Home Aze Ru Eng

Avropa Şurasında görüş

19/03/2014

Avropa Şurasının Siyasi Məsələlər üzrə şöbəsi 4-5 mart 2014-cü ildə Strasburqda “Müəllimlərin çoxmədəniyyətli mühitdə fəaliyyətlərinə hazırlıq”  mövzusunda  seminar təşkil etmişdi. Seminara Cənubi Qafqaz regionundan təhsil sahəsində  işləyən və vətəndaş cəmiyyətində fəal olan insanlar dəvət edilmişdi. Bakı Dövlət Universitetinin fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının prof. Sacidə Əbdülvahabova və dos. Niyal Barxalova  bu görüşdə Azərbaycandan ekspert qismində iştirak etmişdilər.

Avropa Şurasının nümayəndələri və ekspertləri çoxmədəniyyətli cəmiyyətdə müasir təhsil sisteminin müxtəlif iştirakçıları arasında əməkdaşlığın yaranmasının vacibliyini vurğulamışdılar.  Gənclərin müasir dövrdə çoxmədəniyyətli mühitdə  ünsiyyətdə olma qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində aparılası işlər geniş müzakirə edilmişdir.

Azərbaycandan olan nümayəndələr çoxmillətli Azərbaycanda  gənclərin tarixən tolerant ruhda tərbiyə edilməsi haqda dəlillərlə çıxış etmişdilər.

Bookmark and Share