Bakı Dövlət Universitetinin Fizika fakültəsində dissertasiya işinin müdafiəsi keçirilib
11/02/2022
10 fevral 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Hümbətov Şirxan Ərəstun oğlunun “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açıq elan edərək bildirdi ki, Şura üzvlərinin hamısı iclasda iştirak etdiyi üçün, Dissertasiya Şurasının iclası səlahiyyətlidir və gündəlikdə duran "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fizimki xəqdiassələri" mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Şirxan Hümbətov “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
Opponentlər - AMEA-nın Radiasiya Problemləri İnstitutu, "Nizamsız bərk cisimlərin radiasiya fizikası" laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Əbil oğlu Səmədov, ADPU-nun Fizika fakültəsinin, Ümumi fizika kafedrasının müdiri fizika elmləri doktoru, dosent Cahangir İslam oğlu Hüseynov, BDU-nun Fizika fakültəsi, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti fizika-riyaziyyat elmləri namizədi Eldar Şahsuvar oğlu Ələkbərov issertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlara, tədqiqat nümunələrinə və alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair müsbət rəylərini səsləndirdilər və iddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Şirxan Ərəstun oğlu Hümbətovun Fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna yekdilliklə səs verdilər.
Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki BFD 2.19 Birdəfəlik Dissertasiya Şurası Şirxan Ərəstun oğlu Hümbətova 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.







