Home Aze Ru Eng

BDU alimləri İsveçrədə elmi ezamiyyətdə

13/08/2012

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d. Məhəmmədəli Ramazanov və kafedranın dosenti, Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi b.e.n. İsmət Əhmətov  1 Avqust 2012-ci il tarixdən  İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) Lozanna Politexnik Federal İnstitutunda (EPFL) elmi ezamiyyətdədirlər.  Ezamiyyətdə bu institutun  əməkdaşları  professor Lazslo Forro və professor Andrzej Sienkieviçlə birlikdə Mürəkkəb materialların fizikası laboratoriyasında nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti  və hüceyrələrə təsirinin toksik effektləri  EPR metodu ilə  öyrənilir. SCOPES əməkdaşlıq layihəsi  sayəsində nanomaterialların  canlı sistemlərə təsirinin öyrənilməsi  - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən  nəticələr alınmışdır və bu elmi nəticələr Bakı Dövlət Universitetində  bu istiqamətdə elmi tədqiqatların inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayır.









Bookmark and Share