Home Aze Ru Eng

Bakı Dövlət Universitetinin Fizika fakültəsində Elmi seminar keçirilib

01/03/2022

01 mart  2022-ci il tarixdə BDU Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Astrofizika kafedrasının dosenti Xıdır  Mikayılov “Şamaxı Astrofizika Rəsədxanasının 2-metrlik teleskopunun Optik Lifli Eşelle Spektroqrafı –ShaFES” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzəçi spektroqrafın optik sxemi, əhəmiyyəti, üstünlükləri və tətbiq sahələri haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, yüksək ayırdetmə qabiliyyətinə (λ/Δλ=55000 və 27500) malik bu spektroqraf səma cisimlərinin yüksək ayırdedilən spektrlərini almağa imkan verir.  Spektroqrafda işıq qəbuledicisi kimi ölçüsü 4000 x 4000 piksel olan, maye azotla soyudulan böyük CCD kameranı istifadə etməklə spektrin çox geniş dalğa uzunluğu oblastını (λ 3600- 9000Å) eyni zamanda 1 kadrda almaq mümkün olur. Spektroqrafda müşahidə zamanı 2-metrlik teleskopda ulduzun izlənmə prossesi avtomatlaşdırılıb və xəyal birbaşa olaraq müşahidə otağındakı monitora ötürülür.

Spektroqraf tərpənməz və qapalı olduğuna, həmçinin tədqiq olunan obyektin və kalibrləmə lampalarının işığının eyni kanalla verildiyinə görə instrumental sürüşmələr olmur və spektral parametrlərin ölçmə dəqiqliyi çox yüksək olur (məsələn radial sürətlərdə ~±10 m/s, Ekvivalent eni 1-5 % dəqiqliklə təyin etmək olur). Ulduz atmosferinin kimyəvi tərkibinin yüksək dəqiqliklə təyin olunması, dəyişən ulduz spektrlərində spektral xətlərin profillərinin dəyişməsinin, astroseysmoloqiyanın araşdırılması, ulduzların radial sürətlərinin yüksək dəqiqiqliklə təyin olunması- yeni qoşa və çoxqat ulduzların və ekzoplanet sistemlərin tapılmasına imkan verər. O cümlədən, ulduz spektroskopiyası sahəsində unikal tədqiqatlar aparmağa, beynəlxalq əlaqələri inkişaf etdirməyə və qrant layihələrinin Rəsədxanaya gətirilməsinə şərait yaradar.

Seminar iştirakçıları tərərfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.


































Bookmark and Share