BDU Fizika fakültəsində dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.
19/01/2022
19 yanvar 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Milli Aerokosmik Agentliyinin doktorantı Sultanova Ceyran Rafiq qızının “2222.01– Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir. İclası AMEA-nın Biofizika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oktay Qasımov açıq elan edərək bildirdi ki, Milli Aerokosmik Agentliyinin doktorantı Ceyran Sultanova dissertasiya işinin məzmunu 9 məqalə və 3 konfrans materialında nəşr olunub. Məqalələrdən 7-si Web of Science və Scopus bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunub. Sonra iddiaçı Ceyran Sultanova “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
Dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlara, tədqiqat nümunələrinə və alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi fizika kafedrasının müdiri, fizika elmləri doktoru, professor Cahangir Hüseynov və Azərbaycan Texniki Universitetinin “Mühəndis fizikası və elektronika” kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Xədicə Əhmədova rəylərini bildirdilər. Hər iki rəyçi iddiaçının apardığı elmi tədqiqatların aktual problemlərə həsr olunduğunu qeyd edərək, bəzi iradlara baxmayaraq, dissertasiyanın Azəraycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini və işin müdafiəyə buraxılmasının mümkünlüyünü bildirdi.
Sonra iddiaçı seminar iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin müzakirəsi zamanı həmçinin professor Oktay Qasımov, f.r.e.d. Səlimə Mehdiyeva və digərləri dissertasiya işi və iddiaçı barədə öz müsbət fikirlərini söylədilər və iddiaçının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almağa layiq olduğunu qeyd etdilər.

Sonra iddiaçı seminar iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin müzakirəsi zamanı həmçinin professor Oktay Qasımov, f.r.e.d. Səlimə Mehdiyeva və digərləri dissertasiya işi və iddiaçı barədə öz müsbət fikirlərini söylədilər və iddiaçının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almağa layiq olduğunu qeyd etdi19 yanvar 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Milli Aerokosmik Agentliyinin doktorantı Sultanova Ceyran Rafiq qızının “2222.01– Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir. İclası AMEA-nın Biofizika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oktay Qasımov açıq elan edərək bildirdi ki, Milli Aerokosmik Agentliyinin doktorantı Ceyran Sultanova dissertasiya işinin məzmunu 9 məqalə və 3 konfrans materialında nəşr olunub. Məqalələrdən 7-si Web of Science və Scopus bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunub. Sonra iddiaçı Ceyran Sultanova “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.