BDU Fizika fakültəsinin Elmi Şurasının 27-28 yanvar 2022-ci il tarixində keçirilmiş iclasında Fizika fakültəsinin vakant kafedra müdiri vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə əsasən professor Əhməd Şahvələd oğlu Abdinov “Fiziki elektronika” kafedrasının, professor Rəna Cümşüd qızı Qasımova “Optika və molekulyar fizika” kafedrasının, professor Vaqif Müseyib oğlu Salmanov “Yarımkeçiricilər fizikası” kafedrasının, dosent Məmməd Rəcəb oğlu Rəcəbov “Nəzəri fizika” kafedrasının, dosent Kəmalə İlyas qızı Alışeva “Astrofizika” kafedrasının, dosent Rəhim Şükür oğlu Rəhimov “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının və dosent Mehdi Müqabil oğlu Mahmudov “Bərk cisimlər fizikası” kafedrasının müdiri vəzifəsinə seçiliblər. Fizika fakültəsinin dekanlığı və professor-müəllim heyəti seçilmiş kafedra müdirlərini təbrik edir, onlara uğurlar arzulayır...