələrdə doktorantura təhsilində fərqlər yalnız elm və təhsil səviyyələrinə görə fərqlənir. Azərbaycan da Boloniya prosesinə qoşulub və təhsilin 3-cü pilləsində də kredit sisteminin tətbiqi vahid təhsil məkanının yaradılmasına kömək edər. Sonra qruplar üzrə bu keciddə vacib olan yolların müəyyən edilməsi təhlil edildi.